Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1857/2021 18.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12895,11 (on iki min səkkiz yüz doxsan beş manat 11 qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 8450,27 manat əsas borc və 4444,84 manat cərimə olmaqla, ümumilikdə 12895,11 manat və 30 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx" MMC (VÖEN: **********) (“Satıcı”) şirkəti ilə bir tərəfdən və Cavabdeh (VÖEN: **********) ( “Alıcı” ) şəxsində digər tərəfdən, aralarında bağlanmış 05 aprel 2019-cu il tarixli 05/02 saylı alqı-satqı müqaviləsinə əsasən dəyərini ödəmək şərtilə satıcı “xxxx" MMC-dən istehlak məhsullarını qəbul etmişdir. Lakin cavabdeh iddiaçının hesabına ödənişi gecikdirərək öz öhdəliklərini lazımınca icra etməmişdir. Buna görə də cavabdehin iddiaçı qarşısında 8450,27 AZN (səkkiz min dörd yüz əlli manat iyirmi yeddi qəpik) məbləğində debitor borcu yaranmışdır. Belə ki, 05 aprel 2019-cu il tarixli 05/02 saylı alqı-satqı müqaviləsi üzrə satıcı alıcıya 18% ƏDV daxil olmaqla, 436233 saylı 15.02.2019 tarixli qaimə faktura əsasında 762,47 manat, 835308 saylı 09.04.2019 tarixli qaimə faktura əsasında 345,60 manat, 029220 saylı 12.04.2109 tarixli qaimə faktura əsasında 1073,58 manat, 154317 saylı 16.04.2019 tarixli qaimə faktura əsasında 6075,15 manat, 702788 saylı 21.05.2019 tarixli qaimə faktura əsasında 3904,62 manat, 654156 saylı 25.07.2019 tarixli qaimə faktura əsasında 459,00 manat, 824994 saylı 22.08.2019 tarixli qaimə faktura əsasında 1905,00 manat və bununla da ümumilikdə 14525,42 manat dəyərində istehlak məhsulları vermişdir. Lakin alıcı tərəfindən satıcının hesabına yalnız 6075,15 manat məbləğində pul vəsaiti köçürülmüşdür və alıcının satıcı qarşısında 8450,27 manat məbləğində ödəniləcək debitor borcu vardır. Müqavilə predmeti üzrə satılmış mallara dair alıcı tərəndən satıcıya hər hansı irad bildirilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən alıcı 25 gün ərzində müəyyən edilməklə malların dəyərini tam şəkildə satıcıya ödəyir və 3.5-ci bəndinə əsasən malların dəyəri müəyyən edilən müddətdə ödənilmədikdə hər gecikdirilmiş gün üçün borcun 0,1% həddində alıcıya cərimə faizi hesablanır. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcıya 8450,27 manat məbləğində qalıq borcun 0,1%-i (8,45 manat) və sonuncu 22.08.2019 tarixdən 25 gün çıxılmaqla hazırkı 23.02.2021 tarixinə 526 gün olmaqla 4444,84 manat məbləğində cərimə faizi hesablanmışdır. Beləliklə də, cavabdehin hazırkı tarixə iddiaçı qarşısında ümumilikdə 12895,11 AZN (on iki min səkkiz yüz doxsan beş manat on bir qəpik) məbləğində ödəniləcək borcu vardır. Tərəflərin qarşılıqlı münasibətlərinin olması faktı nəzərə alınaraq iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə cavabdehə borcun könüllü ödənilməsi təklifi irəli sürülmüşdür. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə əlaqə saxlanılaraq danışıqların aparılmasına baxmayaraq, mövcud borcun qaytarılmasında heç bir irəliləyiş olmamış və borc məbləği ödənilməmişdir. Cavabdehə borcun ödənilməsi barədə 047 №-li 23.02.2021-ci il tarixli pretenziya məktubu göndərilmişdir. İddiaçının məsələnin məhkəmədən kənar həll olunması və cavabdeh tərəfindən borcun ödənilməsi üçün etdiyi bütün cəhdlər heç bir nəticə verməmişdir. Bu səbəbdən də borcun və vurulmuş zərərin əvəzinin məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi zəruridir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında bağlanmış 05.02.2019-cu il tarixli, 05/02 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı alıcının sifarişinə əsasən malları satmağı, alıcı isə malları qəbul edərək dəyərini müqavilədə müəyyən edilmiş qaydada ödəməyi ödəməyi öhdəsinə götürmüşdür. - 15.02.2019-cu il tarixli, EAAQ seriyalı, 436233 nömrəli elektron qaimədən müəyyən edilir ki, tərəflər arasında müqavilə üzrə ümumi dövriyyə 762,47 manat təşkil etmişdir. - 09.04.2019-cu il tarixli, EAAS seriyalı, 835308 nömrəli elektron qaimədən müəyyən edilir ki, tərəflər arasında müqavilə üzrə ümumi dövriyyə 345,60 manat təşkil etmişdir. - 12.04.2019-cu il tarixli, EAAT seriyalı, 029220 nömrəli elektron qaimədən müəyyən edilir ki, tərəflər arasında müqavilə üzrə ümumi dövriyyə 1073,58 manat təşkil etmişdir. - 16.04.2019-cu il tarixli, EAAT seriyalı, 154317 nömrəli elektron qaimədən müəyyən edilir ki, tərəflər arasında müqavilə üzrə ümumi dövriyyə 6075,15 manat təşkil etmişdir. - 21.05.2019-cu il tarixli, EAAU seriyalı, 702788 nömrəli elektron qaimədən müəyyən edilir ki, tərəflər arasında müqavilə üzrə ümumi dövriyyə 3904,62 manat təşkil etmişdir. - 25.07.2019-cu il tarixli, EAAX seriyalı, 654156 nömrəli elektron qaimədən müəyyən edilir ki, tərəflər arasında müqavilə üzrə ümumi dövriyyə 459 manat təşkil etmişdir. - 22.08.2019-cu il tarixli, EAAY seriyalı, 824994 nömrəli elektron qaimədən müəyyən edilir ki, tərəflər arasında müqavilə üzrə ümumi dövriyyə 1905,00 manat təşkil etmişdir. - 14.01.2021-ci il tarixli İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, 26.04.2019-cu il tarixdə Cavabdeh tərəfindən 16.04.2019-cu il tarixli, EAAT seriyalı, 154317 nömrəli elektron qaimə üzrə 926,72 manat ödəniş etmişdir. - İddiaçı MMC-nin şəxsi hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına 16.04.2019-cu il tarixli, EAAT seriyalı, 154317 nömrəli elektron qaimə üzrə 5148,44 manat ödəniş edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 23.02.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, 12895,11 manat borcun üç iş günü müddətində ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.02.2019-cu il tarixli, 05/02 saylı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması iş materiallarına əlavə edilmiş müqavilə, elektron qaimələrlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış 05.02.2019-cu il tarixli, 05/02 saylı alqı-satqı müqaviləsinin 2.7-ci bəndinə əsasən alıcı malları və hesab-fakturanı aldıqdan sonra 25 gün ərzində malların dəyərini tam şəkildə ödəyir; 3.5-ci bəndinə əsasən alıcı malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada satıcıya ödəmədikdə hər gecikdirilmiş gün üçün satıcıya olan borcunun 0,1 %-i həddində cərimə ödəməyi öhdəsinə götürür. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 8450,27 manat əsas borc, 4444,84 manat məbləğində cərimə olmaqla, cəmi 12895,11 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8450,27 manat (səkkiz min dörd yüz əlli manat iyirmi yeddi qəpik) əsas borc, 4444,84 manat (dörd min dörd yüz qırx dörd manat səksən dörd qəpik) cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 12925,11 manat (on iki min doqquz yüz iyirmi beş manat on bir qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1857/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1857/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver