Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1903/2024 07.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı satqı müqaviləsi üzrə əsas borc, təhvil-qəbul aktı) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 03 aprel 2023-cü il tarixli 2023-118 nömrəli alqı-satqı müqaviləsi üzrə hazırki günə ƏDV daxil 7370.28 manat yaranmış borcun, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə məbləği ödədiyi günə münasibətdə gecikdirilmiş vaxt üçün borc məbləğinə illik beş faiz məbləğində (illik 368.55 manat) əlavə vəsaitin və 98.38 manat dövlət rüsumunun iddiaçının bank hesabına ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 03 aprel 2023-cü il tarixli 2023-118 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 03 aprel 2023-cü il tarixli qiymətlərin razılaşdırılma protokolu və spesifikasiya 1 nömrəli əlavə ilə müqaviləyə əlavə edilmişdir. Həmin protokola əsasən növdə yapışqan skoçun qiyməti və növləri müəyyənləşdirilmişdir. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 482180 nömrəli elektron qaimə ilə 7370.28 manat dəyərində yapışqan skoç alınmışdır.Elektron qaiməni imza möhürlə təsdiq edərək, həmin tarixdə tərtib olunan 652352 nömrəli malların təhvil-qəbul aktı ilə malları qəbul etmişdir. Qeyd edilən mallar üzrə 7370.28 manat borc ödənilməmişdir. Bununla bağlı mediasiyaya və məhkəməyə müraciət edilmişdir.
II. Tərəflərin mövqeləri: 3.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri:
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
5. Bir tərəfdən bundan sonra “satıcı” adlandırılacaq İddiaçı MMC digər tərəfdən bunda sonra “alıcı” adlandırılacaq Cavabdeh MMC adlandırılacaq arasında bağlanmış 03 aprel 2023-cü il tarixli 2023-118 nömrəli müqaviləyə əsasən satıcı müqavilənin qüvvədə olduğu müddətdə alıcıya qiymətlərin razılaşma protokolunda və Spesifikasiyada göstərilən malları satmağı öhdəsinə götürmüşdür. Alıcı isə bu müqavilənin qüvvədə olduğu müddətdə müqavilə ilə razılaşdırılmış malların dəyərini satıcıya ödəməklə həmin malları ondan almağı öhdəsinə götürmüşdür.
2. Alqı-satqı müqaviləsi üzrə malın ümumi məbləği il ərzində qaimə-faktura əsasında satılmış məbləğlərin cəmini təşkil edir. 3.1. Sifariş bu müqavilə əsasında alınan malların çeşidi və komplekliyi, miqdarı, qiyməti göstərilməklə ayrıca spesifikasiyada alıcı və satıcı arasında razılaşdırılaraq təsdiq edilir, müqavilənin ayrılmaz hissəsi hesab olunur.
6. 03 aprel 2023-cü il tarixli 2023-118 nömrəli müqaviləyə edilmiş 03 aprel 2023-cü il tarixli 1 nömrəli Əlavə qiymətlərin razılaşdırılma protokolu və spesifikasiyasına əsasən satılan malların ümumi dəyəri 7370.28 manat təşkil etmişdir.
7. xx.xx.2023-cü il tarixli, 482180 nömrəli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmış malların ümumi dəyəri ƏDV daxil 7370.28 manat təşkil etmişdir. 8.xx.xx.2023-cü il tarixli, 652352 nömrəli malların təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 7370.28 manat məbləğində mallar təhvil verilmiş, sonuncunun nümayəndəsi Orxan Əhmədov tərəfindən akt imzalanmaqla təhvil alınmışdır.
9. xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaimə-fakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 70 qutu skoç təhvil verilmişdir. 10 İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən ümumilikdə 7370.28 manat təşkil edən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçı qarşısında satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış “Alqısatqı” müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 13.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 03 aprel 2023-cü il tarixli, 2023-cü -118 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil 7370.28 manat dəyərində 3 növ yapışqan skoç malları satılmış, sözügedən mallar xx.xx.2023-cü il tarixli, 652352 nömrəli təhvil-qəbul aktına əsasən cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin buna baxmayaraq təhvil alınmış malların dəyəri ödənilməmişdir.
15. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 7370.28 manat məbləğində borc məbləği tutularaq İddiaçıya ödənilməlidir. 16 Bundan əlavə iddiaçı pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla ümumilikdə 368.55 manat ödənişin cavabdehdən tutulması tələbi ilə çıxış edir.
17. Belə ki, AR Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 18.Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. 19.Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. 20.Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. 21 Qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. IV. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 03 aprel 2023-cü il tarixli, 2023-118 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 7370.28 (yeddi min üç yüz yetmiş manat iyirmi səkkiz qəpik) manat əsas borc, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 368.55 (üç yüz altmış səkkiz manat əlli beş qəpik) manat və 98.38 (doxsan səkkiz manat otuz səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov