Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1861/2024 28.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “artıq ödənilmiş pul vəsaitin geri qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: artıq ödənilmiş pul vəsaitin geri qaytarılması və s.) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “artıq ödənilmiş pul vəsaitin geri qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə əsassız olaraq əlavə ödənilmiş 95.932,61 manat pul vəsaitin qaytarılması və gələcəkdə qaz sərfiyyatının Tarif Şurası tərəfindən təsdiq edilmiş təbii qazın ölkədaxili tarifləri cədvəlinin “sənayə və kənd təsərrüfatı sahələri” bəndi üzrə hesablanmasının cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AMX-4937/20 saylı “Qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən, iddiaçı və onun regionlarında yerləşən filialları tərəfindən istifadə olunan qaz sərfiyyatının ödənilməsi həyata keçirilir. Sözügedən müqavilə imzalanan tarixdən yaxın dövrə qədər cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədlərinə əsasən iddiaçı qaz sərfiyyatının dəyərini vaxtlı-vaxtında ödəyib. Lakin, Azərbaycan Respublikası Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii qazın ölkədaxili tarifləri” qüvvəyə mindiyi tarixdən sonra aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilən ödəniş sənədlərində (hesab-fakura) qeyd edilən məbləğlər iddiaçının fəaliyyət göstərən sahəsinə uyğun olaraq Tarif Şurası tərəfindən təsdiq edilmiş təbii qazın ölkədaxili tarifləri cədvəlinin “sənayə və kənd təsərrüfatı sahələri” bəndi üzrə deyil, “digər sahələr” bəndi üzrə hesablanmışdır. Bu da iddiaçı tərəfindən ümumilikdə əlavə olaraq 95 932,61 manat artıq vəsaitin odənilməsinə səbəb olmuşdur. Halbuki, “Təbii qazın ölkədaxili tarifləri”nin tələblərinə görə “sənaye və kənd təsərrüfatı sahələrində” fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 1000 m qaz sərfiyyatına görə 220 manat, “digər sahələr” üzrə isə 250 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehi Cavabdeh nümayəndəsi X5 məhkəməyə izahatında iddianı qəbul etmədiklərini bildirdi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. X2 5.1-ci bəndinə əsasən Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
7. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
8. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 saylı qərarının 6.2.3-cü və 6.2.4-cü bəndlərinə əsasən sənaye və kənd təsərrüfatı sahələri üzrə min m3-nin dəyəri 220 manat, digər sahələr üzrə isə 250 manat təşkil edir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
10. İşin müəyyən olunmuş hallarına əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli AMX-4937/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır.
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia 2 hissədən ibarətdir: cavabdehə əsassız olaraq əlavə ödənilmiş 95.932,61 manat pul vəsaitin qaytarılması (1) və gələcəkdə qaz sərfiyyatının Tarif Şurası tərəfindən təsdiq edilmiş təbii qazın ölkədaxili tarifləri cədvəlinin “sənayə və kənd təsərrüfatı sahələri” bəndi üzrə hesablanmasının cavabdehin üzərinə qoyulması (2).
12. İddiaçı tərəfin iddia ilə bağlı dəlili ondan ibarətdir ki, İddiaçı filialları məhz kənd təsərüffatı yəni, pambığın ilkin emalı ilə bağlı olan müəssisədir və ona görə də, təbii qazın min m3-nin dəyəri Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 saylı qərarından sonra 220 manatdan hesablanmalı idi.
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçı kənd təsərrüfatı sahəsi ilə bağlı sübut təqdim etmədiyindən cavabdeh tərəfindən güzəşt tətbiq edilmədiyini bildirmişdir.
14. Bu xüsusda Məhkəmə qeyd edir ki, mübahisənin həlli baxımından ilk müəyyən edilməli olan məqam, təbii qazın min m3-nin dəyəri 250 manatdan hesablanmış İddiaçı rayonlarda yerləşən hansı filialların olması və həmin filialların fəaliyyət istiqamətinin nədən ibarət olmasıdır.
15. İş materiallarında olan Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********642600 saylı məktubundan görünür ki, İddiaçı MMC-nin fəaliyyət növləri pambığın ilkin emalı (əsas fəaliyyət növü), digər dənli bitkilərin becərilməsi, pambıq istehsalı, digər daşınmaz əmlakın icarəyə verilməsi üzrə fəaliyyət, pambığın becərilməsi, parça lifinin hazırlanması və daranması, digər qruplara daxil edilməyən sair toxuculuq məmulatlarının istehsalı, çox möhkəm iplik də daxil olmaqla süni və ya sintetik lifli ipliyin istehsalı, sair saxsı məmulatların istehsalı, gübrə, toxum və pestisidlərin pərakəndə satışı, sair aralıq məhsullarının topdan satışı təşkil edir.
16. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin İmişli, Bərdə, Zərdab, Ağcabədi, Beyləqan, Yevlax, Biləsuvar, Ağdam, Tərtər, Saatlı, Neftcala, Salyan, Sabirabad filiallarının əsasnamalərindən görünür ki, filialların əsas məqsədi Baş təşkilat tərəfindən maliyyələşdirilən pambıq istehsalçılarına və digər fermerlərə aqrotexniki xidmətlərin göstərilməsində. Xam pambığın tədarükü, emalı, hazır məhsulun qablaşdırılması və yola salınmasında iştirakdan ibarətdir.
17. İş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktuba qoşmadan görünür ki, İddiaçı MMC-nin Ağdam, Zərdab, Sabirabad, Salyan, Saatlı, Yevlax, Ağcabədi, Neftçala, Biləsuvar, Beyləqan, Bərdə, İmişli və Neftçala, Tərtər rayonları filiallarının fəaliyyət növü pambığın ilkin emalı təşkil edir.
18. Məhkəmə iclasında hər iki tərəf pambığın ilkin emalının sənayə və kənd təsərüffatı sahəsinə aid olması halını qəbul etmişdir.
19. Göründüyü kimi,qeyd edilmiş filialların fəaliyyət növü pambığın ilkin emalı olduğu üçün, Tarif (Qiymət) Şurasının 13 saylı qərarının tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən məhz min m3-nin dəyərinin 220 manatdan hesablanmalı idi.
20. Ona görə də, Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdən pambığın ilkin emalı ilə məşğul olan İddiaçı Ağdam, Zərdab, Sabirabad, Salyan, Saatlı, Yevlax, Ağcabədi, Neftçala, Biləsuvar, Beyləqan, Bərdə, İmişli və Neftçala, Tərtər rayonlarının filialları üzrə xx.xx.2024-cü il tarixədək qaz sərfiyyatına görə 1 kub metrinin dəyəri 22 qəpik olmaqla, edilmiş sərfiyyata görə hesablanmış məbləğin və qeyd edilmiş sərfiyyatın hər kub metrinə görə 25 qəpik hesablanmaqla sərfiyyata görə hesablanmış məbləğin müəyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/5334 saylı rəydən görünür ki, İddiaçı MMC-nin Ağdam, Zərdab, Sabirabad, Salyan, saatlı, Yevlax, Ağcabədi, Neftçala, Biləsuvar, Beyləqan, Bərdə, İmişli və Neftçala, Tərtər rayonlarının filialları üzrə qaz sərfiyyatına görə 1 kub metrinin dəyəri 22 qəpik olmaqla, edilmiş sərfiyyata görə hesablanmış məbləğ 703.505,83 manat təşkil edir. qeyd edilmiş sərfiyyatın hər kub metrinə görə 25 qəpik hesablanmaqla sərfiyyata görə isə hesablanmış məbləğ 799.438,45 manat təşkil edir.
22. Bu xüsusda Məhkəmə qeyd edir ki, qeyd edilmiş Ağdam, Zərdab, Sabirabad, Salyan, saatlı, Yevlax, Ağcabədi, Neftçala, Biləsuvar, Beyləqan, Bərdə, İmişli və Neftçala, Tərtər rayonlarının filialları üzrə qaz sərfiyyatı Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 saylı qərarı əsasında düzgün hesablanmamışdır.
23. Belə ki, qeyd edilmiş filiallar üzrə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 saylı qərarına əsasən 1 kub metrinin dəyəri 22 qəpikdən hesablanmaq əvəzinə, 25 qəpikdən hesablanmışdır və nəticədə 95.932,61 (799.438,45-703.505,83) manat artıq ödəmə olmuşdur.
24. Məhkəmə həmçinin qeyd edir ki, qeyd edilmiş pulun MKT İstehsalat Kommersiya” MMC-nin Baş Ofisinin (inzibati bina) deyil, məhz filiallar üzrə hesablanması işin mübahisələndirilməyən halıdır.
25. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən İddiaçı tərəfindən filialların qaz sərfiyyatına görə Cavabdeh İB-nə artıq ödənilmiş 95.932,61 manat məbləğində pul İddiaçınə geri qaytarılmalıdır.
26. Bundan başqa da, Məhkəmə hesab edir ki, MKT İstehsalat Kommersiya” MMCnin Ağdam, Zərdab, Sabirabad, Salyan, saatlı, Yevlax, Ağcabədi, Neftçala, Biləsuvar, Beyləqan, Bərdə, İmişli və Neftçala, Tərtər rayonlarının filiallarının fəaliyyəti məhz sənaye və kənd təsərrüfatı sahələri ilə bağlı olduğundan, qeyd olunmuş filiallar üzrə qaz sərfiyyatı Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 saylı qərarının 6.2.3-cü bəndinə əsasən min kub metr qaz sərfiyyatının dəyəri 220 manat olmaqla hesablanmalıdır.
27. Məhkəmə cavabdehin etirazının mübahisə ilə bağlı artıq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin olması dəlilinə münasibətdə qeyd edir ki, qeyd edilmiş qətnamədə tərəflər eyni olsa da, mübahisələndirilən məbləğ fərqlidir. Bundan başqa da, tərəflər arasında olan qazın alqı-satqısı ilə bağlı münasibətlər davam edən münasibətlərdir. Yəni tərəflər arasında olan qazın alqı-satqı ilə bağlı münasibətlərin sonsuzadək yanlış davam etməsi yolverilməzidir. Qeyd edilmiş hal mülki dövriyyənin sabitliyinə xələl yetirməklə yanaşı, MKT İstehsalat Kommersiya” MMC-nin sahibkarlıq fəaliyyətinin subyekti kimi də, hüquqlarının bərpasının mümkünsüzlüyü ilə nəticələnə bilər.
28. Həmçinin o da, nəzərə alınmalıdır ki, cavabdehin qeyd etmiş olduğu Bakı Kommersiya Məhkəməsinin qətnaməsi xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, iddiaçı hazırkı iddia ərizəsi üzrə Məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və öz iddiasının xahiş etdi hissəsində gələcəkdə sərfiyyatının Tarif Şurası tərəfindən təsdiq edilmiş təbii qazın ölkədaxili tarifləri cədvəlinin “sənayə və kənd təsərrüfatı sahələri” bəndi üzrə hesablanmasını xahiş etmişdir.
29. Həmçinin də, Məhkəmə qeyd edir ki, MKT İstehsalat Kommersiya” MMC-nin qeyd edilmiş filiallarının fəaliyyətinin kənd təsərüffatı ilə bağlı olması halı müəyyən edilsə də, Cavabdeh İB-nin nəyə görə, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 saylı qərarının 6.2.3-cü bəndinə əsasən min kub metr qaz sərfiyyatının dəyərinin 220 manat olmaqla hesablamağa razı olmaması halı da, izah edilə bilən deyildir.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Artıq ödənilmiş 95.932 (doxsan beş min doqquz yüz otuz iki) manat 61 (altmış bir) manat məbləğində pul Cavabdeh tərəfindən İddiaçınə qaytarılsın. Cavabdeh İB tərəfindən İddiaçı MMC Ağdam, Zərdab, Sabirabad, Salyan, saatlı, Yevlax, Ağcabədi, Neftçala, Biləsuvar, Beyləqan, Bərdə, İmişli və Neftçala, Tərtər rayonlarının filialları üzrə qaz sərfiyyatı Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 saylı qərarının 6.2.3-cü bəndinə əsasən min kub metr qaz sərfiyyatının dəyəri 220 manat olmaqla hesablansın. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov