Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1902/2024 24.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, zamin, faiz borcu, mediasiya xərci) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx"MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 noyabr 2021-ci il tarixli GARA-3478-1086 saylı X10 Müqaviləsi üzrə 1684,44 manat əsas borc, 1229,30 manat faiz borcu, 809,85 manat cərimə borcu olmaqla, ümumilikdə 3723,59 manat borcun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 70 manat mediasiya haqqının müştərək qaydada cavabdеhlər X4 və Cavabdeh2 tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti (Lizinq Verən) ilə X4 (VÖEN-**********) (Lizinq Alan) arasında bağlanmış 04 noyabr 2021-ci il tarixli GARA-3478-1086 saylı X10 Müqaviləsinə əsasən X2 istifadəsinə sedan tipli, ban 1G1PG5SB4D7208796, M.İ.H. 1364 sm3, gümüşü metallik rəngli, buraxılış ili 2013-cü il, Chevrolet Cruze markalı nəqliyyat vasitəsi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 77PG236 dövlət qeydiyyat nişanlı) verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 18439.79 manat, onlardan 11000 manat lizinqin məbləği, 1400 manat avans məbləği və 6 039,79 manat lizinq verənin mükafatı təşkil etmişdir və tərəflər arasında imzalanmış 04 noyabr 2021-ci il tarixli ödəniş qrafikinə əsasən 36 ay ərzində X4 tərəfindən aylıq 473 manat olmaqla ödənilməsi müəyyən olunmuşdur. Əlavə olaraq "xxxx" MMC, X4 və Cavabdeh2 arasında 04 noyabr 2021-ci il tarixli GARA- 3478-1086+GARA-3520 saylı Zaminlik müqaviləsi imzalanmışdır. X4 tərəfindən ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günləri dəfələrlə pozulmuşdur. Nəticədə 04 noyabr 2021-ci il tarixliGARA-3478-1086 saylı X10 Müqaviləsi 01 iyun 2023-cü il tarixdən ləğv edilmiş və lizinq predmeti olan sedan tipli, ban 1G1PG5SB4D7208796, M.İ.H. 1364 sm3, gümüşü metallik rəngli, buraxılış ili 2013-cü il, Chevrolet Cruze markalı nəqliyyat vasitəsi X1 13 iyun 2023-cü il tarixli Lizinq obyektinin qaytarılma aktına əsasən geri alınmışdır. Beləliklə qeyd olunan müddət ərzində 1684,44 manat əsas borc, 1229,30 manat faiz borcu, 809,85 manat cərimə borcu olmaqla, ümumilikdə 3 723,59 manat borcu yaranmış və ödənilməmişdir. X10 Müqaviləsinin 9.1.8-ci maddəsinə əsasən Lizinq verən bu müqavilə üzrə ödənişlər 5 təqvim günündən artıq gecikdirildikdə Lizinq alanın razılığı olmadan lizinq obyektini ikincinin istifadəsindən götürə bilər. Lizinq obyektinin götürülməsi zamanı lizinq obyektinə dəyən zərər və ya çəkilən xərc Lizinq alan tərəfindən ödənilir. X10 Müqaviləsinin 20.12-ci maddəsinə görə, Lizinq obyektinin Lizinq verənə qaytarılması və ya Lizinq Verən tərəfindən geri tələb edilməsi Lizinq Alanı bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, Lizinq obyektinə və ya Lizinq Verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddiaçının təmin olunmasını xahiş etdi.
4. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə satıcı X7 və X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GARA-3478- 1086 saylı lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən satıcı lizinq alan tərəfindən X12 markalı, 99RY321 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alıcı-lizinqverənə satır. Alıcılizinq verən isə həmin nəqliyyat vasitəsni lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış haqqını satıcıya ödəyir.
9. İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli GARA-3478-1086 saylı X10 müqaviləsinə əsasən:
10. Müqavilənin 9.1.8-ci maddəsinə əsasən Lizinq verən bu müqavilə üzrə ödənişlər 5 təqvim günündən artıq gecikdirildikdə Lizinq alanın razılığı olmadan lizinq obyektini ikincinin istifadəsindən götürə bilər. Lizinq obyektinin götürülməsi zamanı lizinq obyektinə dəyən zərər və ya çəkilən xərc Lizinq alan tərəfindən ödənilir.
11. Müqavilənin 20.12-ci maddəsinə görə, Lizinq obyektinin Lizinq verənə qaytarılması və ya Lizinq Verən tərəfindən geri tələb edilməsi Lizinq Alanı bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, Lizinq obyektinə və ya Lizinq Verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir. Bu zaman lizinq verənə faktiki daxil olmuş və lizinq ödənişlərinin həyata keçirilməsi və ya bu müqavilə üzrə lizinq alanın digər öhdəliklərinin yerinə yetirilməsi kimi hesab edilmiş dənişlər heç bir halda lizinq verən tərəfindən geri qaytarılmır.
12. xx.xx.2021-ci il tarixli, GARA-3478-1086+GARA-3520 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 müqavilənin 2.1-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmamasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan, lizinq ödənişlərini lizinq müqaviləsində şərtləşdirilmiş müddətdə və qaydada yerinə yetirilmədiyi, lizinq müqavilsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və lizinq müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda lizinq verən qarşısında lizinq alanla birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür.
13. xx.xx.2021-ci il tarixli ödəniş qrafikinə əsasən lizinq məbləği 11000 manat və xx.xx.2024-cü il tarixinə kimi ödəniləcək cəmi məbləğ 17038,79 manat müəyyən edilmişdir.
14. xx.xx.2021-ci il tarixli GARA-3478-1086 saylı təhvil-təslim aktına əsasən X12 gümüşü metallik rəngli nəqliyyat vasitəsi lizinq alana təhvil verilmiş və imzası ilə təsdiq edilmişdir.
15. 01.06.2023-cü il tarixli lizinq müqavilənin ləğv edilməsinə dair bildirişdə tərəflər arasında 04 noyabr 2021-ci il tarixli GARA-3478-1086 saylı X10 müqaviləsinin şərti (lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə) və AR MM-nin 748-1.12-ci maddəsinin tələbləri pozulduğu üçün, Lizinq verən göstərilən müqavilənin 20.15-ci bəndinə və AR Mülki Məcəlləsinin müvafiq normalarına əsasən cavabdehlə 04 noyabr 2021-ci il tarixli GARA-3478-1086 saylı X10 müqaviləsinin 01 iyun 2023-cü il tarixindən ləğv edildiyini və lizinq obyektinin lizinq alanda olan bütün müddəti üçün lizinq ödənişləri (əsas, faiz və dəbbə borcu) hesablanacaq, həmçinin Lizinq obyektini könüllü olaraq bu Bildirişdə göstərilən tarixədək qaytarılmayacağı halda "xxxx" MMC tərəfindən çəkilən xərclər tələb ediləcəyi qeyd olunmuşdur.
16. 13.06.2023-cü il tarixli lizinq obyektinin qaytarılma aktına əsasən lizinq verən ilə lizin alan arasında bağlanmış xx.xx.2021-ci il tarixli GARA-3478-1086 saylı X10 müqaviləsinin 20.5-ci bəndinə əsasən lizinqobyektini lizinq alan lizinq verənə aktda qeyd olunan qüsurlarla qaytarır, lizinq verən isə həmin lizinq obyektini qeyd olunan qüsurlarla qəbul etdiyi və təhvil-təslimin baş-tutması imza və möhürü ilə təsdiq edildiyi qeyd olunmuşdur.
17. 20.02.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli GARA-3478- 1086 saylı X10 müqaviləsinə əsasən maliyyə arayışın tərtib edildiyi tarixə kimi cəmi ödənilmiş məbləğ 7097,82 manat, ödənilmiş əsas borc məbləği 2829,63 manat, ödəilmiş faiz borcu məlbəği 3360,99 manat, ödənilmiş dəbbə borcu 862,82 manat, avtomobilin balansa götürülmə qiyməti 6485,93 manat olmaqla, əsas borc üzrə 1684,44 manat, faiz borcu üzrə 1229,30 manat, dəbbə borcu üzrə 809,85 manat təşkil etməklə cəmi borc məbləği 3723,59 manat müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.
20. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
22. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
23. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
24. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
25. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
26. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlər mübahisəli lizinq müqaviləsinə və zaminlik müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri onun lizinq müqaviləsi üzrə cəmi 1684,44 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun, faizin və 809,85 manat dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Cavabdehlər X4 və Cavabdeh2 04 noyabr 2021-ci il tarixliGARA-3478-1086 saylı X10 Müqaviləsi üzrə 1684,44 manat əsas borc, 1 229,30 manat faiz borcu, 809,85 manat cərimə borcu olmaqla, ümumilikdə 3 723,59 manat borcun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 70 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
28. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 70 manat məbləğində mediasiya xərci ödənilmişdir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 70 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada 04 noyabr 2021-ci il tarixliGARA- 3478-1086 saylı X10 Müqaviləsi üzrə 1684,44 (bir min altı yüz səksən dörd manat 44 qəpik) manat əsas borc, 1229,30 (bir min iki yüz iyirmi doqquz manat 30 qəpik) manat faiz borcu, 809,85 (səkkiz yüz doqquz manat 85 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3723,59 (üç min yeddi yüziyirmi üç manat 59 qəpik) manat borc məbləği və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 70.00 (yetmiş) manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova