Məhkəmə qərarları › İş №e-2-2(113)-1881/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1881/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1881/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Türyançay Fermer X1 Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“X2” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, 330-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 34527,50 manat gecikdirilmiş borc və hesablanmış 38912,49 manat cərimə, xx.xx.2019-cu il tarixli, 02- LD/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 112139,50 manat gecikdirilmiş borc və hesablanmış 116288,98 manat cərimə, 03 mart 2020-ci il tarixli, 561-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 242450 manat gecikdirilmiş borc və hesablanmış 142318,15 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi: 687136,62 manat pul vəsaitinin cavabdeh "xxxx" Fermer X1 Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə "xxxx" Fermer Təsərrüfatı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 02-LD/19 nömrəli, xx.xx.2018-ci il tarixli, 330-LD/18 nömrəli və xx.xx.2020-ci il tarixli, 561-GL/19 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) lizinq obyektlərini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2020-ci il tarixli, 561-GL/19 nömrəli müqavilə üzrə 242450 manat gecikdirilmiş borcu və hesablanmış 142318,15 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli, 02-LD/19 nömrəli müqavilə üzrə 112139,50 manat gecikdirilmiş borcu və hesablanmış 116288,98 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli, 330-LD/18 nömrəli müqavilə üzrə isə 34527,50 manat gecikdirilmiş borcu və hesablanmış 38912,49 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda bildirilmişdir ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2, 747.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək, qeyd etdi ki, iddia tələbini qəbul etmirlər. 35000 manat ödəniş edilmişdir. Həmin məbləğlər icra ödənişi üzrə ödənilməyib, hazırkı iş üzrə ödənilmişdir. Lizinqə götürülmüş heyvanların çoxu tələf olmuş və sığorta ödənişləri də əldə edilməmişdir.

7. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində “X2” MMC arasında "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli, 02-LD/19 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən aşağıda göstərilən və açıqlaması spesifikasiyada (Əlavə № 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) il lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən damazlıq heyvanların güzəştli satış dəyərindən 411187,5 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan manat məbləği isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. 2.1-ci bəndinə əsasən lizinq verənin lizinq alanın qrafik üzrə ödənişinə nəzarət etmək, lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən ödənişi iki dəfə aparmadıqda müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri etmək hüququ vardır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alanın damazlıq heyvanların daşınma, saxlanma, boşaltma və digər xərclərini ödəmək, lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəmək vəzifəsi vardır. Həmin maddəyə əsasən lizinq alan müqavilənin şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ardıcıl olaraq iki dəfə ödənişini vaxtında yerinə yetirmədikdə lizinq verənin tələbi ilə damazlıq heyvanları və balalarını sağlam vəziyyətdə və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyalarla birlikdə ona istifadə üçün təhvil verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən ödəniş qrafikində nəzərdə tutulan məbləğin ödəniş müddətləri üzrə iki dəfədən artıq ödənilməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 5.1-ci bəndində göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, bir tərəfli qaydada bu müqaviləni ləğv edir, damazlıq heyvanları, balalarını (sağlam və damazlığa yararlı vəziyyətdə olduğu halda) və onun yerləşdiyi tövləni (tikilini kommunikasiyası ilə birlikdə sağlam vəziyyətdə təhvil götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və borclu olduğu məbləğin, gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimənin və digər xərclərin lizinq alan tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət edir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində “X2” MMC arasında "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 330-LD/18 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən aşağıda göstərilən və açıqlaması spesifikasiyada (Əlavə № 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) il lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 396970 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan manat məbləği isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. 2.1-ci bəndinə əsasən lizinq verənin lizinq alanın qrafik üzrə ödənişinə nəzarət etmək, lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən ödənişi iki dəfədən artıq aparmadıqda müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri etmək hüququ vardır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alanın damazlıq heyvanların daşınma, saxlanma, boşaltma və digər xərclərinin ödəmək, lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəmək vəzifəsi vardır. Həmin maddəyə əsasən lizinq alan müqavilənin şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənişini vaxtında yerinə yetirmədikdə lizinq verənin tələbi ilə damazlıq heyvanları və balalarını sağlam vəziyyətdə və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyalarla birlikdə ona istifadə üçün təhvil verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləğin ödəniş müddətləri üzrə iki dəfədən artıq ödənilməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 5.1-ci bəndində göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, bir tərəfli qaydada bı müqaviləni ləğv edir, damazlıq heyvanları, balalarını (sağlam və damazlığa yararlı vəziyyətdə olduğu halda) və onun yerləşdiyi tövləni (tikilini kommunikasiyası ilə birlikdə sağlam vəziyyətdə təhvil götürür., onun əvvəllər ödədiyi bütün məbləği üzündə saxlayır və borclu olduğı məbləğin, gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimənin və digər xərclərin lizinq alan tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət edir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində “X2” MMC arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə xx.xx.2020ci il tarixli, 561-GL/19 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 606351 manat olan və aşağıda göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən lizinq verənin lizinq alanın qrafik üzrə ödənişinə nəzarət etmək, lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən ödənişi iki dəfədən artıq aparmadıqda müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri etmək hüququ vardır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alanın lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəmək vəzifəsi vardır. Həmin maddəyə əsasən lizinq alan müqavilənin şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənişini vaxtında yerinə yetirmədikdə lizinq verənin tələbi ilə texnikanın istismarını dayandırıb ona təhvil verir və bu Müqavilənin 5.2-ci bəndində göstərilən şərtlərin yerinə yetirilməsini öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləğin ödəniş müddətləri üzrə iki dəfədən artıq ödənilməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 5.1-ci bəndində göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermək, texnikanı saz vəziyyətdə geri götürmək və ya texnikanın qalıq dəyərini tələb etmək, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlamaq və vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüquqlarına malikdir. Bu halda lizinq alandan götürülmüş texnikanı lizinq verən başqa şəxsə lizinqə verə bilər. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilənin 5.1.5-ci bəndində göstərilən hala yol verildikdə lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirmək, lizinq alanın borclu olduğu məbləği və bu müqavilənin 4.2ci bəndinə uyğun olaraq gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 4548/Ü nömrəli əmrin məzmunundan müəyyən olunur ki, “X2” MMC-nin xx.xx.2018-ci il tarixli sifarişinə əsasən "xxxx" ASC ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 330-LD/18 nömrəli lizinq müqaviləsi üzrə ümumi dəyəri 928909,8 manat olan avadanlıq (damazlıq heyvanlar) lizinqə verilmişdir.

11. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 1966/Ü nömrəli əmrin məzmunundan müəyyən olunur ki, “X2” MMC-nin sifarişinə əsasən "xxxx" ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 02-LD/19 nömrəli lizinq müqaviləsi üzrə ümumi dəyəri 962178,75 manat olan avadanlıq (damazlıq heyvanlar) lizinqə verilmişdir.

12. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 232/Ü nömrəli əmrin məzmunundan müəyyən olunur ki, "xxxx" ASC ilə “X2” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 766-L/18 və 30830/xx.xx.2018, xx.xx.2018-ci il tarixli, 1555-L/l 8 və 49650/xx.xx.2018, xx.xx.2018-ci il tarixli 413-L/18 və 1866Ü/xx.xx.2018, xx.xx.2018-ci il tarixli, 736-L/18 və 3027Ü/xx.xx.2018, xx.xx.2018-ci il tarixli, 1349-L/18 və 4594Ü/xx.xx.2018, xx.xx.2018-ci il tarixli, 509-L/18 və 2232Ü/xx.xx.2018 nömrəli müqavilə(s/lər)inə xitam verilmiş və əmr(lər) qüvvədən düşmüş hesab olunmuşdur. “Aqrolizinq ASC” ilə "X2" MMC-nin direktoru Ahmet Eyupoglu (Hüquqi ünvan: Ağdaş rayonu, Yuxarı Nemətabad kəndi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 561-GL/19 nömrəli lizinq müqaviləsinə əsasən əmrdə qeyd edilən kənd təsərrüfatı texnikalarının güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə lizinqə verilməsi rəsmiləşdirilmişdir.

13. İş materiallarına müqavilə üzrə “X2” MMC-nin hesabından çıxarış və xx.xx.2020ci il tarixli, 561-GL/19 nömrəli, xx.xx.2018-ci il tarixli, 330-LD/18 nömrəli və xx.xx.2019-cu il tarixli, 02-LD/19 nömrəli lizinq müqavilələri üzrə ödəniş qrafiki və müqavilələr üzrə ödənişlərə görə cərimələrin hesablanması qrafiki əlavə olunmuşdur.

14. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən “X2” MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

15. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışının məzmunundan müəyyən olunur ki, “X2” MMC-nin xx.xx.2018-ci il tarixli, 330-LD/18 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 38912,49 manat, gecikdirilmiş borc 34527,5 manat, hesablanmış cərimə 38912,49 manat olmaqla, ümumilikdə 73439,99 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 436475,9 manat təşkil edir.

16. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışının məzmunundan müəyyən olunur ki, “X2” MMC-nin xx.xx.2020-ci il tarixli, 561-GL/19 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 545313,01 manat, gecikdirilmiş borc 242450 manat, hesablanmış cərimə 142318,15 manat olmaqla, ümumilikdə 384768,15 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 61037,99 manat təşkil edir.

17. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışının məzmunundan müəyyən olunur ki, “X2” MMC-nin xx.xx.2019-cu il tarixli, 02-LD/19 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 411187,5 manat, gecikdirilmiş borc 112139,5 manat, hesablanmış cərimə 116288,98 manat olmaqla, ümumilikdə 228428,48 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 411187,5 manat təşkil edir.

18. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(117)-284/2020 nömrəli qətnaməsinin məzmunundan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X2” MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, “X2” MMC-dən 62578 manat məbləğində əsas borc, 500 manat məbləğində dəbbə pulunun və 26,28 manat dövlət rüsumunun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-884/2022 nömrəli qətnaməsinin məzmunundan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X2” MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixə xx.xx.2016-cı il tarixli, 239-LD/16 nömrəli lizinq müqaviləsi üzrə 7741,81 manat əsas borc, 400 manat cərimə borcu olmaqla, cəmi 8141,81 manat, xx.xx.2018-cı il tarixli, 1241-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 758 manat, 50 manat cərimə borcu olmaqla cəmi 805 manat, xx.xx.2018-ci il tarixli, 196-LD/18 nömrəli lizinq müqavilə üzrə 124467,95 manat, 6500 manat cərimə borcu olmaqla cəmi 130967,95 manat, xx.xx.2018-cı il tarixli, 330- LD/18 nömrəli lizinq müqaviləsi üzrə 322936,60 manat, 6000 manat cərimə borcu olmaqla, cəmi 328936,60 manat, xx.xx.2019-cu il tarixli, 02- LD/19 nömrəli lizinq müqaviləsi üzrə 299048 manat, 7500 manat cərimə borcu olmaqla, cəmi 306548 manat, xx.xx.2020-ci il tarixli, 561-GL/19 nömrəli lizinq müqaviləsi üzrə 64387 manat əsas borc, 3200 manat cərimə borcu olmaqla, cəmi 67587 manat, ümumilikdə 842986,36 manat (səkkiz yüz qırx iki min doqquz yüz səksən altı manat otuz altı) məbləğində pul, hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pul, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.

20. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 160OPX12512741AE nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X3” MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin bank hesabına 4242 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2016-cı il tarixli, 239-LD/16 nömrəli lizinq müqaviləsi qeyd edilmişdir.

21. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 160OPX12512741B1 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X3” MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin bank hesabına 758 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2018-cı il tarixli, 1241-GL/15 nömrəli lizinq müqaviləsi qeyd edilmişdir.

22. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 160OPX12512741B5 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X3” MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin bank hesabına 8000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2018-ci il tarixli, 196-LD/18 nömrəli lizinq müqaviləsi qeyd edilmişdir.

23. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 160OPX12512741C1 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X3” MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin bank hesabına 8000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2018 il tarixli, 330-LD/18 nömrəli lizinq müqaviləsi qeyd edilmişdir.

24. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 160OPX12512741CF nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X3” MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin bank hesabına 8000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2019-cu il tarixli, 02-LD/19 nömrəli lizinq müqaviləsi qeyd edilmişdir.

25. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 160OPX12512741D4 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X3” MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin bank hesabına 6000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2020-ci il tarixli, 561-GL/19 nömrəli lizinq müqaviləsi qeyd edilmişdir.

26. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli xx.xx.2024-cü il tarixli maliyyə arayışına dəqiqləşmənin məzmunundan müəyyən olunur ki, “X2” MMC-nin xx.xx.2020-ci il tarixli, 561-GL/19 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 542513,01 manat, gecikdirilmiş borc 242450 manat, hesablanmış cərimə 142318,15 manat olmaqla, ümumilikdə 384768,15 manat təşkil edir. Müqavilə üzrə 63837,99 manat ödəniş edilmişdir. Həmçinin maliyyə arayışından görünür ki, borc məbləğləri hesablanarkən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindəki əsas borc üzrə ödənilmiş 2800 manat da əlavə edilərək hesablama aparılmışdır.

27. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli xx.xx.2024-cü il tarixli maliyyə arayışına dəqiqləşmənin məzmunundan müəyyən olunur ki, “X2” MMC-nin xx.xx.2019-cu il tarixli, 02-LD/19 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 410687,5 manat, gecikdirilmiş borc 112139,5 manat, hesablanmış cərimə 116288,98 manat olmaqla, ümumilikdə 228428,48 manat təşkil edir. Müqavilə üzrə 411687,5 manat ödəniş edilmişdir. Həmçinin maliyyə arayışından görünür ki, borc məbləğləri hesablanarkən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindəki əsas borc üzrə ödənilmiş 500 manat da əlavə edilərək hesablama aparılmışdır.

28. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli xx.xx.2024-cü il tarixli maliyyə arayışına dəqiqləşmənin məzmunundan müəyyən olunur ki, “X2” MMC-nin xx.xx.2018-ci il tarixli, 330-LD/18 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 355464,1 manat, gecikdirilmiş borc 34527,5 manat, hesablanmış cərimə 38912,49 manat olmaqla, ümumilikdə 73439,99 manat təşkil edir. Müqavilə üzrə 438475,9 manat ödəniş edilmişdir. Həmçinin maliyyə arayışından görünür ki, borc məbləğləri hesablanarkən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindəki əsas borc üzrə ödənilmiş 2000 manat da əlavə edilərək hesablama aparılmışdır.

29. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən məhkəməyə ünvanlanan “Məlumatların təqdim edilməsi haqqında” məktubda qeyd olunur ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (Agentlik) tərəfindən cavabdeh "Türyançay” Fermer Təsərrüfatı MMC ilə "Aqrolizinq” ASC (hazırda "Aqroservis” ASC) arasında imzalanmış xx.xx.2019-cu il tarixli 02- LD/19 nömrəli, xx.xx.2018-ci il tarixli 330- LD/18 nömrəli və xx.xx.2020-ci il tarixli 561-GL/19 nömrəli lizinq müqavilələri üzrə sənədlər Bakı Kommersiya Məhkəməsinə təqdim edilmişdir. Müqavilələr üzrə öhdəliklərin icra edilməməsi səbəbindən "Aqrolizinq” ASC (hazırda "Aqroservis” ASC) və Agentlik tərəfindən məhkəmə orqanlarına müraciət edilmişdir. Müvafiq olaraq Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-284/2020 nömrəli qətnaməsinə əsasən 62578 manat əsas borc, 500 manat cərimə məbləği və 26,28 manat dövlət rüsumu, həmçinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 884/2022 nömrəli qətnaməsinə əsasən 819338,55 manat əsas borc, 23650 manat cərimə məbləği, 350 manat hüquqi yardım xərci və 400 manat mediasiya xərcinin cavabdeh "Türyançay” Fermer Təsərrüfatı MMC-dən tutularaq "Aqrolizinq” ASC-yə (hazırda "Aqroservis” ASC) və Agentliyə ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixədək hər iki qətnamə üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Məlumat üçün bildiririk ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində 35000 manat məbləğində vəsait Agentliyin hesabına daxil olmuşdur. Həmin vəsaitin Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2- 2(117)-284/2020 nömrəli qətnaməsi üzrə 181,72 manatı xx.xx.2018-ci il tarixli 1241-GL/15 nömrəli müqavilənin, 2800 manatı xx.xx.2020-ci il tarixli 561-GL/19 nömrəli müqavilənin əsas borclarına, 500 manatı cərimə məbləğinə və 26,28 manatı dövlət rüsumuna, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-884/2022 nömrəli qətnaməsi üzrə 3092 manatı xx.xx.2016-cı il tarixli 239-LD nömrəli müqavilənin, 1500 manatı xx.xx.2018-ci il tarixli 196-LD/18 nömrəli müqavilənin, 2000 manatı xx.xx.2018-ci il tarixli 330-LD/18 nömrəli müqavilənin, 500 manatı xx.xx.2019-cu il tarixli 02-LD/19 nömrəli müqavilənin əsas borclarına, 23650 manatı cərimə məbləğlərinə, 350 manatı hüquqi yardım xərcinə və 400 manatı mediasiya xərcinə silinmişdir. xx.xx.2025-ci il tarixində ödənilmiş 35000 manat məbləğində vəsaiti nəzərə alaraq, xx.xx.2024-cü il tarixli maliyyə arayışları "Qeyd” hissələrində yenilənmişdir.

30. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqavilələri bağlanmış, lizinq verən tərəfindən lizinq predmetləri cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

33. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2018-ci il tarixli, 330-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 34527,50 manat gecikdirilmiş borcun, xx.xx.2019-cu il tarixli, 02-LD/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 112139,50 manat gecikdirilmiş, 03 mart 2020-ci il tarixli, 561-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 242450 manat gecikdirilmiş borcun tutulması təşkil edir.

34. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməli və cavabdeh “X2” MMC-dən xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli, 330-LD/18 nömrəli müqavilə üzrə hesablanmış 34527,50 manat (otuz dörd min beş yüz iyirmi yeddi manat əlli qəpik) əsas borc, xx.xx.2019-cu il tarixli, 02-LD/19 nömrəli müqavilə üzrə 112139,50 manat (yüz on iki min yüz otuz doqquz manat əlli qəpik) əsas borc, xx.xx.2020-ci il tarixli, 561-GL/19 nömrəli müqavilə üzrə 242450 (iki yüz qırx iki min dörd yüz əlli) manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh tərəfindən 2025-ci ilin may ayında edilmiş ödənişlər yuxarıda qeyd olunan qətnamələr üzrə olan borcdan silinmişdir.

35. İddia tələbinin digər hissəsini xx.xx.2018-ci il tarixli, 330-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 38912,49 manat cərimə borcunun, xx.xx.2019-cu il tarixli, 02-LD/19 nömrəli müqavilə üzrə 116288,98 manat cərimə borcunun, 03 mart 2020-ci il tarixli, 561-GL/19 nömrəli müqavilə üzrə 142318,15 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.

36. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

37. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

38. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq xx.xx.2018-ci il tarixli, 330- LD/18 nömrəli müqavilə üzrə hesablanmış 1800 (min səkkiz yüz) manat cərimə, xx.xx.2019-cu il tarixli, 02-LD/19 nömrəli müqavilə üzrə 5600 (beş min altı yüz) manat cərimə, xx.xx.2020-ci il tarixli, 561-GL/19 nömrəli müqavilə üzrə 12150 (on iki min yüz əlli) manat məbləğində müəyyən edilməlidir.

39. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlanaraq mübahisəyə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş edilmiş, lakin ərizədə iddia müddətinin tətbiqi üçün əsaslar göstərilməmişdir. Hazırkı mübahisəyə iddia müddətinin tətbiqi üçün əsaslarn olması müəyyən edilməmişdir.

40. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 500 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir.

41. Məhkəmə hesab edir ki, 500 (beş yüz) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

42. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 698,67 manat (altı yüz doxsan səkkiz manat altmış yeddi qəpik) məbləğində dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Türyançay Fermer X1 Cəmiyyətindən xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli, 330-LD/18 nömrəli müqavilə üzrə hesablanmış 34527,50 manat (otuz dörd min beş yüz iyirmi yeddi manat əlli qəpik) əsas borc, 1800 (min səkkiz yüz) manat cərimə, xx.xx.2019-cu il tarixli, 02-LD/19 nömrəli müqavilə üzrə 112139,50 manat (yüz on iki min yüz otuz doqquz manat əlli qəpik) əsas borc, 5600 (beş min altı yüz) manat cərimə, xx.xx.2020-ci il tarixli, 561-GL/19 nömrəli müqavilə üzrə 242450 (iki yüz qırx iki min dörd yüz əlli) manat əsas borc, 12150 (on iki min yüz əlli) manat cərimə və 500 (beş yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 409167 (dörd yüz doqquz min yüz altmış yeddi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Türyançay Fermer X1 Cəmiyyətindən 698,67 manat (altı yüz doxsan səkkiz manat altmış yeddi qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar