Məhkəmə qərarları › İş №e-2-2(113)-1849/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1849/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1849/2020 21.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı “xxxx”xxxx“Cavabdeh Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına və “xxxx” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: iddiaçı “xxxx”xxxx“Cavabdeh Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh"xxxx“xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 56.583,96 manat məbləğində əsas borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Sığorta və Təkrarsığorta üzrə Broker MMC-nin vasitəçiliyi ilə Lİ1195-EM01SX nömrəli Könüllü Tibbi Sığorta Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin iddiaçıya ödəməli olduğu sığorta haqqı 80.351 manat təşkil etmişdir. Müqavilənin 7.9-cu bəndinə görə sığorta haqqının ödənilməsi müvafiq surətdə təqdim olunmuş hesabların alındığı gündən sonra 30 gün müddətində həyata keçirilməli idi. Müqavilənin 7.10-cu bəndinə görə ödəmə sığortaçının bank hesabına köçürmə yolu ilə ildə dörd dəfə (rüb əsasında) edilməli idi. Tərəflərindən sığorta haqqının ödənilməsi üçün cavabdehə xx.xx.2019-cu il tarixdə 048/01/19 nömrəli invoice/hesab göndərilmişdir. Həmin invoice/hesab-da cəmi məbləğin rüblərə bölünməsi və 4 bərabər hissədə ödənilməsi tarixləri aşağıdakı kimi göstərilmişdir: xx.xx.2019xx.xx.2019 – 20.087,75 manat, xx.xx.2019-xx.xx.2019 – 20.087,75 manat, xx.xx.2019xx.xx.2019 – 20.087,75 manat və xx.xx.2019-xx.xx.2020 – 20.087,75 manat. Bundan sonra, müqavilənin əhatə etdiyi sığorta olunanların sayında artımın olduğunu nəzərə alaraq xx.xx.2020-ci il tarixdə həmin sığorta müqaviləsinə “Sığorta olunan şəxslərin siyahısına əlavə və dəyişikliklərin edilməsinə dair 1 nömrəli əlavə razılaşma imzalanmışdır. Həmin 1 nömrəli əlavə razılaşmaya əsasən ödənilməli sığorta haqqında cəmi 17 553,96 manat artım olmuşdur. Beləliklə, bu sığorta müqaviləsi üzrə cəmi sığorta haqqı cəmi 97.904,96 manat təşkil etmişdir. Əlavə artmış məbləğə dair tərəflərindən xx.xx.2020 il tarixdə 085/01/20 nömrəli invoice/hesab göndərilmişdir. Həmin xx.xx.2019-cu il tarixli Lİ1195-EM01SX nömrəli könüllü tibbi sığorta müqaviləsi üzrə sığorta haqqı kimi bu günədək şirkətlərinə cəmi 60263,25 manat daxil olmuşdur. Qalan 37.641,71 manat hələ ki, ödənilməmişdir. Bundan başqa cavabdehin ("Cavabdeh" Şirkətinin AR-dakı Filialı)təyin etdiyi “xxxx” Sığorta və Təkrarsığorta üzrə Broker MMC-nin sifarişi ilə növbəti dəfə iddiaçı tərəfindən həmin Filialın adına xx.xx.2020-ci il tarixdə Lİ1432-EM01SX nömrəli könüllü tibbi sığorta şəhadətnaməsi və müqavilə buraxılmış, imzalanaraq cavabdehə təqdim edilmişdır. Həmin sığorta şəhadətnaməsinə əsasən cavabdehin iddiaçıya ödəməli olduğu sığorta haqqı cəmi 75.769 manat təşkil etmişdir. Müqavilənin 7.9-cu bəndinə görə sığorta haqqının ödənilməsi müvafiq surətdə təqdim olunmuş hesabların alındığı gündən sonra 30 gün müddətində həyata keçirilməli idi. Müqavilənin 7.10-cu bəndinə görə ödəmə sığortaçının bank hesabına köçürmə yolu ilə ildə dörd dəfə (rüb əsasında) edilməli idi. Tərəflərindən sığorta haqqının ödənilməsi üçün Cavabdehə xx.xx.2020-ci il tarixdə 119/01/20 nömrəli invoice/hesab göndərilmişdir. Həmin invoice/hesab-da cəmi məbləğin rüblərə bölünməsi və 4 bərabər hissədə ödənilməsi tarixləri aşağıdakı kimi göstərilmişdir: xx.xx.2020-xx.xx.2020 – 18.942,25 manat, xx.xx.2020-xx.xx.2020 – 18.942,25 manat, xx.xx.2020-xx.xx.2020 - 18 942,25 manat, xx.xx.2020-xx.xx.2021 - 18 942,25 manat. xx.xx.2020-ci il tarixli Lİ1432-EM01SX nömrəli Könüllü Tibbi Sığorta Müqaviləsi üzrə sığorta haqqı kimi bu günədək şirkətlərinə heç bir ödəniş daxil olmamışdır. Buna baxmayaraq cavabdehin işçiləri korporativ tibbi sığorta xidmətlərindən istifadə etməkdə, cavabdeh isə onları müalicə müəssisələrinə yönəltməkdə və bu sahədə yaranan texniki koordinasiya problemlərini(həkim qəbulu vaxtlarını razılaşdırma və dəyişdirilməsi, müraciət edən hər xəstə üzrə hansı profilli klinikanın seçilməsi və s.) həll etməkdə davam etmişdir. Nəhayət, sığorta haqqının daxil olmadığını nəzərə alaraq xx xxxxxx 2020-ci il tarixdən etibarən tibbi xidmətlərin göstərilməsinin təşkili və əvəzinin ödənilməsini dayandırmalı oldular. Beləliklə, cavabdehin 2 sığorta müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu məbləğ 56.583,96 manat (37.641,71 manat + 18 942,25 manat) təşkil edir. Bundan sonra iddiaçı “xxxx” ASC iddiaya dəyişiklik edilməsi barədə ərizə vermiş və ərizəsində cavabdeh tərəfdən sığorta vasitəçisi (brokeri) olan “xxxx Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-nin onlara müraciət edərək cavabdehlə 2020-ci il üçün tibbi sığorta müqaviləsinin bağlanmasını xahiş etdiyini, tərəflərindən xx.xx.2020-ci il tarixdə Lİ1432-EM01SX nömrəli könüllü tibbi sığorta şəhadətnaməsi və müqavilə buraxıldığını və imzalanmaq üçün brokerə təqdim edildiyini, həmin müqavilə üzrə bir rüblük sığorta haqqının 18.942,25 manat təşkil etdiyini, həmin müqavilə üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməsinə baxmayaraq cavabdehin işçilərinin korporativ tibbi sığorta xidmətlərindən istifadə etməkdə davam etdiyini, xx.xx.2020-ci il tarixdə tibbi xidmətlərinin göstərilməsinin təşkili və əvəzinin ödənilməsinin dayandırıldığını, belə olan halda cavabdeh tərəfindən sığorta haqqının ödənilməməsinə görə həmin müqavilələrin bağlanmasında vasitəçi kimi çıxış etmiş “xxxx Sığorta və Təkrarsığorta üzrə Broker” MMCnin də cavabdehlik daşıdığını əsas göstərərək “xxxx Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-nin cavabdeh kimi işə cəlb edilməsini, Cavabdehxxxx“xxxx”xxxx“xxxx” ASC və xxxx Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-dən müştərək qaydada 18.942,25 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs SOCAR hazırkı iddianın şirkətə aidiyyətinin olmadığını, cavabdehin öhdəlikləri üçün məsuliyyət daşımadıqlarını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “xxxx” ASC (sığortaçı) ilə Cavabdeh şirkətinin AR filialı (sığortalı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli Lİ1195-EM01SX saylı könüllü tibbi sığorta müqaviləsinə əsasən sığortaçı AR Maliyyə Nazirliyi ilə xx.xx.2009-cu il tarixdə razılaşdırılaraq təsdiq edilmiş Könüllü Tibbi Sığorta Qaydalarına uyğun hərəkət edərək sığorta şəhadətnamələri almış sığorta olunanları müqavilədə göstərilmiş könüllü tibbi sığorta proqramı ilə təmin etməyi, onlara göstəriləcək tibbi yardımın təşkili və ödənilməsini öz üzərinə götürmüşdür. Müqavilənin 5.2.1-ci bəndinə görə müqavilədə göstərilmiş məbləğdə və müddətdə sığorta haqqını ödəmək sığortalının vəzifələrinə daxildir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin müqaviləyə əlavə edilmiş sığorta olunan şəxslərin sıyahısından müəyyən edilir ki, sığortaçının 203 nəfər işçisinə könüllü tibbi sığorta şəhadətnamələri (polisləri) verilmişdir, sığortaçı tərəfindən ödənilməli olan sığorta haqqı məbləği cəmi 80.351 manat təşkil edir. Həmin müqaviləyə əlavə edilmiş “Sığorta olunan şəxslərin sıyahısına əlavə və dəyişikliklərin edilməsinə dair” 1 saylı Əlavə Razılaşmadan görünür ki, sığorta olunanların sıyahısına dəyişikliklər edilərək yeni şəxslər əlavə edilmiş və siyahıya əlavə edilmiş şəxslərə görə sığortalı tərəfindən əlavə 22.099,17 manat məbləğində sığorta haqqı ödənilməlidir. Eyni zamanda bəzi şəxslər sığorta olunanların siyahısından çıxarılmış və siyahıdan çıxarılmış şəxslərə görə ödənilmiş 4.545,21 manat məbləğində sığorta haqqı sığortalıya qaytarılmalıdır. xx.xx.2019-cu il tarixli Lİ1195-EM01SX saylı tibbi sığorta şəhadətnaməsindən müəyyən edilir ki, “xxxx” ASC (sığortaçı) ilə Cavabdeh şirkətinin AR filialı (sığortalı) arasında xx.xx.2019-cu il tarixli könüllü tibbi sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilənin bağlanmasında sığortaçı adından vasitəçi (sığorta brokeri) qismində “xxxx Sığorta və Təkrarsığorta üzrə Broker” MMC çıxış edir. Sığorta haqqı sığortaçının bank hesabına ildə dörd dəfə rüb əsasında ödənilməlidir. Sığorta təminatı müddəti xx.xx.2019cu il (saat 00:00) tarixdən xx.xx.2020-ci il (saat 00:00) tarixinədək müəyyən edilmişdir. Cavabdeh şirkətinin AR filialı tərəfindən təsdiq edilməmiş xx.xx.2020-cu il tarixli Lİ1432-EM01SX saylı tibbi sığorta şəhadətnaməsindən görünür ki, “xxxx” ASC (sığortaçı) ilə Cavabdeh şirkətinin AR filialı (sığortalı) arasında xx.xx.2020-ci il tarixli könüllü tibbi sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilənin bağlanmasında sığortaçı adından vasitəçi (sığorta brokeri) qismində “xxxx Sığorta və Təkrarsığorta üzrə Broker” MMC çıxış edir. Ümumi sığorta haqqı məbləği 75.769 manat təşkil edir. Sığorta haqqı sığortaçının bank hesabına ildə dörd dəfə rüb əsasında ödənilməlidir. Sığorta təminatı müddəti xx.xx.2020-ci il (saat 00:00) tarixdən xx.xx.2021-ci il (saat 00:00) tarixinədək müəyyən edilmişdir. “xxxx” MMC-nin ekspertiza aktından görünür ki, MMC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə Cavabdeh şirkətinin AR filialının işçisinə 54318/01 sığorta şəhadətnaməsinə əsasən tibbi xidmət göstərilmişdir. xx.xx.2020-ci il tarixli ******* saylı ödəniş tapşırığından görünür ki, həmin xidmətin dəyəri tərəfindən “xxxx” ASC tərəfindən ödənilmişdir. “Mediclub”xxxx“xxxx” ASC-yə təqdim edilmiş elektron qaiməyə əlavədən görünür ki, “Mediclub” MMM 11-20 fevral tarixləri arası dövrdə Cavabdeh” şirkətinin işçilərinə sığorta şəhadətnamələri üzrə 441,4 manat dəyərində tibbi xidmətlər göstərilmişdir. “xxxx” MMC-nin ekspertiza aktı ilə təsdiq edilir ki, “xxxx” MMC tərəfindən xx.xx.2020xx.xx.2020-ci il tarixləri arası dövrdə Cavabdeh şirkətinin işçilərinə sığorta şəhadətnamələri əsasında 914,4 manat dəyərində tibbi xidmətlər göstərilmişdir. 247334 saylı ödəmə barədə məumatdan isə görünür ki, həmin xidmətlərin dəyəri “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə ödənilmişdir. X2 Merkezinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixləri arası dövrdə göstərilmiş tibbi xidmətlərin ekspertiza rəyindən görünür ki, Cavabdeh şirkətinin AR filialının işçisinə 54140/01 sığorta şəhadətnaməsinə əsasən tibbi xidmət göstərilmişdir. 355825 saylı ödəniş barədə məlumatdan görünür ki, həmin xidmətin dəyəri tərəfindən “xxxx” ASC tərəfindən ödənilmişdir. “xxxx” MMC-nin ekspertiza aktı ilə təsdiq edilir ki, “xxxx” MMC-nin tərəfindən xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arası dövrdə Cavabdeh şirkətinin işçilərinə sığorta şəhadətnamələri əsasında 157,28 manat dəyərində tibbi xidmətlər göstərilmişdir. 124383 saylı ödəmə barədə məlumatdan görünür ki, həmin xidmətlərin dəyəri “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə ödənilmişdir. “xxxx” MMC-nin ekspertiza aktı ilə təsdiq edilir ki, MMC tərəfindən xx.xx.2020xx.xx.2020-ci il tarixləri arası dövrdə Cavabdeh şirkətinin işçilərinə sığorta şəhadətnamələri əsasında 2.546,93 manat dəyərində tibbi xidmətlər göstərilmişdir. 336344 saylı ödəmə barədə məlumatdan görünür ki, həmin xidmətlərin dəyəri “xxxx” ASC tərəfindən “xxxx”xxxx“Mərkəzi Klinika MMC-nin ekspertiza aktı ilə təsdiq edilir ki, MMC tərəfindən xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arası dövrdə Cavabdeh şirkətinin işçilərinə sığorta şəhadətnamələri əsasında cəmi 176,69 manat dəyərində tibbi xidmətlər göstərilmişdir. 150465 saylı ödəmə barədə məlumatdan görünür ki, həmin xidmətlərin dəyəri “xxxx” ASC tərəfindən “xxxx”xxxxİddiaçı “xxxx” ASC tərəfindən Cavabdeh şirkətinin AR filialına xx.xx.2020-ci il tarixli pretenziya məktubları ünvanlanaraq sığorta haqqının ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli Lİ1195-EM01SX saylı könüllü tibbi sığorta müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı “xxxx” ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqaviləyə əsasən ödəməli olduğu cəmi 97.904,94 (80.351 +22.099,17 - 4.545,21 manat) manat məbləğində sığorta haqqının 37.641,71 manat hissəsini ödəməmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə görə sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə sığortaçı “xxxx” ASC-nin sığortalı Cavabdeh şirkətinin AR filialından sığorta haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli könüllü tibbi sığorta müqaviləsi üzrə sığorta haqqına görə yaranmış 37.641,71 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair hissədə iddia əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış 18.942 manat məbləğində sığorta haqqı borcunun cavabdehlər Cavabdeh” şirkətinin AR filialından və “xxxx Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-dən müştərək qaydada tutulması hissəsinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, xx.xx.2020-ci il tarixli mübahisəli könüllü tibbi sığorta müqaviləsi Cavabdeh Şirkətinin AR Filialı tərəfindən imzalanmasa da, sığorta brokerinin müraciətinə əsasən xx.xx.2020-ci il tarixdə sığortalı Cavabdeh Şirkətinin AR Filialının işçilərinə verilmiş sığorta şəhadətnamələrinin (polislərinin) müddəti uzadılmışdir. Həmin sığorta şəhadətnamələri əsasında xx.xx.2020-ci il tarixləri xx.xx.2020-ci il tarixləri arası dövrdə Cavabdehxxxx“xxxx” ASC tərəfindən təqdim edilmiş tibbi sığorta xidmətlərindən istifadə etmiş və göstərilmiş tibb xidmətlərinin dəyəri sığortaçı “xxxx” ASC tərəfindən ödənilmişdir. Mülki Məcəllənin 899.1-ci maddəsinə görə isə sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. Yuxarıda göstərilən normalarının məzmunundan göründüyü kimi sığorta müqaviləsi yalnız tərəflərin sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə deyil, sığortaçı tərəfindən sığortalıya (sığorta olunanlara) sığorta şəhadətnaməsinin təqdim edilməsi yolu ilə bağlanıla bilər. İşin yuxarıda göstərilən hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, sığortaçı tərəfindən sığorta olunan şəxslərə verilmiş sığorta şəhadətnmələrin müddətinin uzadılması, eləcə də xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arası dövrdə cavabdehin işçilərinin sığortaçı tərəfindən təqdim edilmiş tibbi sığorta xidmətlərindən istifadə etməsi tərəflər arasında xx.xx.2020-ci il tarixdə Mülki Məcəllənin 899.1.2-ci maddəsində göstərilən formada könüllü tibbi sığorta müqaviləsinin bağlanmasına dəlalət edir. Belə olan halda isə iddiaçı “xxxx” ASC həmin müqaviləyə əsasən ödənilməli olan sığorta haqqının Cavabdeh Şirkətinin AR Filialı”ndan tutulmasını tələb etməkdə haqlıdır. xx.xx.2020-ci il tarixindən sonrakı dövr üçün cavabdeh Cavabdeh Şirkətinin AR Filialı”ndan tutulmalı olan sığorta haqqının məbləği ilə bağlı məhkəmə qeyd edir ki, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi xx.xx.2020-ci il tarixdə iddiaçı “xxxx” ASC sığorta olunan şəxslərə verilmiş şəhadətnamələr üzrə tibb xidmətlərinin göstərilməsini dayandırmış, yəni sığortalı tərəfindən sığorta haqqının ödənilməməsi ilə əlaqədar müqavilə münasibətlərinə vaxtından əvvəl xitam vermişdir. Mülki Məcəllənin 921.2-ci maddəsinə görə sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib olan) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında sığorta müqaviləsindən irəli gələn münasibətlərə sığortaçı tərəfindən sığortalının sığorta haqqını ödəməməsi ilə əlaqədar xitam verildiyindən sığortalı Cavabdeh Şirkətinin AR Filialı”ndan Mülki Məcəllənin 921.2-ci maddəsinin tələblərinə uyğun olaraq müqavilənin qüvvədə olduğu müddət hazırkı halda bir aylıq müddət (xx.xx.2020-xx.xx.2020) üçün ödənilməmiş sığorta haqqı - 6314,08 manat məbləğində (bir rüb üçün sığorta haqqı -18.942,25/3=6314,08) pul vəsaiti sığortaçı “xxxx” ASC-nın xeyrinə tutulmalıdır. İddia tələbinin “xxxx Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-yə qarşı olan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, xxxx Sığorta və Təkrarsığorta üzrə Broker” MMC mübahisəli sığorta münasibətlərində sığorta brokeri qismində çıxış edir. Mülki Məcəllənin 937.1-ci maddəsinə görə sığorta (təkrarsığorta) müqaviləsi tərəflər arasında həm birbaşa, həm də sığorta vasitəçilərinin - sığorta agentlərinin və ya sığorta brokerlərinin xidmətindən istifadə etməklə bağlana bilər. Aqrar sığorta müqaviləsi “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vasitəçi aqrar sığortaçıların xidmətindən istifadə etməklə bağlanır. 937.3. Sığorta brokeri sığortalını (təkrarsığortalını) sığortaçı (təkrarsığortaçı) ilə münasibətlərdə təmsil etməklə aşağıdakı sığorta əməliyyatlarında tapşırıq müqaviləsi əsasında vasitəçilik edə bilər: 937.3.1. sığorta (təkrarsığorta) müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması; 937.3.2. sığorta (təkrarsığorta) müqavilələrinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması; 937.3.3. sığorta (təkrarsığorta) müqavilələrinin həyata keçirilməsi, o cümlədən sığorta (təkrarsığorta) tələbləri və sığorta ödənişləri üzrə sövdələşmələrin aparılması və (və ya) məsləhətlərin verilməsi. Göstərilən maddələrin məzmunundan göründüyü kimi sığorta brokeri sığortalını sığortaçı ilə münasibətlərdə təmsil edən vasitəçi olmaqla sığortalı tərəfdən müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması, sığorta (təkrarsığorta) müqavilələrinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması prosesində iştirak edir. Lakin sığorta brokerinin sığortalı tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıması barədə müddəa mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda isə iddiaçı “xxxx” ASC-nin iddiası “xxxx Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-yə münasibətdə əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından cəmi 43.955,8 (37.641,71+6314,08) manat məbləğində sığorta haqqına görə borc tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdehə, 5 (beş) manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından 43.955,8 manat məbləğində sığorta haqqına görə borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar