Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1865/2022 03.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqaviləyə əsasən 29274 manat məbləğində sığorta ödənişinin cavabdeh "xxxx" ASC tərəfindən tutularaq iddiaçıya ödənilməsini, ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin cavabdeh "xxxx" ASC-dən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə iddaçı arasında 05 fevral 2020-ci il tarixində 1 illik müddətində “Daşınmaz Əmlakın İcbari Sığortası” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin istifadəsində olan anbar hissəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Qeyd edilir ki, 28 yanvar 2021-ci il tarixdə, saat 16:55-də ünvan 1 ünvanında yerləşən X1 məxsus qeyriyaşayış sahəsində yanğın hadisəsinin baş verməsi nəticəsində sözü gedən əmlak sıradan çıxmış və mülkiyyətçiyə külli miqdarda maddi zərər dəymişdir. Nəzərinizə çatdırım ki, baş vermiş sığorta hadisəsi ilə əlaqədar "xxxx" ASC-yə müraciət etmişik. Müraciətimizə cavab olaraq 09.08.2021-ci il tarixli, 1466 nömrəli sığorta ödənişinin verilməsinə dair bildirişlə sığorta olunmuş əmlaka dəymiş zərərdən olduqca az miqdarda sığorta ödənişinin ödənilməsi bizə təklif olunmuşdur. Belə ki, "xxxx" ASC tərəfindən təklif olunan sığorta ödənişi əmlaka dəymiş zərərin ən cuzi hissəsini belə ödəməyə bəs eləmir. Həmçinin qeyd edim ki, aramızda baş verən sığorta ödənişinin düzgün ödənilməsinə dair mübahisənin mediasiya qaydasında həll olunması məqsədilə qarşı tərəfə mediasiya prosedurunda iştirakı üçün təklif məktubu göndərmişik. Lakin cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Mediasiyaya dair bütün xərclər tərəfimizdən ödənmişdir Bildirmək istəyirəm ki, Azsığorta” ASC ilə aramızda 05 fevral 2020-ci il tarixində 1(bir) illik müddətində Daşınmaz Əmlakın İcbari Sığortası müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin istifadəsində olan anbar hissəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Qeyd edim ki, 28 yanvar 2021-ci il tarixdə, saat 16:55-də ünvan 2 ünvanında yerləşən X1 məxsus qeyri-yaşayış sahəsində yanğın hadisəsinin baş verməsi nəticəsində sözü gedən əmlak sıradan çıxmış və mülkiyyətçiyə külli miqdarda maddizərər dəymişdir. Müqaviləyə əsasən baş vermiş sığorta hadisəsi ilə əlaqədar "xxxx" ASC-yə müraciət etmişik. Müraciətimizə cavab olaraq 09.08.2021-ci il tarixli, 1466 nömrəli sığorta ödənişinin verilməsinə dair bildirişlə 6000 manat sığorta ödənişinin ödənilməsinin mümkün olduğu bizə bildirilmişdir. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.05.2021-ci il tarixli, 10/780 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən sexdə baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 38480 manatdır. Göründüyü kimi "xxxx" ASC tərəfindən təklif olunan sığorta ödənişi nə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının rəyinə, nə də əmlaka dəymiş maddi zərərin real həcminə uyğun deyildir. Odur ki, müqavilənin tələblərini rəhbər tutaraq baş vermiş sığorta hadisəsi nəticəsində əmlaka dəymiş maddizərərin aradan qaldırılması üçün müqavilə ilə nəzərdə tutulmuş 29274 sığorta ödənişinin tam şəkildə ödənilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edirik. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 tərəflərin arasında 03.06.2022-ci il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi, vəkil məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə elektron sisteminə ərizə yükləyərək tərəflərin arasında 03.06.2022-ci il tarixli barışıq sazişi imzalandığını və onun iştirakı olmadan barışıq sazişinin təsdiq edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi,vəkilin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilən 03.06.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: 1.1. Bu sazişin məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir. 2.1. “Tələbkar” öhdəsinə götürür ki, - 14000 manat sığorta ödənişinin ödənilməsi ilə razılaşır; - qeyd edilən məbləğ ödənildikdən sonra borcluya qarşı olan iddiasından imtina edir və sözügedən sığorta hadisəsi ilə əlaqədar iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu, dəbbə pulu və əldən çıxmış fayda ilə bağlı tələbi olmayacaq. - gələcəkdə öz əmlakını tam sığortaya cəlb edəcək. 2.2. Borclu öhdəsinə götürür ki, 28.01.2021-ci il tarixində baş verən sığorta hadisəsi nəticəsində yaranmış 14000 manat iddia tələbi üzrə ödənişin 16 iyun 2022-ci il tarixinədək ödənilməsini öhdəsinə götürür. 3.1. Tərəflər bu müqavilədən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar. 3.2. Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, tərəflər məhkəməyə müraciət edə bilərlər. 3.3. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. 4.1. Tələbkar və borclu bu müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra, müqaviləyə xitam veriləcək. 5.1. Bu müqavilə 2 nüsxədə tərtib olunur və bir nüsxəsi tələbkara, bir nüsxəsi, borcluya təqdim edilir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və imzalanmış 03.06.2022-ci il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin 03.06.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış 03.06.2022-ci tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 03.06.2022-ci tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-1865/2022 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1865/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1865/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver