Məhkəmə qərarları › İş №e-2-2(113)-1863/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1863/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1863/2025 20.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, sübutetmə yükü) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 21818,04 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 7\2-xx.xx.2022-ci il tarixli ofis ləvazimatı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı QSC-yə ümumilikdə 21818,04 manat borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə borcdan bugünə kimi heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi üçün cavbdeha pritenziya məktubu elektron qaydada xx.xx.2024-cü il tarixinə göndərilmiş, lakin cavabdeh borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Qeyd olunan borc məbləğinin onlara ödənilməsini və məhkəməyə müraciət ilə bağlı ödənilən rüsumların cavabdehdən tutularaq ona ödənilməsini təmin edilməsi xahiş edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 385.1, 386.1, 386.2, 421.2, 425.1, 425.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəf bu e-qaimələri şəxsən özü təsdiq edərək bir növ malları təhvil aldığını qəbul etmişdir. Sistem tərəfindən təsdiqlənən eqaimələr üzrə də qarşı tərəf heç bir etirazını bildirməmişdir. Cavabdeh tərəf e-qaimə sistemindən aktiv istifadə edir. Çünki 3 qaimə sistem tərəfindən təsdiqlənsə də, cavabdeh tərəf bununla bağlı etirazını bildirmişdir. Tərəflər arasında işgüzar münasibətləri təsdiqləyən bütün e-qaimələri e-məhkəmə sisteminə əlavə etmişdir. Tərəflər arasında olan işgüzar münasibətlər e-qaimələr və təhvil-təslim akları əsasında formalaşmışdır. Sadəcə iddiaçı tərəfin həddindən çox müştərisi var və bununla bağlı gündəlik olaraq yüzlərlə mallar göndərilir, təhvil-təslim aktları imzalanır. Odur ki, hazırkı iş üzrə təhvil-təslim aktlarını tapmaq mümkün olmamışdır. Bu müqavilə üzrə hər hansı təhvil-təslim aktları yoxdur, tərəflər arasında təhvil-təslim aktları olub, lakin bugunki gündə şirkətin arxivində saxlanılmamışdır. Qarşı tərəf də bu halı bildiyi üçün öz etirazını bu aktların mövcud olmamasına istinad edərək müdafiə edir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsində tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığını, onun həmin müqavilədən irəli gələn öhdəliyini icra etmədiyini və nəticədə 21818,04 AZN borcun yarandığını qeyd etsə də, cavabdeh tərəfindən iddiaçının məhkəməyə təqdim etdiyi məzmunda və şərtlərlə belə bir müqavilə bağlanılmamış, həmin müqavilənin bağlanmasına dəlalət edən hər hansı konkludent hərəkətlərə yol verilməmişdir. Başqa sözlə desək, müqavilənin bağlanmasına əsas olacaq aksept cavabdeh tərəfindən edilməmişdir. İddiaçı tərəfindən təqdim olunan və iş materiallarında olan müqavilədən də göründüyü kimi müqavilədə tərəflərin imzaları üçün ayrılmış hissədə cavabdehin imzası mövcud deyildir. Tərəflər arasında daha əvvəl müqavilədən irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı müqavilə üzrə malları təhvil vermiş, mallar cavabdeh tərəfindən təhvil alınaraq razılaşdırılmış məbləğ iddiaçıya ödənilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən müqavilə başqa şərtlərlə və məzmunda tərtib olunmuş və cavabdehin imzalamadığı başqa müqavilədir. Aralarında mövcud olan müqavilə münasibətlərini təsdiq edən müqavilə isə mövcud deyildir. Bu zaman malların cavabdehə təhvil verilməsini təsdiq edən təhvil-təslim aktı tərtib olunaraq hər ikisi tərəfindən imzalanmışdır. Hazırda iddia olunan müqavilə tələbi üzrə isə iddiaçı tərəfindən caavbdehə hər hansı mallar təhvil verilməmiş, malların təhvili üçün belə bir razılıq qarşı tərəfə bəyan olunmamışdır. Təsadüfi deyildir ki, iddiaçı ofis ləvazimatlarını cavabdehə təhvil verdiyini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmiş, sadəcə olaraq qaimələrin təqdim olunması ilə kifayətlənmişdir. Bunun da əsasında tərəflər arasında razılaşdırılmış belə bir müqavilə münasibətlərinin mövcud olmaması, iddiaçı tərəfindən cavabdehə hər hansı malın təhvil verilməməsi dayanır. Əks təqdirdə tərəflər arasında təhvil-təslim aktı tərtib olunar, təhvil-təslim edilən malların adı, sayı və növləri orada qeyd olunardı. Yekun olaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək etirazda göstərilənləri təsdiq etmiş və əlavə olaraq da bildirmişdir ki, mallar cavabdehə təhvil verilsəydi müvafiq təhviltəslim aktı olmalı idi. Tərəflər arasında müqavilə münasibətləri olub, lakin hazırda mübahisələndirilən müqavilə üzrə deyil, digər müqavilə üzrə münasibətlər davam edir. Tərəflər arasında müqavilə münasibətləri olduğunu təsdiqləyirik, lakin müqavilənin məhz e-sistemə əlavə edilən eyni məzmunlu olduğunu düşünmür. Mallar təhvil-təslim aktına əsasən verilməli idi. İşgüzar adətlərə əsasən də təhvil-təslim aktı əsasında ödəniş olunmuşdur. Cavabdeh tərəfindən təsdiq olunan e-qaimələr üzrə mallar təhvil alınmış və ödənişi də edilmişdir. Hansı malların ki, təhvil-təslim olmamışdır, məhz həmin e-qaimələr üzrə ödəniş də edilməmişdir. İddia tələbinin predmetini təşkil edən e-qaimələr cavabdeh tərəfindən təsdiq edilməmişdir. Hazırkı mübahisə üzrə malın verilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. E-qaimələr tərəflər arasında olan malların alğı-satqısını təsdiq edə bilməz. Əgər onlar ödənişləri həyata keçirtmirdilərsə bu günkü gündə də qarşı tərəfin onlarla münasibətləri davam etdirilməzdir. Onların ödənişləri yalnız təhvil-təslim aktları əsasında olmuşdur. Müqavilənin predmetini təşkil edən malları təhvil aldıqdan sonra ödəniş etmişlər. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: 7\2-1 nömrəli, xx.xx.2022-ci il tarixli ofis ləvazimatı alqı-satqı müqaviləsindən görünür ki, Satıcı hazırkı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Qiymətlərin razılaşdırma protokollarında göstərilən (bundan sonra - Protokol) malları (bundan sonra - Mallar) razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq Protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən Bu müqavilə üzrə malların ümumi dəyəri Protokol ilə müəyyən edilir. Satılan malların qiymətində, sayında və konfiqurasiyasında dəyişiklik yalnız Tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər. Həmin müqavilə İddiaçı QSC tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş, lakin Cavabdeh tərəfindən imzalanmamışdır. EBBQ seriyalı, 533125 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 332 manat dəyərində, EBBR seriyalı, 723373 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 625.6 manat dəyərində, EBBS seriyalı, 226850 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 115 manat dəyərində, EBBS seriyalı, 762961 nömrəli, xx-xx-2022ci il tarixli elektron qaiməyə əsasən 193 manat dəyərində, EBBS seriyalı, 983504 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 466.56 manat dəyərində, EBBU seriyalı, 085963 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 184.8 manat dəyərində, EBBU seriyalı, 733122 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 197.5 manat dəyərində, EBBU seriyalı, 917072 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 241.2 manat dəyərində, EBBV seriyalı, 689547 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 480 manat dəyərində, EBBV seriyalı, 247547 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 140.4 manat dəyərində, EBBW seriyalı, 283665 nömrəli, xx-xx- 2022-ci il tarixli elektron qaiməyə əsasən 25 manat dəyərində, EBBX seriyalı, 006131 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 3463.36 manat dəyərində, EBBW seriyalı, 273486 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 1210 manat dəyərində, EBBZ seriyalı, 103188 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 1005 manat dəyərində, EBBZ seriyalı, 104002 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 860.84 manat dəyərində, EBBZ seriyalı, 102926 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 761.49 manat dəyərində, EBBZ seriyalı, 102720 nömrəli, xxxx-2022-ci il tarixli elektron qaiməyə əsasən 925.92 manat dəyərində, EBBZ seriyalı, 103314 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 910.6 manat dəyərində, EBCA seriyalı, 687752 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 1190.8 manat dəyərində, EBCA seriyalı, 693106 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 990 manat dəyərində, EBCA seriyalı, 688134 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 1053.6 manat dəyərində, EBCC seriyalı, 446192 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 990 manat dəyərində, EBCC seriyalı, 446601 nömrəli, xx-xx- 2022-ci il tarixli elektron qaiməyə əsasən 817.4 manat dəyərində, EBCA seriyalı, 693043 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 1045.28 manat dəyərində, EBCE seriyalı, 089993 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 1000.44 manat dəyərində, EBCE seriyalı, 90214 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 948.24 manat dəyərində, EBCE seriyalı, 090850 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 641.16 manat dəyərində, EBCG seriyalı, 073976 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 735.17 manat dəyərində, EBCG seriyalı, 074202 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 999.34 manat dəyərində, EBCG seriyalı, 733792 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 395.5 manat dəyərində, EBCG seriyalı, 737307 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 764.97 manat dəyərində, EBCG seriyalı, 737429 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 627.18 manat dəyərində, EBCG seriyalı, 737582 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 418.5 manat dəyərində, EBCH seriyalı, 661380 nömrəli, xx-xx- 2022-ci il tarixli elektron qaiməyə əsasən 967.5 manat dəyərində, EBCH seriyalı, 662047 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 1110 manat dəyərində, EBCH seriyalı, 659192 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 1067.5 manat dəyərində, EBCH seriyalı, 660997 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 967.5 manat dəyərində, EBCJ seriyalı, 737302 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 311.63 manat dəyərində, EBCK seriyalı, 823562 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 1132.3 manat dəyərində, EBCK seriyalı, 823429 nömrəli, xxxx-2022-ci il tarixli elektron qaiməyə əsasən 969 manat dəyərində, EBCL seriyalı, 274952 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 1032 manat dəyərində, EBCL seriyalı, 274954 nömrəli, xx-xx-2022-ci il tarixli elektron qaiməyə əsasən 618.8 manat dəyərində, EBCM seriyalı, 803321 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 990.05 manat dəyərində, EBCM seriyalı, 799927 nömrəli, xx-xx-2023-ci il tarixlİ elektron qaiməyə əsasən 1047.5 manat dəyərində, EBCM seriyalı, 798454 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 967.5 manat dəyərində, EBCM seriyalı, 894619 nömrəli, xxxx-2023-ci il tarixli elektron qaiməyə əsasən 645 manat dəyərində, EBCM seriyalı, 894266 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 967.5 manat dəyərində, EBCM seriyalı, 893706 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 967.5 manat dəyərində, EBCM seriyalı, 893492 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 1014.85 manat dəyərində, EBCN seriyalı, 687856 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 798.6 manat dəyərində, EBDB seriyalı, 039715 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 240 manat dəyərində, EBDB seriyalı, 039607 nömrəli, xx-xx- 2023-ci il tarixli elektron qaiməyə əsasən 322.5 manat dəyərində, EBDC seriyalı, 431529 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 792.82 manat dəyərində, EBDC seriyalı, 431165 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 812.5 manat dəyərində, EBDC seriyalı, 431037 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 849.8 manat dəyərində, EBDD seriyalı, 140256 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 909.2 manat dəyərində, EBDH seriyalı, 612823 nömrəli, xx-xx-2023ci il tarixli elektron qaiməyə əsasən 728 manat dəyərində, EBDH seriyalı, 612823 nömrəli, xx-xx- 2023-ci il tarixli elektron qaiməyə əsasən 574.9 manat dəyərində, EBDH seriyalı, 790076 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 250.63 manat dəyərində, EBDM seriyalı, 077050 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 304 manat dəyərində, EBDC seriyalı, 430378 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 731 manat dəyərində, EBCK seriyalı, 823641 nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən 970.3 manat dəyərində, EBCK seriyalı, 823529nömrəli, xx-xx-2023-ci il tarixli elektron qaiməyə əsasən1290 manat dəyərində, EBEB seriyalı, 298982 nömrəli, xxxx-2024-ci il tarixli elektron qaiməyə əsasən 420 manat dəyərində, MT2404 seriyalı, 00833174 nömrəli, xx-xx-2024-ci il tarixli elektron qaiməyə əsasən 249.5 manat dəyərində, MT2404 seriyalı, 00890829 nömrəli, xx-xx-2024ci il tarixli elektron qaiməyə əsasən 519.6 manat dəyərində, MT2406 seriyalı, 10296696 nömrəli, xx-xx-2024-ci il tarixli elektron qaiməyə əsasən 432 manat dəyərində, MT2410 seriyalı, 10457242 nömrəli, xx-xx-2024-ci il tarixli elektron qaiməyə əsasən 379.8 manat dəyərində olan müxtəlif adda mallar İddiaçı QSC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli Göndərilən Qaimələrin sayısı adlı “Excel” cədvəlində İddiaçı QSC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilən qaimələr üzrə əsas borc 51107,13 manat, ƏDV dəyəri 9199.252 manat olduğu qeyd edilmişdir. Əsas məbləğ üzrə 32726,71 manat, ƏDV məbləği üzrə 5761.632 manat ödəniş edilmiş, yekun olaraq 18380,42 əsas borc, 3437,62 ƏDV məbləği olmaqla, ümumilikdə 21818.04 manat məbləğində borc məbləği qalmışdır. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 40 ədəd kağız A4 80 qr 500v, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 40 ədəd Fayl mic.A-175 A4-şəffaf, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 10 ədəd A4 80 qr 500v Navigator, 10 ədəd kağız A3 80 qr 500v Navigator, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 30 ədəd A4 80 qr 500v Navigator 15 ədəd kağız A3 80 qr 500v Navigator, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 100 ədəd Fayl 40 mic.A-175 A4-şəffaf, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 60 ədəd Sun emotion Sensor dəsmal 120 m, xx.xx.2024cü il tarixli təhvil-təslim aktına əsasən 20 ədəd Skrepka i-345(0,86 mm*0,31mm) 7 ədəd Arxiv qovluğu Geniş A4 C-7280 mavi rəngli mallar Cavabdeh tərəfindən təhvil alınmışdır. 14 yanvar 2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən dövlət büdcəsinə 155,46 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 409.3-cü maddəsinə əsasən əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. 409.4-cü maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 630.2-ci maddəsinə görə göndərmə müqaviləsində alıcının mal göndərənə malları mal alanlara yollamaq (vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək hüququnun nəzərdə tutulduğu halda mal göndərən malları yollama sərəncamında göstərilmiş mal alanlara yollayır (verir). 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsassən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin olması, iddiaçının müxtəlif vaxtlarda təhvil-təslim aktları ilə müvafiq malları satması, cavabdehin həmin mallara görə ödəniş etməsi işdə iştirak edən şəxslər tərəfindən etiraf edildiyindən və təqdim olunmuş sübutlarla təsdiqini tapdığından işin mübahisələndirilməyən hallarıdır. İddiaçı iddia tələbinin əsası kimi 7\2-1 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edərək həmin müqavilə üzrə elektron qaimələr əsasında müəyyən vaxtlarda cəmi 21818,04 manat məbləğində müxtəlif malların cavabdehə təhvil verildiyini, cavabdehin heç bir ödəniş etmədiyini bildirmiş və həmin borcu tələb etmişdir. Cavabdehin iddiaya etirazının əsasını iddiaçı tərəfindən təqdim edilmiş 7\2-1 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin tərəflər arasında bağlanmaması, həmin müqavilənin cavabdeh tərəfindən imzalanmaması, həmin müqavilə üzrə elektron qaimələrdə qeyd edilən malların cavabdehə təhvil verilməməsi, malların təhvil-təslim aktlarının olmaması təşkil etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Çünki iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilən 7\2-1 nömrəli, xx.xx.2022-ci il tarixli ofis ləvazimatı alqı-satqı müqaviləsi cavabdeh tərəfindən qəbul edilib imzalanmamış və ya həmin müqavilənin imzalanması üçün cavabdehə göndərilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Yəni həmin müqavilə ilə bağlı iddiaçının oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və cavabdehin onu imzalayaraq və ya müqavilə şərtlərini yerinə yetirmək üçün hərəkətlər edərək (malları sifariş etməsi, təhvil alması və s.) aksept etməsi (təklifin qəbulu), müqavilənin bütün mühüm şərtləri barəsində tərəflərin razılığa gəlməsi sübuta yetirilməmişdir. Halbuki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır(MM 405.1 maddə). Həmçinin müqavilə təklif göndərmiş şəxsin onun qəbulunu aldığı anda bağlanmış sayılır(MM 407.1 maddə). Habelə Mülki Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır(MM 409.3 maddə). Digər tərəfdən, tərəflər arasında müəyyən vaxtlarda müxtəlif malların alqı-satqısı olmuşdur ki, bununla bağlı da cavabdeh tərəfindən təhvil-təslim aktları təqdim edilmiş və həmin mallar iddiaçının istinad etdiyi müqavilə üzrə elektron qaimələrdə nəzərdə tutulmuş mallar deyildirlər. Eyni zamanda cavabdehin elektron qaimələrdə göstərilən malları sifariş etməsi, həmçinin əvvəllər tərəflər arasında elektron qaimə əsasında malların qəbul edilməsi və ödənişlər olması barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tərəflər arasında 7\2-1 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə bağlandığı və həmin müqavilə üzrə cavabdehə müxtəlif vaxtlarda cəmi 21818,04 manat məbləğində malların satıldığı bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının sübut olaraq istinad etdiyi yeganə sənəd elektron qaimələrdir ki, həmin qaimələrin sistem vasitəsi ilə təsdiq edilməsi cavabdehin qeyd edilən malları almasını qəbul etməsi kimi qiymətləndirilməməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, mallar alınmadığı halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin cavabdehin nümayəndəsi izahatında həmin qaimələrin sistem vasitəsi ilə təsdiqləndiyini və təhvil-təslim aktı olan elektron qaimələr üzrə ödənişlər edildiyini bildirmişdir. Hazırki işdə elektron qaimələrin sistem tərəfindən təsdiqlənməsi cavabdeh tərəfindən iddiaçının göstərdiyi malların qəbul edilməsi və dəyərinin ödənilməsini qəbul etməsi mənasına gələ bilməz, ona görə ki, mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar