Məhkəmə qərarları › İş №e-2-2(113)-1873/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1873/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1873/2021 19.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh “xxxx” Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8716,49 ABŞ dollarının, 435,82 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 9152,31 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” Şirkətindən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirilərkən, pretenziyanın və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi və cavabdeh tərəfindən alınması barədə sənəd əlavə edilsə də, iddia ərizəsinin isə ancaq cavabdehə göndərilməsi barədə sübut təqdim edilmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə iddia ərizəsinin göndərilməsini deyil, alınmasına dair sübut təqdim edilməsi nəzərdə tutulsa da və iddiaçı pretenziyanın çatdırılması ilə bağlı kifayət qədər sübut təqdim etsə də, iddia ərizənin cavabdeh tərəfindən alınmasına dair sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı ingilis dilində tərtib edilmiş iddia ərizəsini xx.xx.2020-ci il tarixdə imzalasa da, həmin sənədin xarici şirkət olan “xxxx”in alınmasını təsdiq edən heç bir sübut (qoşmada da göndərilmə qeyd edilib) təqdim etməmişdir. İddiaçı ASC-nin səlahiyyətli şəxslə ilə telefon əlaqəsi saxlanılaraq iddia ərizənin cavabdeh tərəfindən alınmasına dair sübutun təqdim edilməsi təklif olunsa da, iddiaçı tərəfindən bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdeh “xxxx” Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı ASC-yə izah edilsin ki, iddia ərizəsinin cavabdeh tərəfindən alınması (imtina və ya digər əsaslar) barədə sənəd (poçt qəbzi ya digər mötəbər sübut) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar