Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1848/2021 11.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndələri X1 və Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər “xxxx” MMC və Cavabdeh müştərək qaydada 24345 ABŞ dollarının ekvivalenti olan 41386,50 manat və Cavabdeh isə əlavə olaraq həm də 48160,01 ABŞ dollarının ekvivlanti olan 81872,017 manatın iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sifarişçi - İddiaçı MMC ilə təmsilçi - “xxxx” MMC arasında 01 fevral 2021-ci il tarixli, MG2020039 nömrəli “Xidmət göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh “xxxx” MMC Çin ölkəsinin "X3 Co LTD şirkəti ilə aralarında bağlanmış ATM0084, 01 dekabr 2020-ci il tarixli kontrakta əsasən şirkətin adına gəlmiş santexnik avadanlıqlarını da gömrük orqanlarında rəsmiləşdirərək cəmiyyətə təhvil verməli idi. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən təmsilçi gömrük rəsmiləşdirilməsi zamanı yarana biləcək hər hansı bir ortaya çıxan məsələ haqqında sifarişçini vaxtında məlumatlandırmalıdır. Müqavilənin 2.2.3-cü maddəsində göstərilir ki, müqaviləyə əlavə olunmuş “qiymətləriln razılaşdırılması prtokolu”na əsasən sifarişçi göstərilən xidmətlərin vaxtında yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən təmsilçi sifarişçiyə ona təqdim olunmuş sənədlər əsasında gömrük bəyənnaməsinin tərtib olunmasına görə məsuliyyət daşıyır. Müqavilənin göstərilən tələbləri “xxxx” MMC-nin direktoru X5 tərəfindən pozulmuşdur. Belə ki, o, 08 fevral 2021-ci il tarixdə iddiaçı tərəfindən Cavabdeh verilmiş, lakin etibarlılıq müddəti 09 fevral 2021-ci il tarixdə bitmiş, heç bir hüquqi qüvvəsi olmayan etibarnamədən istifadə etməklə 12.02.2021-ci il tarixli **********2346 saylı Gömrük Bəyannaməsinə əsasən cəmiyyətə məlumat verilmədən, iddiaçı cəmiyyət tərəfindən heç bir pul ödənişi edilmədiyi halda, Cavabdeh ilə birlikdə öz vəsaitləri hesabına 30253,31 manat ƏDV, gömrük və idxal rüsumlarını ödəyərək "İddiaçı" MMC-nin adına gəlmiş 24345 ABŞ dolları dəyərində "Santexnik avadanlıqlarını" qanunsuz olaraq Bakı şəhər Gömrük orqanlarında rəsmiləşdirərək birlikdə mənimsəməklə qeyd olunan məbləğdə zərər vurmuşlar. Bundan başqa, "İddiaçı" MMC ilə Çin ölkəsinin "Avatar - X6 LTD şirkəti ilə aralarında bağlanmış ATM00840, 01 dekabr 2020-ci il tarixli Kontrakta əsasən şirkətin adına gəlmiş santexnik avadanlıqlarını “xxxx” MMC 08.02.2021-ci il tarixli, **********7167 saylı və 08.02.2021-ci il tarixli, **********7180 saylı Gömrük Bəyənnamələrinə əsasən gömrük orqanlarında rəsmiləşdirəndən sonra Cavabdeh onun adına verilən 08 fevral 2021-ci il tarixli, 08-10 fevral 2021-ci il tarixədək etibarlı olan etibarnamə əsasında 48160,01 ABŞ dolları dəyərində həmin santexnik avadanlıqlarını 08 fevral 2021-ci il tarixində alaraq iddiaçıya təhvil verməyərək mənimsəməklə ona həmin məbləğdə zərər vurmuşdur. Bununla da cavabdehlər birlikdə "İddiaçı" MMC-nin adına gəlmiş 3 konteyner - cəmi dəyəri 72505 ABŞ dolları olan santexnik avadanlıqlarını mənimsəməklə ona külli miqdarda zərər vurmuşlar. Həmin puldan 48160,01 ABŞ dolları dəyərində santexnik avadanlıqları Cavabdeh təklikdə, 24345 ABŞ dolları dəyərində santexnik avadanlıqlarını isə hər iki cavabdeh birlikdə alaraq mənimsəmişlər. Cavabdehlər X5 və Cavabdeh ayrı ayrılıqda pretenziya göndərərək 3 gün müddətinə həmin malları təhvil vermələri tələb edilsə də, cavabdehlər nəinki vurduqları zərəri ödəməmiş, heç pretenziya məktubuna cavab belə verməmişlər. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh “xxxx” MMC-nin direktoru X5 ilə öz aralarında anlaşıb razılığa gəldiyinə görə iddianın ona qarşı olan hissəsindən imtina etdiyini və Cavabdeh İddiaçı MMC-nin xeyrinə ümumilikdə 60332,51 ABŞ dollarının ekvivalenti olan 102565,27 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə icraata “xxxx” MMC-yə aid hissədə xitam verilmişdir. Həmçinin iddiaçının nümayəndəsi yenidən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh ümumilikdə 144066,26 manat pulun iddiaçının xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, “xxxx” MMC İddiaçı MMC-yə olan müştərək borcundan öz payına düşən 12172,50 ABŞ dollarını ekvivalenti olan 20693,25 manat məbləğində pul vəsaitin ödədiyinə görə iddidan həmin hissədə imtina olunmuşdur. Cavabdeh İddiaçı MMC-nin adına göndərilən malları sonuncuya təhvil verməyərək mənimsədiyinə görə həmin mallara görə iddiaçı tərəfindən ödənilmiş gömrük, idxal və digər rüsumlar da ondan tutulmalıdır. Belə ki, 08 fevral 2021-ci il tarixli, **********7180 saylı gömrük bəyannaməsi üzrə əlavə dəyər vergisi, idxal rüsumu, idxad yığımları daxil olmaqla 20000,78 manat, 08 fevral 2021-ci il tarixli, **********7167 saylı gömrük bəyannaməsi üzrə əlavə dəyər vergisi, idxal rüsumu, idxad yığımları daxil olmaqla 21500,24 manat, ümumilikdə 41501,02 manat pul vəsaiti ödənilmişdir. Buna görə də ümumilikdə 144066,29 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, X2 ilə ortaq dostları vasitəsilə tanış olmuşdur. X.N.Məmmədovun Az-tural-M, Az-tural-S, Az-tural-L adlı şirkətləri var. X.N.Məmmədov ona birgə işləmək təklif etmiş, əvəzində isə ƏDV-dən 25% pul əldə edəcəyimi bildirmişdir. O, X.N.Məmmədovun təklifi ilə razılaşmışdır. Mübahisəli santexnika avadanlıqlarının sahibi X.N.Məmmədov deyildir, onun adından malı başqa şəxlər almışdır. - X2 tərəfindən mənə etibarnamə mənə verilsə də, təhlükəsizlik kameralarından da görünür ki, mən həmin vaxt həmin ərazidə olmamışam. O, X.N.Məmmədova malların rəsmiləşdirilməsində köməklik göstərmişdir. “Az-Turan-L” şirkəti ilə bağlı işlər gördüyünə görə iddiaçının ona 9000 manat borcu vardır. Mallar gömrükdə onun tərəfindən təhvil alınmamışdır. Mülki iş materiallarında olan: - "İddiaçı" MMC ilə Çin Xalq Respublikasının "Avatar - X6 LTD şirkəti ilə arasında bağlanmış ATM00840, 01 dekabr 2020-ci il tarixli Kontrakta əsasən şirkətin adına santexnik avadanlıqları göndərilməsi nəzərdə tutulmuşdur. - 01.02.2021-ci il tarixli, MG2020030 saylı xidmət göstərilməsi haqqında müqavilə ilə “xxxx” MCC tərəfindən İddiaçı MMC-nin tapşırığı ilə idxal, tranzit və digər gömrük prosedurları altında onun adından və öz adından rəmiləşdirilməsi təəb olunan mallaın və nəqliyyat vasitələrinin gömrk rəsmiləşdirilməsi ilə bağlı “Qiymətlərin razılaşdırılması protokolu”nda sadalanan xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. - Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış etibarnamənin surətindən görünür ki, İddiaçı MMC direktoru tərəfindən cəmiyyətin ünvanına daxl olan bütün yüklərin və müşayiət edən yük sənədlərin təhvil alınmasını, göndərilməsini və digər yük əməliyyatlarının aparılmasını bununla bağlı bütün zəruri rəsmiləşdirmə, sənədləşmə və hesablaşma işlərinin həyata keçirilməsini 08.02.2021-ci il tarixdən 10.02.2021-ci il tarixinə kimi Cavabdeh etibar edilmişdir. - 08.02.2021-ci il tarixli, **********7167 saylı gömrük bəyannaməsinə əsasən malın ümumi invoys dəyəri 24038,10 ABŞ dolları olmaqla gömrük xərcləri daxil cəmi 21500,24 manat, həmin tarixli, **********7180 saylı gömrük bəyannaməsinə əsasən malın ümumi invoys dəyəri 24122 ABŞ dolları olmaqla gömrük xərcləri daxil cəmi 20000,78 manat və 12.02.2021-ci il tarixli, **********2346 saylı gömrük bəyannaməsinə əsasən malın ümumi invoys dəyəri 24345 ABŞ dolları olmaqla gömrük xərcləri daxil cəmi 30217,91 manat müəyyən edilmişdir. - Azəbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin məhkməyə ünvanladığı 19.05.2021-ci il tarixli, 1400-012/004-22/003113 saylı məktubunda "İddiaçı" MMC ilə Çin Xalq Respublikasının "Avatar - X6 LTD şirkəti ilə arasında bağlanmış ATM00840, 01 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC-nin ünvanına göndərilmiş saxtexnika avadanlıqları yükü **********7167, **********7180, **********2346 saylı gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş və İddiaçı MMC-nin etibarnaməsi əsasında Cavabdeh tərəfindən təhvil alınaraq bəyannamədə göstərilən ünvana (Lökbatan qəsəbəsi, Xocasən yolunun cənub şərqi) boşaldılmışdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında tapşırıq müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 777.1 və 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. - 783.2-cü maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. İş materiallarında olan etibarnamə ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən cəmiyyətin ünvanına daxl olan bütün yüklərin və müşayiət edən yük sənədlərin təhvil alınmasını, göndərilməsini və digər yük əməliyyatlarının aparılmasını bununla bağlı bütün zəruri rəsmiləşdirmə, sənədləşmə və hesablaşma işlərinin həyata keçirilməsi Cavabdeh etibar edilmişdir. Belə olduğu təqdirdə Cavabdeh ona etibar edilmiş hərəkətləri apardıqdan sonra malları İddiaçı MMC-yə təhvil verməli idi. Cavabdeh iddiaya etirazının əsasını da o təşkil edir ki, gömrük bəyannamələrində göstərilən mallar onun tərəfindən təhvil alınmamışdır. Lakin Azəbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin məhkməyə ünvanladığı 19.05.2021-ci il tarixli, 1400-012/004-22/003113 saylı məktubunda saxtexnika avadanlıqları yükünün **********7167, **********7180, **********2346 saylı gömrük bəyannamələri ilə rəsmiləşdirildiyi və İddiaçı MMC-nin etibarnaməsi əsasında Cavabdeh tərəfindən təhvil alınması qeyd olunmuşdur. Belə olduğu təqdirdə malların iddiaçıya təhvil verilməsi Cavabdeh tərəfindən sübuta yetirilməlidir. Lakin cavabdeh tərəfindən bu xüsusatı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. - 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. - 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Lakin Cavabdeh qeyd olunan normaların tələbinə zidd olaraq rəsmiləşdirmə aparıldıqdan sonra malları təhvil almasına baxmayaraq həmin malların iddiaçıya verilməsini təmin etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və gömrük bəyannamələrində qeyd olunan məbləğlər iddia ərizəsində göstərilən məbləğlərlə eynilik təşkil etdiyinə görə məhkəmə hesab edir ki, iddia tam təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində isə 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilsin. 144066,29 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1848/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1848/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver