Məhkəmə qərarları › İş №e-2-2(113)-190/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-190/2020

12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-190/2020 12.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutunun Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dairiddiası üzrə iqtisadi mübahisəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə İnzibati- İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir), tərəflər arasında bağlanılmış 299/16 saylı müqavilənin üzrə yaranmış, ƏDV ilə birlikdə 11506.56 manat məbləğin, qanunvericiliyə müvafiq olaraq ödənişin gecikdirilməsi ilə əlaqədar 1150.65 manatın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 12687.22 manatın Cavabdeh MMC-nin hesabından tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutuarasında bağlanılmış 299/16 nömrəli xx.xx.2016-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon N.Nərimanov, 3078-ci məhəllədə inşa olunan 1 girişli, zirzəmili, 17 mərtəbəlibinanın tikintisində istifadə olunan inşaat materiallarının sınaq işlər aparılmışdır. Qeyd edilən xidmətnən əlaqədar 299/16 nömrəli xx.xx.2016-cı il tarixli müqavilə üzrə görülmüş işlərə görə 11506.56 manat Cəmiyyətə edilən müraciətə baxmayaraq, bu günə kimi ödənilməmişdir. Mövcud problem uzun müddətdir ki, davam edir və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh MMC (sifarişçi) ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X3 İnstitutu arasında xx xxxx 2016-cı il tarixdə 299/16 saylı sınaq işlərin aparılmasına dair müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon N.Nərimanov, 3078-ci məhəllədə inşa olunan 1 girişli, zirzəmili, 17 mərtəbəli binanın tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin ümumi qiymətinin ƏDV daxil olmaqla 18806.56 manat təşkil etməsi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3cü bəndinə görə sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30%-ni əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər (xidmətlər) yerinə yetirildikdən sonra təhvil-təslim aktları ilə qəbul olunur. Müqavilənin 3.5-ci bəndinə görə isə müqavilə qiymətinin qalıq hissəsi (70%) görülmüş işlərin (xidmətlərin) həcmindən asılı olaraq təqdim edilmiş təhvil-təslim aktlarına və hesab-fakturalara uyğun aparılır. Elektron qaydada işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və X3 İnstitutu tərəfindən Cavabdeh MMC-ya ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən müqavilə üzrə yaranmış 11506.56 manat borcun ödənilməsi xahiş edilmiş, göstərilən borc ödənilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli qarşılıqlı hesablaşma haqqında üzləşmə aktında görünür ki, tərəflər arasında bağlanmış müqavilənin ƏDV daxil olmaqla dəyəri 18806.56 manatdır və xx.xx.2020-ci il tarixə cavabdehin borcu 11506.56 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X3 İnstitutu arasında xx xxxx 2016-cı il tarixdə 299/16 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilədə göstərilmiş xidmətləri göstərərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, təqdim edilmiş görülmüş işlərin dəyərini tam ödəməkdən imtina etməklə, sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC–nin göstərilən müqavilə üzrə S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 borcu 11506.56 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Belə olan halda məhkəmə mübahisəli müqaviləyə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, əsas borc məbləğinin ödənilməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dan 11506.56 manat tutularaq S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X3 İnstitutuna ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, xx xxxx 2016-cı il tarixdə 299/16 saylımüqavilə üzrə tələb olunan 1150.65 cərimənin 150 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx xxxx 2016-cı il tarixdə 299/16 nömrəli xidmət müqaviləsi üzrə 11506.56 manat əsas borc, qanunvericiliyə müvafiq olaraq ödənişin gecikdirilməsi ilə əlaqədar 150 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 11686.56 manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutunun xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2016-cı il tarixli 299/16 nömrəli müqaviləsinə üzrə yaranmış 11506.56 (on bir min beş yüz altı manat əlli altı qəpik) manat əsas borc, qanunvericiliyə müvafiq olaraq ödənişin gecikdirilməsi ilə əlaqədar 150 (yüz əlli) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 11686.56 (on bir min altı yüz səksən altı manat əlli altı qəpik) manat pulun tutularaq S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutunun hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar