Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1910/2020 20.07.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə yaranmş borc pulun ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxx 2020-ci il tarixli GS-69/20 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsinə, həmçinin həmin müqavilə üzrə yaranan 61 879,20 manat, o cümlədən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 61 909,20 manat pulun cavabdehdən turularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsi onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddia ərizəsini imzalamış nümayəndə Vəkil verilən etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyəti verilməmişdir. Azərbaycan Respublikası MPM-in: 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli, ********* nömrəli qəbz geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə yaranmş borc pulun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli, ********* nömrəli qəbz geri qaytarılsın. İddiaçı “xxxx” MMC-yə izah edilsin ki, iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qalxdıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1910/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1910/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver