Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-187/2024 24.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 132642 (yüz otuz iki min altı yüz qırx iki) manat məbləğində borcun, 405 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin nümayəndələri ayrı-ayrılıqda Məhkəməyə tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Belə ki, barışıq sazişinin məzmununa görə:
1. Cavabdeh MMC etiraf və təsdiq edir ki, İddiaçı MMC qarşısında icra olunmamış 125280 (bir yüz iyirmi beş min iki yüz səksən) manat məbləğində borc öhdəliyi mövcuddur.
2. Cavabdeh MMC üzərinə götürür ki, bu razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdən edibarən 3 (üç) ay ərzində İddiaçı MMC qarşısında olan borcunu tam olaraq ödəycək (icra edəcək).
3. Barışıq razılaşmasının imzalanmasından doğan hüquq və öhdəliklər hər iki tərəf üçün aydındır, bəllidir.
4. Tərəflər bəyan edirlər ki, bu barışıq razılaşması ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaq və bu barışıq sazişi üzrə tənzimlənməli olan məsələlər başa çatdıqdan sonra bir-birilərinə qarşı heç bir tələb irəli sürməyəcəklər. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Barışıq sazişinin məzmununa görə:
1. Cavabdeh MMC etiraf və təsdiq edir ki, İddiaçı MMC qarşısında icra olunmamış 125280 (bir yüz iyirmi beş min iki yüz səksən) manat məbləğində borc öhdəliyi mövcuddur.
2. Cavabdeh MMC üzərinə götürür ki, bu razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdən edibarən 3 (üç) ay ərzində İddiaçı MMC qarşısında olan borcunu tam olaraq ödəycək (icra edəcək).
3. Barışıq razılaşmasının imzalanmasından doğan hüquq və öhdəliklər hər iki tərəf üçün aydındır, bəllidir.
4. Tərəflər bəyan edirlər ki, bu barışıq razılaşması ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaq və bu barışıq sazişi üzrə tənzimlənməli olan məsələlər başa çatdıqdan sonra bir-birilərinə qarşı heç bir tələb irəli sürməyəcəklər.
5. Barışıq razılaşması məhkəmədə təsdiq edilir. Barışıq razılaşmasının pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır.
6. Barışıq razılaşması imzalandığı gündən qüvvəyə minir və bu saziş üzrə tərəflər öhdəliklərini vaxtında və layiqincə icra edənədək öz qüvvəsini saxlayır.
7. Bu razılaşma hər iki tərəfin imza və möhürü ilə təsdiq edilir. İddiaçınə və Cavabdehnə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova