Məhkəmə qərarları › İş №e-2-2(113)-1854/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1854/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1854/2020 23.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Vəkil Ağaməmməd oğlunun iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh “xxxxxxxxxxxx” Azərbaycan X3rşı “pul” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh “xxxxxxxxxxxx” Azərbaycan X3rşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 216398.35 manat məbləğində artıq ödənilmiş vəsaitin və 30 manat dövlət rüsumunun cavabdeh “xxxxxxxxxxxx” Azərbaycan X5ndən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti səhmlərinin 100 faizi dövlətə məxsus olmaqla, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2004-cü il tarixli 468 nömrəli Sərəncamına əsasən yaradılmışdır. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinın razılığı əsasında 5.709.336,51 manat məbləğində, respublikada istehsal olunan 1145 ədəd asılan və qoşulan texnikaların satınalınması “X7-Türk” MM Şirkəti ilə birbaşa müqavilə əsasında həyata keçirilmişdir. “X7-Türk” MM Şirkəti tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən müqavilə məbləği həcmində, yəni 5709110,0 manat məbləğində Cəmiyyətə elektron qaimə göndərmiş və həmin məbləğdə kənd təsərrüfatı texnikalarını təhvil vermişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müqavilə şərtlərinə əsasən nəzərdə tutulmuş 5.709.336,51 manat məbləğində müqavilə dəyəri həmin dövrdə Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnəyə uyğun olaraq, xx.xx.2017-ci il tarixdə 2283734,60 manat, xx.xx.2017-ci il tarixdə 1753752,45 manat və xx.xx.2017-ci il tarixdə 1888021,30 manat olmaqla, cəmi 5925508,35 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxxxxx” MM Şirkətinin hesabına ödənilmişdir. Göründüyü kimi 5709110,0 manat ödənilməli olduğu halda, məzənnə fərqi nəticəsində 216398,35 manat məbləğində artıq ödəmə aparılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 5925508,35 manat məbləğində ödəniş həyata keçirilmişdir Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən artıq ödənilmiş 216398,35 manat vəsaitin ən qısa müddətdə geri qaytarılması ilə bağlı xx xxxxxx 2018-ci il tarixli ASC/P-438 nömrəli pretenziya məktubu ilə “xxxxxxxxxxxxxxxxxxxxx” MM Şirkətinə müraciət edilmişdir. Bununla əlaqədar İcraçı “X7-Türk” MM Şirkəti xx xxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli müraciət məktublarında artıq ödənilmiş vəsaiti borc kimi qəbul etmişdir xxxxxxxxxxxxxxxxxxxxx” Müştərək Müəssisəsinin xx xxxx 2018-ci il tarixli müraciət məktubunda artıq ödənilmiş vəsait borc kimi qəbul edilmiş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanılan xx.xx.2018-ci il tarixli 18/18 saylı digər satınalma müqaviləsində ödəniş kimi nəzərə alınması xahiş olunmuşdur. Beləliklə xx xxxxx 2017-ci il tarixli 14/17 nömrəli satınalma müqaviləsinin şərtlərinə əsasən müqavilə məbləğindən artıq ödənilmiş 216398,35 manat məbləğində vəsait İddiaçı ASC-yə geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, müqavilə üzrə artıq ödəmə ilə bağlı qarşı tərəfə müraciət edilmişdir, qarşı tərəf də razılaşaraq məktub ünvanlamış və məbləğin növbəti müqavilə üzrə nəzərə alınmasını xahiş etmişdir. İddiaçı ASC də bunu daxili əmrlə əmrləşdirmişdir. xx.xx.2017-ci il tarixli müqavilə üzrə artıq ödəməni qarşı tərəf qəbul edir. Bunun əsasında əmrləşdirmə aparılıb ikinci müqavilə nəzərə alınmışdır. Sonda M.S.Süleymanov iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil Ağaməmməd oğlu iddia tələbini qəbul etməyərək və iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, tərəf hazırda 216.000 manat artıq ödədiyinə istinad edir. İlk baxışdan ele görünür ki, elədir. Lakin müqaviləni və iş materiallarını nəzərdən keçirsək görərik ki, iddia tələbi əsassızdır. xx.xx.2017-ci il tarixdə İddiaçı ASC ilə “xxxxxxxxxxxx” Azərbaycan X5 arasında “asılan və qoşulan texnikaların satınalınması” barədə 14/17 saylı müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci maddəsinə əsasən, müqavilənin predmeti müəyyən edilərkən müqaviləyə 13 nömrəli əlavədə göstərilən malların qiymət cədvəlinə uyğun olaraq təqdim olunacaq malların ümumi qiyməti Azərbaycan manatı və həmin dövr üçün müvəkkil bankın müəyyən etdiyi satış məzənnəsinə uyğun olaraq Avro ilə tərəflər arasında razılaşdırılmışdır. Müqavilənin tərkib hissəsi olan 13 nömrəli əlavədə təqdim olunacaq texnikaların adları, miqdarı, sayı, malların qiyməti Avro və Manatla qeyd olunmuşdur. 13 nömrəli əlavədə göstərilən malların Avro və Manat ilə qiymətləri müvafiq olaraq 5709336.50 manat və ******* Avro məbləğində qiymət təklifini İddiaçı ASC qəbul etmiş və bu şərtlə həm müqaviləni, həm də 13 nömrəli əlavəni imzalamışdır. Müqavilənin 3.3-cü bəndində tərəflər razılaşıblar ki, müqavilə icraçının təqsiri nəticəsində ləğv olunarsa müqavilə üzrə gətirilmiş mallar sifarişçinin mülkiyyətində qalır. Müqavilənin 9.3-cü bəndi ilə tərəflər razılaşıblar ki, Müqavilə üzrə ödəmələr ödəniş aparılan gün üçün mərkəzi bankın müəyyən etdiyi satış məzənnəsinə uyğun olaraq həyata keçirilir. Mal satın alınan vaxt Azərbaycan manatının Avroya münasibətdə satış qiymətləri Mərkəzi bank və yaxud müvəkkil bankların özləri tərəfindən müəyyən olunur. Sifarişçi müqavilənin 2.1 və 9.3-cü bəndinə müvafiq olararq elektron qaimə əsasında Avro ilə alınan malların alış qiymətləri, müqavilə şərtlərinə uyğun olaraq satın aldıqları malların dəyərini sifarişçi müqaviləyə əsasən icraçıya ödəmişdir. İddiaçı özü də iddia ərizəsində etiraf edir ki, Mərkəzi bankın müəyyyənləşdirdiyi məzənnəyə uyğun olaraq ödənişlər icra edilmişdir. Sifariş verən tərəf müqavilə bağlanan zaman bildirdi ki, sifariş verdikləri texnikaların hissələri Avro ilə xarici dövlətdən alınır. Bu texnikaların alışı ilə əlaqədar yekun ödəniş qiymətləri müqavilənin 9.3-cü bəndinə müvafiq olaraq tənzimlənəcək. Bu tənzimləməni hər iki tərəf müqavilə qaydasında qəbul edərək təsdiq etmişlər. Sifarişçi bilirdi ki, əgər manatın satış məzənnəsinə uyğun qiyməti avroya münasibətdə yüksələcəksə yenə də müqavilənin 9.3-cü bəndinə uyğun olaraq malın son alış qiyməti tərəflər arasında tənzimlənəcəkdi. Müqavilə yalnız tərəflərin razılığı əsasında və qanunvericilikdə nəzərdə tutulmuş hallarda dəyişdirilə və ləğv oluna bilər. Tərəflər arasında münasibətlər müqavilə münasibətləridir. Hər hansı fors-major hadisəsi yoxdur. Müqavilə öhdəlikləri cavabdeh tərəfindən tam olaraq icra edilmişdir. Qanunda da göstərilir ki, müqavilə iki tərəf arasında bağlanır. Mal, qiymət və digər şərtlər razılaşdırılır. Lakin pulun verilməməsi üçün bir tərəfli əmr verilir. Əsas şərtlər mütləq əlavə və dəyişiklik şəklində olmalı idi. Sonda Vəkil iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı ASC (Sifarişçi) və “xxxxxxxxxxxx” Azərbaycan X5 (İcraçı) arasında bağlanan xx.xx.2017-ci il tarixli, 14/17 saylı müqavilədən görünür ki, tərəflər təsdiq edirlər ki, Sifarişçi bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-12-də göstərilən texniki təsnifata və şərtlərə uyğun respublikada istehsal olunan 1145 ədəd asılan və qoşulan texnikaların satınalınası barədə bu Müqaviləyə 13 nömrəli Əlavədə göstərilən malların qiymət cədvəlinə uyğun olaraq İcraçının 5709336.51 AZN ******* avro məbləğində qiymət təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Malların komplektləşdirilmiş şəkildə bu müqaviləyə 14-15 nömrəli əlavədə göstərilən müddətdə və qaydada Sifarişçinin Təchizat bazalarına boşaldılıb təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda İcraçı sifarişçi ilə birlikdə qüsur aktını tərtib edir və aşkar olunan qüsurların qısa müddət ərzində aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. -İddiaçı ASC tərəfindən “xxxxxxxxxxxx” Azərbaycan X5nə ünvanlanan xx.xx.2018ci il tarixli pretenziyanın surətindən görünür ki, xx xxxxx 2017-ci il tarixli 14/17 nömrəli satınalma müqaviləsinə əsasən İddiaçı ASC-yə ümumi dəyəri 5.925.508,35 manat və ya 37.242.300 avro məbləğində müxtəlif kənd təsərrüfatı texnikalarını müqavilə üzrə nəzərdə tutulmuş müddətdə təhvil verilməsi “xxxxxxxxxxxx” Azərbaycan X5 tərəfindən öhdəliyə götürülmüşdür. İddiaçı ASC tərəfindən müqavilə üzrə ödənişin məbləği 5.925.508,35 manat olmasına baxmayaraq “xxxxxxxxxxxx” Azərbaycan X5 müqavilənin şərtlərinə uyğun olaraq təhvil verdikləri mallara görə ******* manat məbləğində qaimə-faktura təqdim etmişdir. Nəticədə isə müqavilə üzrə təqdim edilən malların dəyərinə nisbətən 216398,35 manat artıq ödəmə baş vermişdir. Artıq ödənilmiş 216.398,35 manat vəsaitin ən qısa müddətdə geri qaytarılmasının təmin edilməsi xahiş edilmişdir. -“xxxxxxxxxxxx” Azərbaycan X5 tərəfindən İddiaçı ASC-yə ünvanlanan xx.xx.2018ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2018-ci il tarixli ASC/P/438 saylı pretenziya məktubuna cavab olaraq 14/17 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən yaranmış 216358.35 manat borc vəsaitinin xx.xx.2017-ci il tarixli 18/18 saylı müqavilədə ödəniş zamanı nəzərə alınması xahiş edilmişdir. Müqavilənin 9.3-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439-cu maddəsinin müddəaları nəzərə alınmaqla müqavilə üzrə ödənişlər ödəniş aparılan gün üçün müvəkkil bankın müəyyən etdiyi satış məzənnəsinə uyğun olaraq həyata keçirilir. -“xxxxxxxxxxxx” Azərbaycan-X5 tərəfindən İddiaçı ASC-yə təqdim edilən EAAA seriyalı 592768 nömrəli xx.xx.2017-ci il tarixli elektron qaimə ilə xx.xx.2017-ci il tarixli 14/17 nömrəli müqavilə üzrə 733.847 manat ödəniş edilməli idi. -“xxxxxxxxxxxx” Azərbaycan-X5 tərəfindən İddiaçı ASC-yə təqdim edilən EAAA seriyalı 780473 nömrəli xx.xx.2017-ci il tarixli elektron qaimə ilə xx.xx.2017-ci il tarixli 14/17 nömrəli müqavilə üzrə 328.148 manat ödəniş edilməli idi. -“xxxxxxxxxxxx” Azərbaycan-X5 tərəfindən İddiaçı ASC-yə təqdim edilən EAAA seriyalı 878368 nömrəli xx.xx.2017-ci il tarixli elektron qaimə ilə xx.xx.2017-ci il tarixli 14/17 nömrəli müqavilə üzrə 152214 manat ödəniş edilməli idi. -“xxxxxxxxxxxx” Azərbaycan-X5 tərəfindən İddiaçı ASC-yə təqdim edilən EAAB seriyalı 057092 nömrəli xx.xx.2017-ci il tarixli elektron qaimə ilə xx.xx.2017-ci il tarixli 14/17 nömrəli müqavilə üzrə 952.268 manat ödəniş edilməli idi. -“xxxxxxxxxxxx” Azərbaycan-X5 tərəfindən İddiaçı ASC-yə təqdim edilən EAAC seriyalı 093095 nömrəli xx.xx.2017-ci il tarixli elektron qaimə ilə xx.xx.2017-ci il tarixli 14/17 nömrəli müqavilə üzrə 1.626.414 manat ödəniş edilməli idi. -“xxxxxxxxxxxx” Azərbaycan-X5 tərəfindən İddiaçı ASC-yə təqdim edilən EAAC seriyalı 181124 nömrəli xx.xx.2017-ci il tarixli elektron qaimə ilə xx.xx.2017-ci il tarixli 14/17 nömrəli müqavilə üzrə 240.992 manat ödəniş edilməli idi. -“xxxxxxxxxxxx” Azərbaycan-X5 tərəfindən İddiaçı ASC-yə təqdim edilən EAAD seriyalı 454585 nömrəli xx.xx.2017-ci il tarixli elektron qaimə ilə xx.xx.2017-ci il tarixli 14/17 nömrəli müqavilə üzrə 1.544.904 manat ödəniş edilməli idi. -“xxxxxxxxxxxx” Azərbaycan-X5 tərəfindən İddiaçı ASC-yə təqdim edilən EAAG seriyalı 960945 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimə ilə xx.xx.2017-ci il tarixli 14/17 nömrəli müqavilə üzrə 2724 manat ödəniş edilməli idi. xx.xx.2017-ci il tarixli 14/17 saylı müqaviləyə 13 nömrəli Əlavədən görünür ki, malların cəmi miqdarı 1145 ədəd, məbləği 3 060 650 avro, 5 709.336,51 manat təşkil edir. xx.xx.2017-ci il tarixli ödəniş sənədindən görünür ki, ödəyici İddiaçı ASC alan “xxxxxxxxxxxx” Azərbaycan X5dir, köçürülən məbləğ 2.283.734.6 manatdır. xx.xx.2017-ci il tarixli ödəniş sənədindən görünür ki, ödəyici İddiaçı ASC alan “xxxxxxxxxxxx” Azərbaycan X5dir, köçürülən məbləğ 1.753.752.45 manatdır. xx.xx.2017-ci il tarixli ödəniş sənədindən görünür ki, ödəyici İddiaçı ASC alan “xxxxxxxxxxxx” Azərbaycan X5dir, köçürülən məbləğ 1.888.021.3 manatdır. - 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-894/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı “xxxxxxxxxxxx” Azərbaycan X5nin cavabdeh İddiaçı ASC -yə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-43/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamsəindən görünür ki, iddiaçı “xxxxxxxxxxxx” Azərbaycan X5nin apelyasiya şikayəti təmin edilmiş, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(82)-894/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmişdir və cavabdeh İddiaçı ASC-dən 216398 manat manat məbləğində pulun tutularaq iddiaçı “xxxxxxxxxxxx” Azərbaycan X5nin xeyrinə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissdə rədd edilmişdir. -xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sifarişçi İddiaçı ASC və İcraçı “xxxxxxxxxxxx” Azərbaycan X5 arasında xx.xx.2017-ci il tarixli, 14/17 saylı müqavilə bağlanmışdır. Müqvailəyə əsasən, Sifarişçi müqavilənin tərkib hissəsi olan Əlavə 1-12-də göstərilən texniki təsnifata və şərtlərə uyğun respublikada istehsal olunan 1145 ədəd asılan və qoşulan texnikaların satınalınası barədə bu Müqaviləyə 13 nömrəli Əlavədə göstərilən malların qiymət cədvəlinə uyğun olaraq İcraçının 5709336.51 AZN ******* avro məbləğində qiymət təklifini qəbul etmişdir. xx.xx.2017-ci il tarixli 14/17 saylı müqaviləyə 13 nömrəli Əlavədə malların cəmi miqdarının 1145 ədəd, məbləği 3 060 650 avro, 5.709.336,51 manat olması razılaşdırılmış və hər iki tərəfdən təsdiq edilmişdir. İş materiallarında olan ödəniş sənədləri ilə təsdiq olunur ki, İddiaçı ASC tərəfindən xx.xx.2017-ci il tarixdə 2.283.734.6 manat, xx.xx.2017-ci il tarixdə 1.753.752.45 manat, xx.xx.2017-ci il tarixdə 1.888.021.3 manat olmaqla cəmi 5.925.508,35 manat ödəniş edilmişdir. Halbuki cavabdeh tərəfindən iddiaçıya göndərilən qaimə-fakturalarda məbləğ ******* manat məbləğin ödənilməsi tələb edilmişdir. Beləliklə İddiaçı ASC tərəfindən ******* manat ödənilməli olduğu halda 5925508,35 manat ödəniş olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin 1-ci və 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəllsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Mcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn münasibətləri yaranmışdır. “xxxxxxxxxxxx” Azərbaycan X5 tərəfindən texnika İddiaçı ASC-yə satılmışdır. Hər iki tərəf müqavilə üzrə öhdəliklərini icra etmiş, yəni “xxxxxxxxxxxx” Azərbaycan X5 malları təhvil vermiş və ******* manat məbləğində ödənişlə bağlı qaimə faktura verilmiş, İddiaçı ASC isə malları təhvil alaraq 5925508,35 manat məbləğində ödəniş etmişdir. Arada yarana fərq olaraq 216398,35 manat (5925508,35-5709110+216398,35) isə müqavilə üzrə öhdəlikdən kənar icra edilmişdir. Bu da “xxxxxxxxxxxx” Azərbaycan X5nin əsassız varlanmasına gətirib çıxarmışdır. “xxxxxxxxxxxx” Azərbaycan X5 tərəfindən İddiaçı ASC-yə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubda da 14/17 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən artıq ödənilmiş vəsaitlə bağlı yaranmış 216358.35 manat borc vəsaitinin xx.xx.2017-ci il tarixli 18/18 saylı müqavilədə ödəniş zamanı nəzərə alınması xahiş edilmişdir ki, bu da “xxxxxxxxxxxx” Azərbaycan X5nin artıq ödəniş edildiyi faktını qəbul etdiyini təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, 14/17 saylı xx.xx.2017-ci il tarixli müqavilə üzrə artıq ödənilmiş vəsait iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh “xxxxxxxxxxxx” Azərbaycan X5ndən 216398,35 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxx” Azərbaycan X5ndən 216398.35 (iki yüz on altı min üç yüz doxsan səkkiz manat otuz beş qəpik) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul cavabdeh “xxxxxxxxxxxx” Azərbaycan X5ndən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar