Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1874/2024 08.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixdə BP 21-2023 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki; Satılan malı Təhvil-Təslim aktı ilə "Alıcı”'ya satır və "Alıcı" öz növbəsində yazılan qaiməyə əsasən alınan malların dəyərini Satıcıya ödəyir. - 2.2-ci bəndinə əsasən "Satıcı" ona məxsus "Mallar"ı "Alıcı”nın mülkiyyətinə verməyi, "Alıcı" isə həmin "Mallar"ı qəbul edib, "Mallar"ın haqqını bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyi öhdəsinə götürür. - 3.1.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək satıcının hüququdur. - 3.3.1-ci bəndinə əsasən “Malları” qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində pul məbləğini (qiyməti) ödəmək alıcının vəzifəsidir. - 4.2-ci bəndinə əsasən müqaviləyə əsasən "Alıcı" tərəfindən "Mallar"ın dəyərinin ödənilməsi köçürmə yolu ilə həyata keçirilir və pul vəsaitinin "Satıcı"nın sərəncamına verildiyi an və ya hesablaşma hesabına köçürüldüyü an ödəniş öhdəliyinin icra edilməsi anı hesab olunur. "Alıcı" "Mallar"ın dəyərini tam ödəməyənə qədər mal Satıcının mülkiyyəti hesab olunur. - 4.3-cü bəndinə əsasən ödəmələr Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir. - 4.4-cü bəndinə əsasən "Mallar"ın dəyəri təhvil-təslim aktı təsdiqlənəndən sonra 20 (iyirmi) təqvim günü ərzində ödənilməlidir. - 8.10-cu bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2023-ci il tarixinədək qüvvədədir. Əgər tərəflərdən heç biri müqavilə müddətiinin başa çatmasına 10 (on) gün qalmış digər tərəfi müqavilənin pozulması haqqında yazılı xəbərdarlıq etməzsə, müqavilənin müddəti həmin şərtlərlə növbəti təqvim ilinin sonuna qədər uzadılmış hesab edilir. Bu maddənin müddəaları sonrakı illərə də şamil edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə BP 21-2023 sayl müqaviləyə əsasən ümumilikdə ƏDV daxil 55.019,48 manat məbləğində malların göndərilməsinə dair o cümlədən ƏDV daxil 18.795,56 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDH seriyalı 367297 nömrəli, ƏDV daxil 1.210,05 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDH seriyalı 735804 nömrəli, ƏDV daxil 11.764,24 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDH seriyalı 497877 nömrəli, ƏDV daxil 4.573,27 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDR seriyalı 057907 nömrəli, ƏDV daxil 3.583,77 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 374083 nömrəli, ƏDV daxil 8.595,59 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDO seriyalı 847275 nömrəli və ƏDV daxil 6.497 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDO seriyalı 983480 nömrəli elektron qaimə-fakturalar tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.
3. Təhvil-təslim aktlarından görünür ki, 2023-cü ilin iyun-sentyabr ayları ərzində "xxxx" MMC tərəfindən ümumilikdə ƏDV daxil 55.019,48 manat dəyərində mallar Cavabdeh MMC-yə təqdim edilmişdir.
4. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDH seriyalı 367297 nömrəli e-qaimə üzrə) "xxxx" MMC-nin hesabına 4.237,28 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
5. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDH seriyalı 367297 nömrəli e-qaimə üzrə) "xxxx" MMC-nin hesabına 1.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDH seriyalı 735804 nömrəli e-qaimə üzrə) "xxxx" MMC-nin hesabına 1.025,47 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
7. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDH seriyalı 367297 nömrəli e-qaimə üzrə) "xxxx" MMC-nin hesabına 3.558,28 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
8. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDH seriyalı 367297 nömrəli e-qaimə üzrə) "xxxx" MMC-nin hesabına 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
9. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDH seriyalı 367297 nömrəli e-qaimə üzrə) "xxxx" MMC-nin hesabına 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
10. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDR seriyalı 057907 nömrəli e-qaimə üzrə) "xxxx" MMC-nin hesabına 3.875,65 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
11. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDP seriyalı 374083 nömrəli e-qaimə üzrə) "xxxx" MMC-nin hesabına 5.505,93 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
12. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDO seriyalı 983480 nömrəli e-qaimə üzrə) "xxxx" MMC-nin hesabına 1.762,09 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
13. "xxxx" ASC tərəfindən verilmiş "xxxx" MMC-yə aid hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin hesabına ümumilikdə 40.934,39 manat ödəniş edilmişdir.
14. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
15. "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 8.516.90 manat (malların ümumi dəyəri ƏDV də daxil olmaqla) məbləğində əsas pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC -nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin (bundan sonra Saıtcı) Baş direktoru Nümayəndə Cavabdeh MMC-nin (bundan sonra Alıcı) direktoru X2 arasında 24 may 2023-cü il tarixli №BP21-2023 müqaviləyə əsasən, Satıcı malları satmağı, alıcı isə həmin malların yazılan qaiməyə əsasən dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4-ci maddəsinə əsasən, Alıcı Satıcının bank hesabına təhvil təslim aktı təsdiqləndikdən 20 təqvim günü müddətində ödəyir. Bildirir ki, müqavilə üzrə mallar Alıcıya təhvil verilmiş və bu barədə elektron qaimələr də tərtib edilmişdir. Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla,cəmi 8.516.90 manat təşkil edir. Məlumat üçün bildirir ki, mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdeh “Cavabdeh MMC-yə pul məbləğinin 10 gün ərzində ödənilməsi üçün 06 fevral 2024-cü il pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh bu günədək alqı-satqı müqaviləsini öhdəliklərini yerinə yetirmək istəmir.
17. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.1, 385.1, 389.1, 425,1 və 442-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
18. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
19. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq iddiaçının nümayəndəsi ödəönilməsini tələb etdikləri məbləğin 5692,28 manat hissəsi əsas borc, 2824,62 manat hissəsi isə ƏDV borcu olmasını bildirmişdir.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
21. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
22. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
23. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV.TƏTBİQ EDİLƏN HÜQUQ
24. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
V. MƏHKƏMƏNİN MÖVQEYİ
26. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
27. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli BP 21-2023 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etsə də, cavabdeh həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə iddiaçıya 8.516.90 (5692,28 manat əsas və 2824,62 manat ƏDV borcu) manat məbləğində borcu yaranmışdır.
28. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 8.516.90 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
29. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 105,16 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
30. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 105,16 manat təşkil edir.
31. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105,16 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli BP 21-2023 saylı alqı-satqı müqaviləsi üzrə 8.516.90 manat borc (5692,28 manat əsas və 2824,62 manat ƏDV borcu) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105,16 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva