Məhkəmə qərarları › İş №e-2-2(113)-1903/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1903/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1903/2021 19.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət X1 İstifadə Agentliyinin cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı “yer təki sahələrindən hasil edilmiş faydalı qazıntılara görə mineral-xammal bazasının bərpasına ayırmaların məbləğlərinin müəyyən edilməsi və ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət X1 İstifadə Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən hasil edilmiş yeraltı şirin sulara görə mineral-xammal bazasının bərpasına ayırmaların məbləğlərinin müəyyən edilməsi və mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədlər nəzərdən keçirilərkən, müəyyən edilmişdir ki, iddia ərizəsinin cavabdeh tərəfindən alınması barədə sənəd əlavə edilsə də, pretenziyanın isə cavabdeh tərəfindən almasını təsdiq edən sənəd (qəbz) əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.7-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət X1 İstifadə Agentliyinin diqqətinə çatdırılır ki, iddia ərizəsinin nəticə hissəsində cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən hasil edilmiş yeraltı şirin sulara görə mineralxammal bazasının bərpasına ayırmaların məbləğlərin məhkəmə tərəfindən müəyyən edilməsi vəzifəsi qoyula bilməz və cavabdehdən tələb olunan məbləğ iddiaçı tərəfindən konkret göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət X1 İstifadə Agentliyinin cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı “yer təki sahələrindən hasil edilmiş faydalı qazıntılara görə mineral-xammal bazasının bərpasına ayırmaların məbləğlərinin müəyyən edilməsi və ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət X1 İstifadə Agentliyinə izah edilsin ki, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (poçt qəbzi), iddia ərizəsinə əlavə edildikdə və ödənilməsi tələb olunan vəsait konkret göstəriləndən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar