Məhkəmə qərarları › İş №e-2-2(113)-1909/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1909/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1909/2022 28.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasimov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Cavabdeh MMC-dən, xx.xx.2020-ci il tarixli 2020/ACG-143 nömrəli müqaviləsinə əsasən yaranmış 4130 (dörd min yüz otuz ABŞ dolları) və ya 7021 (yeddi min iyirmi bir manat) məbləğində borcun, həmçinin iddia qaldırılması üçün iddiaçı tərəfindən çəkilmiş mediasiya və məhkəmə xərcləri olan 100 (yüz manat) mediator xərcinin, eləcə də 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun İddiaçının xeyrinə tutulması tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Cavabdeh MMC-dən, xx.xx.2020-ci il tarixli 2020/ACG-143 nömrəli müqaviləsinə əsasən yaranmış 4130 (dörd min yüz otuz ABŞ dolları) və ya 7021 (yeddi min iyirmi bir manat) məbləğində borcun, həmçinin iddia qaldırılması üçün iddiaçı tərəfindən çəkilmiş mediasiya və məhkəmə xərcləri olan 100 (yüz manat) mediator xərcinin, eləcə də 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun İddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, "X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında barışıq əldə etdikləri üçün hazırki iş üzrə iddiadan imtina etdiklərini bildirmişlər. Məhkəmə iddiaçının ərizəsini tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Cavabdeh MMC-dən, xx.xx.2020-ci il tarixli 2020/ACG-143 nömrəli müqaviləsinə əsasən yaranmış 4130 (dörd min yüz otuz ABŞ dolları) və ya 7021 (yeddi min iyirmi bir manat) məbləğində borcun, həmçinin iddia qaldırılması üçün iddiaçı tərəfindən çəkilmiş mediasiya və məhkəmə xərcləri olan 100 (yüz manat) mediator xərcinin, eləcə də 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun İddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verilməsi eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində yenidən məhkəməyə müraciət edilməsini istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar