Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1870/2024 16.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1.638,85 manat məbləğində ƏDV daxil əsas borc, 163 manat cərimə borcu, 40 manat dövlət rüsumu olmaqla ümumi 1.841,85 (min səkkiz yüz qırx bir manat səksən beş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 0035/18032021 nömrəli, xx.xx.2021 tarixli alğı-satqı müqaviləsinə və qiymət razılaşma protokollarına əsasən satıcı İddiaçı MMC, alıcı Cavabdeh MMC-yə sifariş edilmiş malları satmağı, Cavabdeh MMC isə təhvil alınmış malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Əlavə edilmiş e-qaimələrdən və təhviltəslim aktlarından da göründüyü kimi, Satıcı İddiaçı MMC ümumi ƏDV daxil 23.580,95 manat məbləğində malları alıcı Cavabdeh MMC-yə təhvil vermişdir. Cavabdeh MMC öz növbəsində təhvil alınmış mallara görə bank hesabından ümumi 18 595 manat və ƏDV hesabından 3 347,10 manat olmaqla ƏDV daxil 21 942,10 manat məbləğində ödənişlər etmişdir. Göründüyü kimi, 1 638,85 manat məbləğində borc qalmışdır. Sonuncu təhvil tarixindən – xx.xx.2021 etibarən 2 ildən çoxdur ki, borcun ödənişindən əsassız olaraq imtina edilir. Həmçinin, borcun 2 il gecikdirilməsinə görə Borclu tələbkara əsas borcun məbləğinə illik 5% məbləğində cəriməni, yəni 163 manat da ödəməlidir.
II. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 0035/18032021 nömrəli, xx.xx.2021 tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
8. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə ilə satıcı müqaviləyə qoşmalarda göstərilmiş malları alıcıya satmağa, alıcı isə həmin malları qoşmalarda göstərilən qiymətə satıcıdan satın almağa razılığını bildirir.
9. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
11. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
12. İş materiallarından görünür ki, EBBB seriyalı, 856350 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 22.094,93 manat, EBBC seriyalı, 672281 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 919,22 manat, EBBD seriyalı, 178958 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 566,80 manat olan elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
13. Sadə riyazi hesablama ilə elektron qaimələrdəki məbləğlərin cəmi 23.580,95 manat təşkil edir.
14. Bundan başqa, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarında da görünür ki, elektron qaimələrdə əks olunmuş miqdarda və adda mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir.
15. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya əsas borc üzrə xx.xx.2021-ci il tarixdə 9.300 manat, xx.xx.2021-ci il tarixdə 9.295 manat, ƏDV borcu üzrə xx.xx.2021-ci il tarixdə 3.347,10 manat olmaqla, cəmi 21.942,10 manat məbləğində pul ödənmişdir.
16. Sadə riyazi hesablama ilə hesabladıqda müəyyən olunur ki, 23.580,95 manatdan (təhvil verilmiş mallar) 21.942,10 manat (ödənişlərin cəmi) çıxıldıqda qalıq borc 1.638,85 manat təşkil edir.
17. Hazırda iddiaçı tərəf də, qeyd edilmiş məbləğdən 21.942,10 manat ödənildiyini bildirərək, 1.638,85 manat pulun tutulmasını xahiş edir.
18. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
19. Bundan başqa, məhkəmə qeyd edir ki, göndərilmiş elektron qaimələr üzrə cavabdeh tərəfindən ödənişlərin edilməsi də cavabdehin malların ona təqdim edilməsini qəbul etdiyini təsdiq edir.
20. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 1.638,85 manat borcun tələb edilməsi hissəsində əsaslıdır.
21. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə təəb edilən 163 manatla bağlı aşağıdakıları qeyd edir.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
23. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.
24. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır.
25. Belə ki, pretenziya məktubunun cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə alındığını, iddianın isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olduğunu nəzərə alaraq təxmini 4 ay gün gecikmə müəyyən edilir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 27,31 (1638,85x5100=81,94 (1 il üçün), 81,94/12=6,82 (1 ay üçün), 6,82x4=27,31 (4 ay üçün) manat təşkil edir.
26. Ona görə də, əsas borca illik 5 faiz hesablanma 27,31 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 53498762 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
28. Məhkəmə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 36,66 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
VI. Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 0035/18032021 nömrəli, xx.xx.2021 tarixli alqı-satqı müqaviləsi üzrə 1.638 (bir min altı yüz otuz səkkiz) manat, 85 (səksən beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borc illik 5 faiz hesablanmaqla 27 (iyirmi yeddi) manat, 31 (otuz bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 (otuz altı) manat, 66 (altmış altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov