Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-186/2021 23.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X4, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 iştirakları ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdehxxxxqarşı pul tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehxxxx“xxxx” MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” MMC Cavabdehxxxxqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 31.01.2020-ci il tarixli KM/177 saylı alqı-satqı müqaviləsi əsasında “xxxx” MMC-nin Cavabdehxxxxsatdığı hər birinin qiyməti 0,144 qəpik olmaqla 72.000 ədəd, toyuq yumurtasına görə ümumi qiyməti 10.368 manat məbləğində pulun və ödənilmiş 30 məbləğində dövlət rüsumunun Cavabdehxxxx“xxxx” MMC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında qüvvədə olan 31 yanvar 2020-ci il tarixli KM/177 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdehxxxx“xxxx” MMC 18 mart 2020-ci il tarixdə hər birinin qiyməti 0,144 qəpik olmaqla 72.000 ədəd, ümumi dəyəri 10.368 manat ərzaqlıq toyuq yumurtasını Cavabdehxxxxsatılması barədə (EBAH 840745) saylı elektron qaumə tərtib edərək, alıcının elektron bazasına ötürüb, ĞRĞ 193397 saylı malların təhvil qəbul aktı və hesab-faktura ilə Cavabdeh ASC-nin Bakı şəhəri, Qaradağ rayon ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki anbarına aprıb təhvil vermişdir. Nəzərdə tutulan müqavilənin 3.2.2-ci bəndinə görə alıcı satıcıdan alınmış ərzaq məhsullarının dəyərini 30 iş günü ərzində satıcının müqavilədə göstərilən bank hesabına ödənilməsini təmin etməlidir. Qarşı tərəf nəinki müqavilənin şərtlərinə əməl etməmiş, hətta tərəflərindən və Azərbaycan Respublikası “X1” İB tərəfindən dəfələrlə şifahi və yazılı müraciətlər edilərək pulun ödənilməsi tələb edilsə də, üzərinə düşən öhdəliyə əməl etməmişdir. 28.09.2020-ci il tarixdə cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsini təqdim edərək, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC-dən Cavabdeh ASC-nin xeyrinə 41.990 manat, məhsul ixrac olunan zaman çəkilmiş daşıma xərci 10.000 ABŞ dolları məbləğində pulun və 31 manat məbləğində dövlət rüsumunun tutulması və ilkin iddia üzrə iddiaçı “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdehxxxxqarşı pul tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehxxxx“xxxx” MMC arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli KM/177 saylı müqavilənin 3.1.2-ci bəndinin tələblərinə əsasən satıcı bu müqavilə üzrə satılan malların keyfiyyətinə tam zəmanət verir və satdığı malların keyfiyyətini, mənşəyini göstərən və qanunvericiliklə nəzərdə tutulan digər sənədləri (sertifikatları) alıcıya təqdim edir. Həmin müqavilənin 3.1.4-cü bəndinin tələblərinə əsasən satıcı sifarişi vaxtında və keyfiyyətlə icra edir, malların göndərildiyi avtonəqliyyat vasitəsinin sanitar-gigiyenik tələblərə cavab verməsini təmin edir. “xxxx” MMC müqavilənin yuxarıda qeyd edilən bəndlərinin tələblərinə əməl etməmiş və alıcını zəruri sənədlərlə tam təmin etməmiş və sifarişi vaxtında və keyfiyyətlə icra etməmişdir. Mülki Məcəllənin 441.2-ci maddəsinin tələblərinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu səbəbdən, “xxxx” MMC müqavilə üzrə öhdəliklərini tam icra etmədiyi üçün Cavabdeh ASC öz öhdəsinə düşən öhdəliyin icrasını dayandırmışdır. Bundan əlavə olaraq, Cavabdehxxxx“xxxx” MMC arasında 08 yanvar 2019-cu il tarixli İS/19-126 nömrəli müqavilə bağlanmış və tərəflər arasında həmin müqavilənin tərkib hissəsi olan 22 iyul 2019-cu il tarixli 1 nömrəli qiymət cədvəli imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən, “xxxx” MMC 1 nömrəli qiymət cədvəli ilə razılaşdırılmış ərzaq məhsulunun (yutoq yumurtası) satın alınması barədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin təklifini qəbul etməyi və onu ərzaqla təmin etməyi, Cavabdehxxxx“xxxx” MMC-dən qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti müqavilə şərtlərinə əsasən, 1 qutunun qiyməti 22,10 manat olmaqla 1900 qutu toyuq yumurtası sifarişi vermişdir. Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış 01 avqust 2020 - ci il tarixli (Seriya ĞRĞ Nq 193317) təhvil-təslim aktında da göstərildiyi kimi Cavabdehxxxx“xxxx” MMC tərəfindən hər qutusunun dəyəri 22,10 manat olan 1900 qutu toyuq yumurtası təqdim edilmiş, Cəmiyyət tərəfindən isə 09 avqust 2019 -cu il tarixində 41.990 manat pul vəsaiti “xxxx” MMC-nin bank hesabına köçürülmüşdür. Satın alınmış məhsul ixrac məqsədilə ölkə sərhədindən kənara göndərildikdən sonra (gömrük bəyannamələri iddia ərizəsinə əlavə olunur) satınalan şirkət tərəfindən məhsulun qüsurlu olduğu müəyyən edilmiş və bu öz əksini satınalan şirkət tərəfindən Cavabdehxxxxsatınalan şirkət tərəfindən göndərilmiş bildirişdə tapmışdır. Belə ki, toyuq yumurtalarının üzərində yararlılıq müddəti kimi “29.07.2019- 29.10.2019” sözləri deyil, “29.07.2019-29.10.2029” sözləri qeyd edilmişdir. İxrac olunan məhsul istifadəyə yararsız olduğu üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 41.990 manat məbləğində maddi zərər dəymişdir. Həmçinin, cəmiyyət tərəfindən məhsul ixrac olunan zaman daşıma xərci kimi 10.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 41.990 manat və 10.000 ABŞ dolları məbləğində zərər dəymişdir. Bundan əlavə olaraq, bilindiyi kimi Cavabdeh ASC yerli istehsal Azərbaycan məhsullarını xarici bazara çıxarmaqda mühüm rola malikdir. “xxxx” MMC-dən alınmış məhsulların xarici bazara çıxarılması nəzərdə tutulsa da, baş vermiş bu hal nəticəsində Cəmiyyətin xarici bazardakı nüfuzu ciddi şəkildə ziyan görmüşdür. Bu səbəbdən, Cavabdehxxxx“xxxx” MMC ilə Cavabdeh ASC arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli İS/19-126 nömrəli müqavilənin 2.2.8-ci bəndinin tələblərinə əsasən bu müqavilə əsasında icraçı cəmiyyətə təhvil verdiyi məhsulların keyfiyyətinə (cəmiyyət və ya istehlakçı tərəfindən saxlama qaydalarına riayət edilməklə) istifadə üçün müəyyən edilmiş yararlılıq müddətində təminat verir. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC qarşılıqlı iddia tələbinin artırılması barədə ərizə verərək qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC-dən Cavabdeh ASC-nin xeyrinə 41.990 manat məbləğində, məhsul ixrac olunan zaman çəkilmiş daıma xərci kimi 12.150 ABŞ dolları məbləğində, cəmiyyət tərəfindən ödənilmiş ödəmə mənbəyindən vergi kimi 1358,60 manat məbləğində pulun və 31 manat məbləğində dövlət rüsumunun tutulması və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddia tələbini müdafiə edib ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -“xxxx” MMC (satıcı) ilə Cavabdeh ASC (alıcı) arasında 31 yanvar 2020-ci il tarixli KM/177 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müvafiq qaydada təsdiq edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə razılaşdırılan ərzaq məhsullarının satın alınması barədə alıcının təklifini qəbul edir və onu ərzaq məhsulları ilə təmin edir. Alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilənin: 2.1-ci bəndinə əsasən malların qiyməti qarşılıqlı razılaşdırılan müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət cədvəli ilə razılaşdırılır. 2.4-cü bəndinə əsasən satıcı tərəfindən alıcıya təqdim olunan malların dəyəri alıcı tərəfindən ona təqdim edilmiş təhvil-təslim aktı, elektron qaimə və hesab-fakturaya əsasən 30 iş günü ərzində satıcının bu müqavilədə göstərilən bank hesabına ödənilir. 3.1.8-ci bəndinə əsasən qəbul zamanı və ya sonradan alıcı tərəfindən aşkar olunmuş keyfiyyətsiz malların geri qaytarılmasını təmin edir. 3.2.3-cü bəndinə əsasən malların qəbulu zamanı aşkar olunan keyfiyyət, miqdar, assortiment əksiklik çatışmamazlıqlarını aktlaşdıraraq satıcı xəbər verməlidir. 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2020-ci il tarixinədək qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - “xxxx” MMC tərəfindən Cavabdehxxxx10.368 manat dəyərində malların təqdim edilməsinə dair 18.03.2020-ci il tarixli hesab-faktura tərtib edilmişdir. - “xxxx” MMC tərəfindən 10.368 manat dəyərində malların təqdim edilməsinə dair 18.03.2020-ci il tarixli, EBAH seriyalı, 840745 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehxxxxgöndərilmişdir. -18.03.2020-ci il tarixli, ĞRĞ seriyalı, 193397 saylı malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, “xxxx” MMC tərəfindən Cavabdehxxxx10.368,00 manat dəyərində mal təhvil verilmişdir. -“xxxx” MMC tərəfindən Cavabdehxxxx02.07.2020-ci il tarixli 70 saylı borc bildirişi ünvanlanaraq tərəflər arasında qüvvədə olan müqaviləyə əsasən Cavabdeh ASC-dən ödənilməli olan 10.368 manat məbləğində pulun ödənilməsini təmin edilməsi xahiş edilmişdir. -“xxxx” MMC (satıcı) ilə Cavabdeh ASC (alıcı) arasında 08 yanvar 2019-cu il tarixli İS/19-126 saylı ərzaq məhsullarının tədarükü və təchizatı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cəmiyyət elektron portalında göstərilən ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn və müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə icraçının təklifini qəbul edir. Cəmiyyət isə bu müqavilədə nəzərtə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin: 2.1.4-cü bəndinə əsasən icraçının təqdim etdiyi ərzaq məhsulları satınalmaya dair nmüavilənin şərtlərinə uyğun gəlmədikdə, tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keyfiyyətsiz ərzaq məhsulları üzrə qüsur aktı tərtib edilməklə Cəmiyyət malların qəbulundən imtina edir. 2.1.5-ci bəndinə əsasən icraçı keyfiyyətsiz ərzaq məhsullarını 3 təqvim günündən gec olmayaraq keyfiyyətli məhsulla əvəz etmədikdə, Cəmiyyət bu müqaviləyə birtərəfli qaydada xitam verir. 2.2.4-cü bəndinə əsasən icraçı bu müavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirir və cəmiyyətin müəyyən etdiyi ünvanda ona təhvil verir. Cəmiyyətin nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra və ya qaimə-faktura əsasında məhsullar qəbul edilmiş hesab olunur. 2.2.5-ci bəndinə əsasən tədarük edilmiş ərzaq məhsulları bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, tərəflərin nümayəndələrinin iştirakı ilə Cəmiyyət bu barədə qüsur aktını tərtib edir və aşkar olunan keyfiyyətsiz ərzaq məhsullarını 3 təqvim günündən gec olmayaraq keyfiyyətli məhsulla əvəz edir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -01.08.2019-cu il tarixli, ĞRĞ seriyalı, 193317 saylı malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, “xxxx” MMC tərəfindən Cavabdehxxxx41.990 manat dəyərində mal təhvil verilmişdir. -“xxxx” MMC tərəfindən 41.990 manat dəyərində malların təqdim edilməsinə dair 01.08.2019-cu il tarixli, EAAX seriyalı, 948099 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehxxxxgöndərilmişdir. -09.08.2019-cu il tarixli ödəniş qəbzi ilə təsdiq edilir ki, Cavabdehxxxx“xxxx” MMCnin hesabına 41.990 manat məbləğində vəsait köçürülmüşdür. - 23.08.2019-cu il tarixli gömrük bəyannamələrindən müəyyən edilir ki, Cavabdehxxxxhər bəyannamə üzrə 21.385,00 ABŞ dolları məbləğində 950 qutu ərzaq məhsulu AR-ın gömrük sərhədindən keçirilərək BƏƏ-də yerləşən “Peras FoodStuff TRD LLC şirkətinə göndərilmişdir. Göndərilməyə əsas kimi BM-02 saylı müqaviləyə istinad edilmişdir. -15.08.2021-ci il tarixdə “X5” LLC tərəfindən Cavabdehxxxx “Credit note” ünvanlayaraq bildirilmişdir ki, BM/06 saylı 15 iyul 2019-cu il tarixli müqavilə əsasında təqdim edilmiş malların üzərində 90 gün yararlıq müddətinin əvəzində 3690 gün yararlıq müddəti göstərildiyindən şirkət tərəfindən Cavabdehxxxxolan 43.100 ABŞ dolları məbləğində borcun azaldılması qərara alınmışdır. -Cavabdehxxxx“xxxx” MMC-yə 09 aprel 2020-ci il tarixli, 26/04-242-ATT/20 saylı pretenziya məktubu ilə müraciət edilərək, ümumilikdə 41.990 manat və 10.000 ABŞ dolları məbləğində pulun ödənilməsi xahiş edilmişdir. - BM-002 Alqı-satqı müqaviləsinə 21.08.2019-cu il tarixli 1 saylı Əlavəsinə əsasən Cavabdehxxxx“X5” LLC-yə 1900 qutu toyuq yumurtası 42.750 ABŞ dolları dəyərində təqdim edilməsi nəzərdə tutulmuşdur. -Bakı Kommersiya Məhkəməsinin 31.03.2021-ci il tarixli e-2-2(113)-894/2021 saylı qiyabi qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh “X5” MMC şirkətinə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, “X5” MMC şirkətindən 68.608,50 ABŞ dolları, 19.142,19 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 87.750,69 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh”xxxxödənilməsi qət edilmişdir. -09.04.2020-ci il tarixdə Cavabdehxxxx“xxxx” MMC-yə pretenziya məktubu ünvanlanaraq yumurtaların üzəriondə yararlıq müddətinin düzgen göstərilməməsi nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi tələb edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İlkin iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh ASC arasında 31 yanvar 2020-ci il tarixli KM/177 saylı alqısatqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda cavabdehin göstərilən müqavilə üzrə iddiaçıya borcu 10.368,00 manat təşkil edir. Məhkəmə qeyd edir ki, ilkin iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə ilkin iddia üzrə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 10.368,00 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə ilkin iddia üzrə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, ilkin iddia təmin edilməli, ilkin iddia üzrə Cavabdeh ASC-dən 10.368,00 manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehxxxxqarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC arasında 08 yanvar 2019-cu il tarixli İS/19-126 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən mübahisəli hüquq münasibətində satıcı olan “xxxx” MMC tərəfindən alıcı Cavabdehxxxx41.990 manat dəyərində yumurta verilmiş və bunun müqabilində alıcı tərəfindən ödəniş həyata keçirilmişdir. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC həmin müqaviləyə əsasən cavabdeh tərəfindən ona təhvil verilmiş yumurtaları “X5” LLC-yə sataraq X2 göndərdiyini, lakin yumurtaların üzərində yararlılıq müddəti düzgün göstərilmədiyindən “X5” LLC-nin həmin maldan imtina etdiyini əsas göstərərək BƏƏ-yə göndərilmiş yumurtaların dəyərinin, eləcə də daşınma xərclərinin və ödənilmiş vergi məbləğinin maddi zərərin əvəzi olaraq qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.1, 443-cü maddələri təşkil edir. Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə öhdəliklərinin icra edilməməsindən (lazımi qaydada icra edilməməsindən) irəli gələn maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin müqavilə üzrə öhdəliklərin təqsirli pozuntusuna yol verməsi, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin müqavilə üzrə öhdəliklərinin təqsirli pozuntusu ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcud olması müəyyən edilməlidir. Hazırkı halda isə iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı 08 yanvar 2019-cu il tarixli İS/19-126 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən pozuması halı kimi həmin müqaviləyə əsasən təqdim edilmiş yumurtaların üzərinə yararlılıq müddətinin düzgün vurulmamasına (“29.07.2019- 29.10.2019” əvəzinə “29.07.2019-29.10.2029”) istinad etmiş, lakin göstərilən halı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının göstərilən halı sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi fotoşəkilə və “X5” LLC-nin məktubuna münasibətdə əvvəla qeyd edilməlidir ki, iş materiallarında olan sübutlara əsasən həmin fotoşəkildəki yumurtaların, eləcə də məktubda istinad edilən yumurtaların məhz mübahisəli müqaviləyə əsasən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya təqdim edilmiş yumurtalar olması barədə əsaslı nəticəyə gəlmək qeyri-mümkündür. Bununla yanaşı qarşılıqlı iddia üzrə iddiaçının göstərilən halı sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi digər sübutlar da kifayət qədər ziddiyyətlidir. Belə ki, “X5” LLCnin malların üzərində yararlılıq müddətinin səhv göstərilməsi barədə məlumatı əks etdirən məktub 15.08.2019-ci il tarixli olduğu halda qarşılıqlı iddia üzrə iddiaçının qüsurlu malların BƏƏ-yə göndərilməsini təsdiq etmək üçün təqdim etdiyi gömrük bəyannamələrində malların AR-in gömrük sərhədindən keçirildiyi tarix kimi 23.08.2019-cu il tarixi göstərilmişdir. Göründüyü kimi gömrük bəyannamələrində göstərilmiş mallarla “X5” LLCnin məktubunda istinad etdiyi qüsurlu malların eyni mal olması istisna edilir. Digər tərəfdən məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən yumurtaların üzərinə yararlılıq müddətinin səhv vurulması halı müəyyən edilmiş olsa da, göstərilən hal həmin qüsurla bağlı dəymiş zərərə görə məsuliyyətin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması üçün kifayət etmir. Belə ki, Mülki Məcəllənin: 595.1-ci maddəsinə görə alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2-ci maddəsinə görə bu məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. İşin hallarından isə görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC malın ehtimal edilən qüsurunu aşkar edildikdən sonra ağlabatan müddətdə bu qüsur barədə qarşılıqlı iddia üzrə cavabdeh “Hacıqabul Quşçuluq Şirkəti” MMC-yə məlumat verməmiş, bununla bağlı alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keyfiyyətsiz ərzaq məhsulları üzrə qüsur aktı tərtib edilməmişdir. Cavabdeh ASC malın qüsuru barədə məlumatı əldə etdiyi vaxtdan yalnız 8 ay sonra - 2020-ci ilin aprel ayında göndərdiyi pretenziya məktubunda “Hacıqabul Quşçuluq Şirkəti” MMC-ni qüsur barədə məlumatlandırmışdır Göründüyü kimi alıcı Cavabdeh ASC ərzaq məhsulu olan malın ehtimal edilən qüsuru barədə həmin malın yararlılıq müddəti keçdikdən sonra satıcıya məlumat verməklə faktiki olaraq satıcını həmin qüsuru aradan qaldırmaq və ya maldan imtina edildiyi halda qüsurlu malı geri götürmək və ona sərəncam vermək imkanından məhrum etmişdir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, maddi zərərin ödənilməsi barədə işlərə baxılarkən müəyyən edilməli olan hallardan biri müqavilə öhdəliklərinin pozulması nəticəsində iddiaçıya maddi zərər vurulması faktıdır. Hazırkı işdə isə qarşılıqlı iddia üzrə iddiaçı ona maddi zərər dəyməsini mübahisəli malların göndərildiyi “X5” LLC şirkətinin maldan imtina etməsi, nəticədə onun həmin mallara görə alacağı puldan məhrum olması ilə əsaslandırsa da, “X5” LLC-nin maldan imtina etməsini, o cümlədən malları geri təhvil almasını və ya malların yararsız olması ilə bağlı məhv edilməsini təsdiq edən sübutları da məhkəmə təqdim etməmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, Cavabdeh ASC cavabdeh “X5” MMC şirkətinə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia qaldırmışdır. Bakı Kommersiya Məhkəməsinin 31.03.2021-ci il tarixli e-2-2(113)-894/2021 saylı qiyabi qətnaməsi ilə həmin iddia təmin edilmiş, “X5” MMC şirkətindən 68.608,50 ABŞ dolları, 19.142,19 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 87.750,69 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdehxxxxödənilməsi qət edilmişdir. Həmin qiyabi qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin 16.08.2019-cu il tarixli BM-002 saylı müqavilə üzrə öhdəlikləri yerinə yetirərək cavabdehə 68.608,5 ABŞ dolları məbləğində mal göndərmiş, lakin cavabdeh tərəfindən həmin malın dəyəri ödənilməmişdir. Göründüyü kimi yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar (Cavabdehxxxxmüqavilə öhdəliklərinin lazımi qaydada icra edilməsi, lakin “X5” MMC-nin malın dəyərini ödəməməsi) Cavabdeh ASC-nin hazırkı iddia tələbinin əsası kimi istinad etdiyi “X5” MMC-nin maldan imtina etməsi və bunun nəticəsində ona maddi zərər dəyməsi barədə dəlillərin əsassız olmasına dəlalət edir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddianın verilməsinə görə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh ASC-dən 10.368 (on min üç yüz altmış səkkiz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehxxxx“xxxx” MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-186/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-186/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver