Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1905/2020 22.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi, kredit borcunun tutulması tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 18011- S037871/680539 saylı kredit limiti müqaviləsi və həmin müqaviləyə əlavə olaraq bağlanmış xx xxxxxx 2018-ci il tarixli Razılaşma və xx xxxxxx 2019-cu il tarixli Razılaşmanın ləğv edilməsi, habelə cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2018-ci il tarixli Razılaşma üzrə 31619,83 manat məbləğində əsas kredit borcu, 1428,56 manat məbləğində faiz borcu, 29,91 manat məbləğində cərimə olmaqla, cəmi 33078,3 manat məbləğində borc və xx xxxxxx 2019-cu il tarixli Razılaşma üzrə 12119,53 manat məbləğində əsas kredit borcu, 635,31 manat məbləğində faiz borcu, 18,38 manat məbləğində cərimə olmaqla, cəmi 12773,22 manat məbləğində (ümumilikdə isə 45851,52 manat) pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx xxxxxx 2018-ci il tarixli 18011-S037871/680539 saylı kredit limiti müqaviləsinə əsasən cavabdeh (fərdi sahibkar) Cavabdeh1 120 ay müddətinə (illik 22% dərəcəsi ilə) 200000 (iki yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. xx xxxxxx 2018-ci il tarixli 18011-S037871/680539 saylı kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 arasında 011FİZAM**********1-S037871/680539 saylı xx xxxxxx 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və o, kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC tərəfindən Cavabdeh1 (xx xxxxxx 2018-ci il tarixli 18011- S037871/680539 saylı kredit limiti müqaviləsi əsasında bağlanmış) xx xxxxxx 2018-ci il tarixli Razılaşmaya əsasən 30 ay müddətinə illik 22% dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində və xx xxxxxx 2019-cu il tarixli Razılaşmaya əsasən isə 24 ay müddətinə illik 22% dərəcəsi ilə 13000 (on üç min) manat məbləğində kreditlər verilmişdir. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyən Cavabdeh1 xx.xx.2020-ci il tarixə iddiaçıya hər iki Razılaşma üzrə yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır.Göründüyü kimi, bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İddiaçı ASC (bank) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 18011-S037871/680539 saylı kredit xətti müqaviləsinə əsasən bank borc alana 120 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 200000 manat məbləğində kredit limiti ayırmağı və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən müqavilə çərçivəsində borcalana verilən kreditlər Razılaşmanın bağlanması ilə rəsmiləşdirilir və bu müqavilə çərçivəsində veriləcək hər bir kredit üzrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalarla müəyyən edilir; 1.4-cü bəndinə əsasən kreditverən krediti əsas dövriyyə vəsaitinin artırılması, investisiya layihələrinin maliyyələşdirilməsi, fərdi istehlak məqsədi ilə verir. - İddiaçı ASC (bank) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 18011-S037871/680539 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin təmin olunması üçün İddiaçı ASC ilə Cavabdeh2 Salman oğlu arasında xx.xx.2018-ci tarixli 011FİZAM68054001 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. - İddiaçı ASC (bank) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1 nömrəli razılaşmadan görünür ki, bu razılaşmanın 1-ci bəndinə uyğun olaraq kredit limiti müqaviləsi çərçivəsində illik 22 faiz dərəcəsi ilə xx.xx.2021-ci il tarixinədək 0 (sıfır) ay güzəşt olmaqla 50000 ( əlli min) AZN məbləğdə borc pul vəsaitini “Boracalan”ın mülkiyyətinə verir. Xidmət haqqı hesablayır. Hesablanmış xidmət haqqı 18011- S037871/680539 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinin təminatı qismində bağlanılan ipoteka müqaviləsinə bağlandığı tarixdən 3 (üç) ildən tez xitam veriləcəyi təqdirdə Borcalan tərəfindən Kreditverənə ödəniləcəkdir. - İddiaçı ASC (bank) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2 nömrəli razılaşmadan görünür ki, tərəflər arasında bağlanmış 18011- S037871/680539 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əsasən "Kreditverən” “Borcalaııa" 120 ay müddətinə illik 30 faizdən çox olmamaq şərtilə 200000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişlər. Bu şərtlərə əsasən “Kreditverən" "Borcalan"ın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. “Borcalan” və 18011-S037871/680539 saylı, xx.xx.2018ci il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar. “Kreditverən” 18011- S037871/680539 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə xx.xx.2021-ci il tarixinədək 0 (sıfır) ay güzəşt olmaqla 13000 (on üç min ) AZN məbləğdə borc pul vəsaitini “Boracalan”ın mülkiyyətinə verir. Bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq kreditin verilməsinə görə “Kreditverən” 130 (bir yüz otuz ) AZN məbləğdə xidmət haqqı hesablayır. Hesablanmış xidmət haqqı 18011- S037871/680539 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinin təminatı qismində bağlanılan ipoteka müqaviləsinə bağlandığı tarixdən 3 (üç) ildən tez xitam veriləcəyi təqdirdə Borcalan tərəfindən Kreditverənə ödəniləcəkdir. - xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 12870 manat pul vəsaiti verilmişdir. - xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 50000 manat pul vəsaiti verilmişdir. - xx.xx.2020-ci il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli 2 nömrəli Razılaşma üzrə Cavabdeh1 İddiaçı ASC-yə əsas kredit borcu 12119,53 manat, faiz borcu 635,31 manat, cərimə borcu 18,38 manat olmaqla, cəmi borcu 12773,22 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli 1 nömrəli Razılaşma üzrə Cavabdeh1 İddiaçı ASC-yə əsas kredit borcu 31619,83 manat, faiz borcu 1428,56 manat, cərimə borcu 29,91 manat olmaqla, cəmi 33078,3 manat təşkil edir. - İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx xxxxx 2020-ci il tarixli pretenziyadan görünür ki, sonuncuya kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə müqavilənin ləğvi və borcun tam ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (bank) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 18011-S037871/680539 saylı kredit xətti müqaviləsinə əsasən bank borc alana 120 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 200000 manat məbləğində kredit limiti ayırmağı və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya yuxarıda qeyd olunan borcu yaranmışdır. Cavabdeh1 adından məhkəməyə ərizə ünvanlanaraq iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, notarius tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” verilmiş icra qeydi artıq icra orqanının icraatındadır və həmin orqan tərəfindən artıq icraata başlanılaraq əmlakın qiymətləndirilməsi prosesinə başlanılmışdır. Ona görə də hazırkı iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin qənaətinə görə həmin hal hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsas sayıla bilməz və iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit xətti müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən məhkəmə Cavabdeh1 kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, nəticədə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit xətti müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı ASC cavabdehlərdən cərimənin tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi təsdiq edildiyindən, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 18011- S037871/680539 saylı kredit limiti müqaviləsi və həmin müqavilə əsasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2019-cu il tarixli Razılaşmaların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğundan cavabdehlərin müqaviləni pozması əhəmiyyətli pozuntu sayılmalı və qeyd olunan müqavilə və razılaşmalar ləğv olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 18011- S037871/680539 saylı kredit limiti müqaviləsi və həmin müqavilə əsasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2019-cu il tarixli Razılaşmalar ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2018-ci il tarixli Razılaşma üzrə 31619,83 manat məbləğində əsas kredit borcu, 1428,56 manat məbləğində faiz borcu, 29,91 manat məbləğində cərimə olmaqla, cəmi 33078,3 manat məbləğində borc və xx xxxxxx 2019-cu il tarixli Razılaşma üzrə 12119,53 manat məbləğində əsas kredit borcu, 635,31 manat məbləğində faiz borcu, 18,38 manat məbləğində cərimə olmaqla, cəmi 12773,22 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 18011- S037871/680539 saylı kredit limiti müqaviləsi və həmin müqavilə əsasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2019-cu il tarixli Razılaşmalar ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2018-ci il tarixli Razılaşma üzrə 31619,83 manat (otuz bir min altı yüz on doqquz manat səksən üç qəpik) məbləğində əsas kredit borcu, 1428,56 manat (min dörd yüz iyirmi səkkiz manat əlli altı qəpik) məbləğində faiz borcu, 29,91 manat (iyirmi doqquz manat doxsan bir qəpik) cərimə olmaqla, cəmi 33078,3 manat (otuz üç min yetmiş səkkiz manat otuz qəpik) məbləğində pul və xx xxxxxx 2019-cu il tarixli Razılaşma üzrə 12119,53 manat (on iki min yüz on doqquz manat əlli üç qəpik) məbləğində əsas kredit borcu, 635,31 manat (altı yüz otuz beş manat otuz bir qəpik) faiz borcu, 18,38 manat (on səkkiz manat otuz səkkiz qəpik) cərimə olmaqla, cəmi 12773,22 manat (on iki min yeddi yüz yetmiş üç manat otuz üç qəpik) məbləğində pul olmaqla, hər iki Razılaşma üzrə ümumilikdə 45851,52 manat (qırx beş min səkkiz yüz əlli bir manat əlli iki qəpik) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul İddiaçı ASC xeyrinə tutulsun Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1905/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1905/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver