Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1879/2023 26.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən (VÖEN **********) 1683.22 (min altı yüz səksən üç manat iyirmi iki qəpik) AZN əsas borc və 2692 (iki min alı yüz doxsan iki manat) AZN cərimə borcuvə 60 (altmış) AZN ödənilmiş dövlət rüsumunun, 260 manat (110 manat vəkil xidmət haqqı, 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) ümumilikdə 4695.22 (dört min altı yüz doxsan beş manat iyirmi iki qəpik) AZN pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən (VÖEN **********) 1683.22 (min altı yüz səksən üç manat iyirmi iki qəpik) AZN əsas borc və 2692 (iki min alı yüz doxsan iki manat) AZN cərimə borcuvə 60 (altmış) AZN ödənilmiş dövlət rüsumunun, 260 manat (110 manat vəkil xidmət haqqı, 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) ümumilikdə 4695.22 (dört min altı yüz doxsan beş manat iyirmi iki qəpik) AZN pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasına gəlmiş, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi və vəkili ərizəyə etiraz etmədiyini və işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1879/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1879/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver