Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-186/2022 21.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı şəhəri 21 aprel 2022-ci il Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “İddiaçı”in cavabdeh Kayman Adalarının “X3” Şirkətinə qarşı (Kayman Adalarının Cavabdehı müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” Şirkəti Cavabdeha qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 16 avqust 2019-cu il tarixli PO ********* saylı Spesifikasiya üzrə 5 197.96 ABŞ dolları həcmində əsas borc və 259.89 ABŞ dolları həcmində cərimə məbləğinin cəmi 5 457.85 ABŞ dolları məbləğinin, 10 oktyabr 2019-cu il tarixli PO ********* saylı Spesifikasiya üzrə 5 127.67 əsas borc məbləği və 256.38 ABŞ dolları həcmində cərimə məbləği olmaqla cəmi 5384.12 ABŞ dolları məbləğinin, beləliklə, hər iki spesifikasiya üzrə yekun məbləği təşkil edən 10 841.97 ABŞ dolları məbləğinin, o cümlədən, 1000 AZN həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İddiaçı” Şirkəti ilə cavabdeh “X3” Şirkətinin arasında malların alqı satqısına dair 16 may 2014-cü il tarixində KAOC.SUP/065/14 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı “İddiaçı” Şirkəti satıcı, cavabdeh “X3” Şirkəti isə alıcı qismində çıxış etmişdir. Müqaviləyə əsasən təchizatçı müvafiq spesifikasiyalara əsasən malları təchiz etməyi alıcı isə malları qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda mübahisə predmetini 16 avqust 2019-cu il tarixli PO ********* saylı və 10 oktyabr 2019-cu il tarixli PO ********* saylı Spesifikasiyalar üzrə alıcı tərəfindən ödənilməmiş əsas borc məbləğləri və həmin məbləğlərin gecikmə cərimələrinin məbləğlərinin ödənməsi təşkil edir. 16 avqust 2019-cu il tarixli PO000005152 saylı Spesifikasiya ilə bağlı. Tərəflər arasında imzalanmış 16 avqust 2019-cu il tarixli PO ********* saylı Spesifikasiyaya əsasən alıcı tərəfindən öhdəlik götürülmüşdür ki, təchiz ediləcək malların dəyərinin 50%-i əvvəlcədən alıcı tərəfindən Spesifikasiya PO ********* imzalandıqdan sonra əvvəlcədən ödəniş üçün hesabı təqdim etdiyi gündən etibarən 10 (on) bank günü ərzində, malların dəyərinin qalan 50%-i isə, təchizatçı malların göndərilməyə hazır olması haqqında bildiriş aldığı gündən etibarən 10 (on) bank günü ərzində həyata keçirilməli idi. Müqavilə tərəfi olaraq satıcı öz müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirərək malların göndərilməyə hazır olması haqqında bildiriş hesabfaktura ilə birlikdə alıcıya 23.08.2019-cu il tarixində təqdim edilmişdir. Buna baxmayaraq alıcı tərəfindən Müqavilə və Spesifikasiya PO ********* üzrə ödəniş öhdəliyi həyata keçirilməmişdir. Qeyd edilən spesifikasiya üzrə ümumi məbləğin 100%-i hələ də ödənilməyib. Tərəflər arasında olan müqavilənin 7.2.-ci maddəsinə əsasən “Təchiz edilən mallar üzrə ödəniş alıcı tərəfindən vaxtında ödənilmədikdə, təchizatçı, alıcıya hər gecikmə günü üçün ödəninlməmiş məbləğin 0.1 faizi miqdarında cərimə təqdim etmək hüququna malikdir, lakin bu məbləğ ödənilməmiş məbləğin 5%-dən çox olmamalıdır”. PO ********* saylı Spesifikasiyanın əsas borc məbləği 5 197.96 ABŞ dollarıdır. 5 197.96x5%=259.89 ABŞ dolları. Beləliklə cərimə məbləğinin cəmi 259.89ABŞ dollarıdır. Cəmi məbləğ: 5 457.85 ABŞ dolları (5 197.96+259.89) 10 oktyabr 2019-cu il tarixli PO000005229 saylı Spesifikasiya ilə bağlı. Tərəflər arasında imzalanmış PO ********* saylı, 10.10.2019-cu il tarixli Spesifikasiya üzrə alıcı tərəfindən öhdəlik götürülmüşdür ki, təchiz ediləcək malların dəyərinin 50%-i əvvəlcədən Alıcı tərəfindən Spesifikasiya PO ********* imzalandıqdan sonra əvvəlcədən ödəniş üçün hesabı təqdim etdiyi gündən etibarən 10 (on) bank günü ərzində malların dəyərinin qalan 50%-i isə təchizatçı malların göndərilməyə hazır olması haqqında bildiriş aldığı gündən etibarən 10 (on) bank günü ərzində həyata keçirilməli idi. Müqavilə tərəfi olaraq satıcı öz müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirərək malların göndərilməyə hazır olması haqqında bildiriş hesab-faktura ilə birlikdə alıcıya 23.08.2019-cu il tarixində təqdim edilmişdir. Buna baxmayaraq alıcı tərəfindən müqavilə və Spesifikasiya PO ********* üzrə ödəniş öhdəliyi həyata keçirilməmişdir. Qeyd edilən spesifikasiya üzrə ümumiməbləğin 100%-i hələ də ödənilməyib. Tərəflər arasında olan müqavilənin 7.2.-ci maddəsinə əsasən “Təchiz edilən mallar üzrə ödəniş Alıcı tərəfindən vaxtında ödənilmədikdə, təchizatçı, alıcıya hər gecikmə günü üçün ödəninlməmiş məbləğin 0.1 faizi miqdarında cərimə təqdim etmək hüququna malikdir, lakin, bu məbləğ ödənilməmiş məbləğin 5%-dən çox olmamalıdır”. PO ********* saylı Spesifikasiyanın əsas borc məbləği 5127.67 ABŞ dollarıdır. 5127.67x5%=256.38 ABŞ dolları. Beləliklə, cərimə məbləğinin cəmi 256.38 ABŞ dollarıdır. Cəmi məbləğ: 5384.12 ABŞ dolları (5127.67+256.38). Qeyd edildiyi kimi satıcı öz öhdəliklərini həyata keçirmiş, malları tam şəkildə və qüsursuz olmaqla (keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq olmadan) alıcıya təhvil vermişdir, lakin, alıcı tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Alıcı tərəfin isə öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında yaranmış borc məbləği 5 384.12+5 457.85 cəmini təşkil etməklə yekunda 10 841.97 ABŞ dolları məbləği yaratmışdır. Bununla belə, satıcı tərəfindən 13 yanvar 2020-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilmiş və müqavilə üzrə borclu olduğu məbləğin ödənilməsi tələb edilmişdir. Lakin, hələ də cavabdeh qurum hərəkətsizlik nümayiş etdirdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra məhkəmə iclasında cavabdeh əsl cavabdehlə əvəz olunaraq “X3” Şirkəti cavabdeh kimi işə cəlb olunmuş, Kayman Adalarının Cavabdehı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, iş üzrə məhkəmə iclasında cavabdeh Karasu şirkətinin nümayəndəsi israrla bildirirdi ki, mübahisə predmetini təşkil edən mallar hüquqlarını təmsil etdiyi cavabdeh şirkətə çatdırılmamışdır. Həmçinin həmin malların çatıdırılmasının sübutunun təqdim edilməsini iddiaçıdan tələb edirdi. Hazırda qeyd edilən 4 növ sübutla həm bu sübutların mahiyyəti və məzmunu izah ediləcək, həm də cavabdehə malların həqiqətən onlara çatdırıldığını sübuta yetiriləcəkdir. Məhkəməyə təqdim edilən spesifikasiya adlı sənədlər nəyi təsdiq edir: iş üzrə 3 ədəd spesifikasiya var. Bunlardan 5092 ilə bitən sənəd ana 08 iyul 2019-cu il tarixli. Həmin sifariş formuna nəzər yetirdikdə görünür ki, burada 3 ölçüdə boru sifariş edilir. Bunlar aşağıdakılardır: 219x80 mm sifariş edilmişdir 650 m, 325x10 mm sifariş edilmişdir 600 m, 89x10 mm sifariş edilmişdir 4000 m. Daha sonra ortaya daha 2 yeni sənəd çıxır: PO 5152 (16.08.2019-cu il tarixli) və PO 5229 (10.10.2019-cu il tarixli). Bu sənədlərin tərtib edilməsinə gəldikdə bu 2 sənədin tərtib edilməsinə zərurət malların ana sifariş forması olan PO 5092-də malların nəzərdə tutulandan ölçüdən artıq ölçülərdə gəlməsi idi. Belə ki, tərəflər arasında olan işgüzar qaydaya və müqavilənin 5.4-cü bəndinə (birlikdə götürülməklə) əsasən ilk sifariş ana sifariş formu ilə verilir, daha sonra malların faktiki gəlişinə uyğun yeni sifariş- faktiki gəlmiş malların ölçülərini özündə əks etdirən sifariş sənədi tərtib edilir və ödənişə məhz bu yeni sənədlər verilir. PO 5152-ə müəyyən edir ki, 325x10 mm ölçüdə sifariş edilmiş mal 600 m nəzərdə tutulsa da 651.85 m ölçüdə gəlmişdir. PO 5229 müəyyən edər ki, 219x80 mm ölçüdə sifariş edilmiş mal 650 m nəzərdə tutulsa da 701 m ölçüdə, 89x10 mm ölçüdə sifariş edilmiş mal isə 4000 m nəzərdə tutulsa da 4096 m ölçüdə gəlmişdir. Yəni dolayısı ilə PO 5152-nin və PO 5229-un mahiyyəti faktiki ölçüləri bildikdən sonra dəqiq ölçüyə uyğun sənəd təqdim edilib. Məhkəməyə təqd edilən hesab fakturalar adlı sənədlər nəyi təsdiq edir: Bu hesab fakturalar (commercial invoys) satıcı tərəfindən alıcıya təqdim edilir ki, alıcı ödənişi həyata keçirsin. Hesab fakturaların hamsının sağ yuxarı küncünə baxdıqda aydın şəkildə müəyyən edilir ki, hansı invoys-hesab faktura hansı PO üzrə tərtib edilmişdir. Yəni hesab fakturalardakı mallar və onların istər ölçüləri, istərsə də qiymətləri birə-bir POlar- spesifikasiyalar ilə üst-üstə düşür. Məhkəməyə təqdim edilən çatdırılma-təhvil təslim (delivery notes) adlı sənədlər nəyi təsdiq edir: Birincisi bütün təhvil-təslim sənədlərinin üzərində Karasu şirkətinə məxsus anbar möhürü vardır, bu möhür sənədin təsvirində göstərilən malların cavabdeh şirkət tərəfindən onların anbarına daxil olmasını təsdiq edir. Bundan əlavə həmçinin, bu sənədlərin üzərində həm də logistika şirkətinin də möhürü vardır ki, bu da özlüyündə logistika şirkəti tərəfindən Karasu şirkətinə birbaşa təhvil-təslimi təsdiq edir. Yəni bu yükləri logistika şirkəti gömrükldən sonra birbaşa satıcının yəni iddiaçının tapşırığı üzərinə alıcıya-cavabdeh Karasu şirkətinin anbarına təhvil vermişdir. Həmçinin təhvil sənədləri göründüyü kimi faktiki gəlmiş malların detallarını öz üzərində təsvir edir. Qeyd edilənlərlə yanaşı məhkmənin diqqətini təhvil-təslim aktları üzərində olan vaqon nömrələrinə çəkmək lazımdır ki, bu vaqon nömrələri həmçinin X2 18-ci qrafası ilə üst-üstə düşür ki, bu fakt artıq malların cavabdehə çatdırılmasını danılmaz edir. 325x10 mm borunu gətirən 63840243 saylı, 219x80 mm və 89x10 mm borunu gətirən 56598816 saylı və 89x10 mm borunun digər qismini gətirən 63776504 saylı olan vaqon nömrləri birəbir X2 18-ci qrafasında qeyd edilmişdir. Yoxlamaq çox sadədir. Məhkəməyə təqdim edilən X4 adlı sənədlər nəyi təsdiq edir: X4 birbaşa malların hansı vaqonlarda hansı tarixlərdə və hansı müqavilə və spesifikasiya üzrə kimin adına gətirilməsini və ən vacibi sözügedən malların ölkə ərazisinə idxalını sübut edir. 3 nüsxədə təqdim edilən YGB-lər məhz 3 spesifikasiyada əsk edilmiş sifariş edilən malların təsvirini özündə əks etdirir. Təqdim edilmiş YGB-lər malların çatdırılması ilə yanaşı həmçinin cavabdehin iddiaları üzərinə malların gec çatıdırılmasına dair mülahizələrini də inkar edir. Belə ki, ana PO 5092 yə əsasən malın çatıdırılması müddəti 60-90 gün aralığı idi. PO-nun tarixi 08 iyul 2019-cu il tarixi, bu tarixdən ən maksimal çatıdırılına müddəti 3 ay bu da edir ən geci 08 oktyabr 2019-cu il (bazar günü) 07 oktyabr, mal gəlib 8-i tarixinə gömrük rəsmiləşməsi edilib. Bununla sübut olunur ki, satıcı tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilib. Hələ üstəlik bir məqamı da cavabdehin nəzərinə çatdırmaq lazımdır ki, malın çatıdırılması məhz ilkin ödənişin ödənildiyi tarixdən hesablanmalıdır. Göründüyü kimi cavabdehin müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi və ya gec icra edilməsi barədə iddiaları əsassızdır. Daha əvvəlki məhkəmə iclasında iştirak edən Kayman Adalarının Cavabdehın nümayəndəsi iddia ərizəsinə yazılı etirazını təqdim edərək qeyd etmişdir ki, işin mahiyyəti ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən Satıcı - “İddiaçı” Şirkəti müvafiq spesifikasiyalara (sifarişlərə) əsasən malları təchiz etməyi Alıcı - “X3” Şirkəti isə malları qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı iddia edir ki, tərəflər arasında bağlanmış 16.08.2019-cu il tarixli P0....5152 saylı və 10.10.2019-cu il tarixli PO...5229 saylı Spesifikasiyalara əsasən Alıcı tərəfindən öhdəlik götürülmüşdür ki, təchiz ediləcək malların dəyərinin 50% əvvəlcədən alıcı tərəfindən P0...5152 və PO...5229 saylı spesifikasiyaları imzalandıqdan sonra əvvəlcədən ödəniş üçün hesabı təqdim etdiyi gündən etibarən 10 bank günü ərzində, malların dəyərinin qalan 50% isə təchizatçı malların göndərilməyə hazır olması haqqında bildiriş aldığı gündən etibarən 10 bank günü ərzində həyata keçirməli idi və guya müqavilə tərəfi olaraq satıcı öz müqavilə öhdəliklərini lazımı qaydada yerinə yetirərək malların göndərilməyə hazır olması haqqında bildiriş hesab-faktura ilə birlikdə alıcıya təqdim etmişdir. Buna baxmayaraq alıcı tərəfindən Müqavilə və P0...5152 və PO...5229 saylı Spesifikasiya üzrə ödəniş öhdəliyi həyata keçirilməmişdir. Lakin, iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə nəzər yetirsək görə bilərik ki, qeyd olunan Spesifikasiyalar (Sifarişlər) üzrə malların nə vaxt alıcıya çatdırılması barədə heç bir məlumat və sübut yoxdur. Məhkəmə iclaslarında malların çatdırılmasına dair iddiaçıdan sübut tələb etdikdə, iddiaçı məhkəməyə tamamilə başqa, artıq hər iki tərəfin tam icra etdiyi, iddia ərizəsinə aidiyyəti olmayan PO...5092 saylı Spesifikasiya (Sifariş) üzrə çatdırılma sənədlərini təqdim edirlər (Delivery note). Əgər iddia ərizəsi ilə mübahisə edilən, yəni P0...5152 nömrəli 15.08.2019-cu il tarixli Spesifikasiyanın (Sifarişin) şərtlərinə əsasən malların alıcıya təhvil verilmə tarixi 24.11.2019 il və PO...5229 nömrəli, 10.10.2019-cu il tarixli Spesifikasiyanın (Sifarişin) şərtlərinə əsasən malların alıcıya təhvil verilmə tarixi 16.12.2019 qeyd olunubsa, yəni spesifikasiyaların (Sifarişlərin) imzalandığı gündən 2-3 ay sonra, necə ola bilər ki, satıcı alıcıya malları 07.08.2019 və 09.10.2019-cu il tarixlərində (Spesifikasiyaların-Sifarişlərin imzalandığı tarixlərdən əvvək) çatdırmış olsun?! Əgər İddiaçının dediyi kimi mallar alıcıya əvvəlcədən çatdırılıbsa, onda həmin mallara dair niyə yenidən sifarişlər imzalanır və malların çatdırılma müddəti kimi Sifarişlərin tarixləri yox, 2-3 sonra göstərilir?! İddia ərizəsi ilə mübahisələndirilən P0...5152 nömrəli 15.08.2019-cu il tarixli və PO...5229 nömrəli 10.10.2019 il tarixli Spesifikasiyalar (Sifarişlər) üzrə mallar bugünə kimi cavabdehə çatdırılmayıb və cavabdeh olaraq, dəfələrlə qarşı tərəfə bildirilsə də ki, həmin mallar bu gün də lazımdır, çatdırın, pul ödənilsin, çatdırılma həyata keçirilməmişdir. Bundan əlavə, məhkəməyə sübut kimi təqdim edilən “Tərəflər arasında borcun olmamasına” dair 02.12.2019-cu il tarixli (yəni iddiada göstərilən P0...5152 nömrəli 15.08.2019-cu il tarixli və PO...5229 nömrəli 10.10.2019 il tarixli Spesifikasiyaları (Sifarişləri) əhatə edən) üzləşmə aktı ilə müəyyən olunur ki, həqiqətən də iddiaçı şirkət tərəfindən bizə son iki sifariş üzrə heç bir çatdırma etməyib və buna görə də iddiaçının cavabdehin ona heç bir borcun olmamasını göstərən aktı imzalamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərin qısa şərhi: 15.08.2019-cu il tarixli PO...5152 saylı sifarişə əsasən malların çatdırdma günü 24.11.2019- cu il müəyyən edilmişdir və iddiada qeyd edildiyi kimi mallar hazır olduqdan sonra İddiaçı savabdehə İnvoice - hesab-faktura göndərməli idi, cavabdeh də hesab-fakturanı alındığı gündən 10 bank günü ərzində 50% ödənişi etdikdən sonra mallar göndərilməli və mallar alındıqdan sonra qalan 50% ödəniş həyata keçirilməli idi. -10.10.2019-cu il tarixli PO...5229 saylı sifarişə əsasən malların çatdırılma günü 16.12.2019-cu il müəyyən edilmişdir və iddiada qeyd edildiyi kimi mallar hazır olduqdan sonra iddiaçı cavabdehə "invoice" göndərməli idi, cavabdeh də "invoice"in alındığı gündən 10 bank günü ərzində 50% ödənişi etdikdən sonra mallar göndərilməli və mallar alındıqdan sonra qalan 50% ödəniş həyata keçirilməli idi. Lakin, qeyd olunan heç bir sifariş üzrə iddiaçı tərəfindən cavabdehə 50% ödənişin edilməsi üçün invoysların (hesab-fakturaların) göndərilməsini təsdiq edən heç bir sübut Məhkəməyə təqdim edilməmişdir. Sifarişin şərtlərinə əsasən çatdırma yalnız ilk 50% ödənişin həyata keçirilməsindən sonra edilməli olduğu halda necə ola bilər ki, mallar hətta sifariş tarixindən qabaq çatdınmış olsun?! Məhkəməyə sonradan köhnə tarixlə tərtib olunaraq təqdim olunan 23.08.2019 və 11.10.2019 invoyslar isə cavabdeh şirkətə göndərilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan çatdırılma sənədləri (Deliveri note) tamamilə başqa - 05.07.2019-cu il tarixli PO...5092 saylı sifarişə aiddir. Əgər həmin sifariş üzrə artıq mal göndərilibsə, iddiaçı şirkət həmin artıq malın geri qaytarılmasını və ya artıq mala görə ödənişin edilməsini tələb edə bilərdi. Lakin, iddiaçı tamamilə absurd, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olmayan və üstəlik tərəflər arasında formalaşan işgüzar adətlərə uyğun gəlməyən əsassız, ağlasığmayan arqument və iddialar irəli sürürlər. Beləliklə, iddiaçı iddia tələbindən kənara çıxaraq, iddia tələbi ilə əhatə olunmayan sifarişin çatdırılmasına istinad edərək, icra etmədiyi sifarişlərin ödənişini tələb edir. Əgər, məhkəməyə təqdim olunan 23.08.2019 və 11.10.2019 invoyslar həqiqətən iddiaçı tərəfindən cavabdeh şirkətə göndərilmişdirsə və iddiaçının cavabdehə artıq həmin müddətə borcu var idisə, onda necə ola bilər ki, cavabdeh şirkət 02.12.2019-cu il tarixində “30 noyabr 2019-cu il tarixinə Karasu Əməliyyat Şirkətinin “İddiaçı” Şirkətinə olan avans ödənişləri və kreditor borclarının qalıqlarının sıfır “0” olmasını göstərərək üzləşmə aktını imalayır!? (Həmin Akt əvvəlki məhkəmə icrasında notarial qaydada tərcümə olunaraq tərəfimizdən məhkəməyə təqdim edilmişdir). Tərəflər arasında bağlanmış KAOC.SUP/065/14 saylı, 16 may 2014-cü il tarixli Müqavilənin 5.4-cü maddəsinə əsasən çatdırılan hər partiya malın adı, çeşidi, qiyməti, miqdarı, ödəniş şərtləri, çatdırma müddəti və sair şərtləri ayrıca Spesifikasiya ilə (Sifarişlə) rəsmiləşdirilir. Bu şərtdən də göründüyü kimi, çatdırılması tələb olunan mal üçün ayrıca Sifariş vərəqəsi rəsmiləşdirilir. Beləliklə, iddia tələbində qeyd olunan Sifarişlər üzrə mallar Cavabdeh Şirkətə lazım olduğu üçün əlavə Sifariş verilib, iddiaçının dediyi kimi, artıq çatdırılmış malın rəsmiləşdirilməsi hesab edilə bilməz. Ən azı iddia ilə ödənişi tələb olunan Sifarişlər üzrə çatdırılma şərtinə nəzər yetirilsə görünər ki, Cavabdeh Şirkət həmin malların alınmasını 2-3 ay sonrakı müddət üçün nəzərdə tutaraq sifariş vermişdir. Qeyd olunanları nəzərə alaraq “İddiaçı'’ Şirkətinin Kayman Adalarının Cavabdeha qarşı cəmi 10841,97 ABŞ dolları məbləğində borcun, hüquqi xidmətə görə 1.000 AZN və 30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtə barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “İddiaçı” Şirkəti tədarükcü, “X3” Şirkəti alıcı olmaqla imzalanmış 16 may 2014-cü il tarixli müqaviləyə əsasən tədarükcü bu müqavilədə göstərilən şərtlərlə malları (bundan sonra-mallar) göndərməyi, alıcı isə həmin malları qəbul etməyi və ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən məhsulun adı, çeşidi, miqdarı, qiyməti, çatıdırlma müddəti və şərtləri bu müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyalar ilə müəyyən olunur. 5.4-cü bəndə əsasən tədarük edilən malların hər bir partiyası tərəflər tərəfindən adı, çeşidi, qiyməti, miqdarı, ödəniş forması, çatdırılma müddətləri, zəmanət müddətləri üzrə ayırca spesifikasiyalar üzrə razılaşdırılmalıdır. 053/0819 saylı 23.08.2019-cu il tarixli kommersiya fakturasına əsasən, cəmi 5.197,96 ABŞ dolları, 060/1019 saylı, 11.10.2019-cu il tarixli kommersiya fakturasına əsasən, cəmi 5.127,67 ABŞ dolları məbləğində ödəniş “X3” Şirkətinə təqdim edilmək üçün tərtib edilmişdir. “X3” Şirkəti və “NTD Service S.R.O” şirkəti tərəfindən tərtib edilmiş çatdırılma sənədlərinə əsasən, 09.10.2019-cu il tarixində 219x80 metr, 89x10 metr ölçülərində, 15.08.2019-cu il tarixində 89x10 ölçülərində, 07.08.2019-cu il tarixində 325x10 mm ölçülərində mallar “X3” Şirkətinə təhvil verilmişdir. 05.08.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən PO ********* saylı sənəd üzrə 325x10 mm ölçülərində 651.85 metr boru, 14.08.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən PO ********* saylı sənəd üzrə 89x10 mm ölçülərində 2.874 metr boru, 08.10.2019cu il tarixli gömrük bəyannaməsinə əsasən PO ********* saylı sənəd üzrə 219x8 mm ölçülərində 701.84 metr boru rəsmiləşdirilmişdir. 02.12.2019-cu il tarixində imzalanmış aktda qeyd olunmuşdur ki, 30 noyabr 2019-cu il tarixinə “X3” Şirkətinin “İddiaçı” şirkətinə avans ödənişləri və kreditor borclarının qalıqları üzrə heç bir borcu yoxdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında müqavilə imzalanmış, iddiaçı müqavilə üzə malları göndərməyi, alıcı isə malları qəbul etməyi öhdəsinə götürmüşdür. Bununla bağlı olaraq PO ********* saylı spesifikasiya tərtib olunmuş və iddiaçı tərəfindən mallar Kayman Adalarının Cavabdeha təhvil verilmişdir. İddiaçı qeyd olunan spesifikasiyada nəzərdə tutulandan artıq malların təhvil verildiyini bildirərək, sonradan əlavə olaraq PO ********* və PO ********* saylı spesifikasiyaların tərtib edildiyini qeyd etmişdir. Kayman Adalarının Cavabdehın nümayəndəsi artıq ölçülərdə verilən malların tərəflər arasında razılaşdırılmış spesifikasiyada nəzərdə tutulan 10% güzəştlə bağlı olduğunu qeyd edərək, PO ********* və PO ********* saylı spesifikasiyalar üzrə malların təhvil verilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı PO ********* və PO ********* saylı spesifikasiyalar üzrə malların təhvil verildiyini iddia etsə də, qeyd olunan spesifikasiyalar üzrə malların təhvil verilməsi sübuta yetirilməmişdir. Əlavə olaraq məhkəməyə təqdim edilmiş gömrük bəyannamələrində malların PO ********* saylı sənəd üzrə rəsmiləşdirildiyi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, bu halda iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia rədd edildiyindən 30 manat dövlət rüsumu və 1.000 manat məbləğində hüquqi yardımla bağlı xərc iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-186/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-186/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver