Məhkəmə qərarları › İş №e-2-2(113)-1851/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1851/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1851/2021 23.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı2 MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı müqavilənin ləğv edilməsi, avtomobillərin geri qaytarılması, pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 MMC ilə bağlanmış 07 may 2019-cu il tarixli MAS-828 saylı “Daxil lizinq’’ müqaviləsi ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, 3 ədəd “Khazar Lx" minik markalı, **-PH-***, **-PH-***, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərin mülkiyyətçi İddiaçı2 MMC-yə geri qaytarılması, cavabdeh “xxxx” MMC-dən 07 may 2019-cu il tarixli MAS-828 saylı 'Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektlərini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 yanvar 2021-ci il tarixə 2122.05 manat gecikdirilmiş əsas, 234.32 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 143.82 manat dəbbə pulu, ümumilikdə 2500.19 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı2 MMC -nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.06.2021-ci il tarixdə iddiaçının İddiaçı2 MMC informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında razılığının əldə edilməsi ilə əlaqədar iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasının tələb edilməsinə dair məhkəməyə heç bir vəsatət təqdim etmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı2 MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı müqavilənin ləğv edilməsi, avtomobillərin geri qaytarılması, pulun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar