Məhkəmə qərarları › İş №e-2-2(113)-1910/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1910/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1910/2024 07.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, icranın gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən ödənilməmiş qalıq borc olan 35743,50 manat (30291,10 manat əsas və 5452,40 manat ƏDV məbləği) məbləğində qalıq borc manatı, əsas borca görə əlavə 5% hesablanmaqla 1514,56 manat məbləğində pul vəsaiti, iddia ərizəsinə görə ödənilmiş 197,23 manat dövlət rüsumu olmaqla, ümumilikdə 37455,29 manat pul məbləğinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh QSC (VÖEN:**********) arasında 10 sentyabr 2020-ci il tarixli, 016/2020 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı qismində İddiaçı MMC, alıcı qismində Cavabdeh QSC çıxış etmişdir. Müqaviləyə əsasən satıcı adı, qiyməti, miqdarı, çeşidi və digər göstəriciləri dəqiq olaraq hesab-fakturalarda, qaimə-fakturalarda alıcının tələbatına uyğun müxtəlif növ malları hazırkı müqavilədəki şərtlərlə alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı malların ödənişini malları təhvil aldıqdan sonra 30 gün ərzində bank hesabına köçürülməsi yolu ilə həyata keçirilməsini öz öhdəsinə götürür. Tərəflər arasında müqavilənin əlavəsi olaraq bağlanmış qiymətlərin razılaşdırılması protokollarına əsasən xx-xx-2020 və 16-08- 2022-ci il dövrləri ərzində ümumi dəyəri ƏDV daxil 706087,43 manat olan kabel xətlərinin çəkilişi üçün lazım olan aksesuarlar satıcı tərəfindən alıcıya təqdim edilmişdir. Satıcı tərəfindən təqdim edilən elektron qaimələr və alıcının ödəniş tapşırıqları aşağıdakı cədvəldə qeyd olunmuşdur. Cədvəl 1. Satıcı tərəfindən təqdim edilən elektron qaimələr – 1) EBAQ 655333 saylı e-qaiməyə əsasən satış 60014,80 manat (ƏDV daxil); 2) EBAR 939683 saylı e-qaiməyə əsasən satış 23623,60 manat (ƏDV daxil); 3) EBAY 742002 saylı e-qaiməyə əsasən satış 344450,14 manat (ƏDV daxil); 4) EBBC 250653 saylı e-qaiməyə əsasən satış 28111,23 manat (ƏDV daxil); 5) EBBD 780226 saylı e-qaiməyə əsasən satış 134879,90 manat (ƏDV daxil); 6) EBBG 708521 saylı e-qaiməyə əsasən satış 19699,16 manat (ƏDV daxil); 7) EBBH 017056 saylı e-qaiməyə əsasən satış 32745 manat (ƏDV daxil); 8) EBBH 695931 saylı eqaiməyə əsasən satış 13452 manat (ƏDV daxil); 9) EBBK 088755 saylı e-qaiməyə əsasən satış 11257,20 manat (ƏDV daxil); 10) EBBK 314368 saylı e-qaiməyə əsasən satış 16048 manat (ƏDV daxil); 11) EBBL 344876 saylı e-qaiməyə əsasən satış 1062 manat (ƏDV daxil); 12) EBBN 362398 saylı e-qaiməyə əsasən satış 4130 manat (ƏDV daxil); 13) EBCB 986995 saylı e-qaiməyə əsasən satış 16614,40 manat (ƏDV daxil) olmaqla, ümumilikdə 706087,43 manat (ƏDV daxil). Cədvəl 2. Alıcı tərəfindən icra olunmuş ödənişlər – 1) Mal material alışı üçün ödəniş 24638,40 manat (ƏDV daxil); 2) Mal alışı üçün ödəniş avans əsas 23623,60 manat (ƏDV daxil); 3) EBAQ 655333 əsas məbləğ mal material 35376,40 manat (ƏDV daxil); 4) Mal material alışı üçün ödəniş EBAY 742002 118000 manat (ƏDV daxil); 5) EBBC 250653 EQF Əsasən ödəniş 28111,23 manat (ƏDV daxil); 6) Mal material alışı üçün ödəniş 59000 manat (ƏDV daxil); 7) Mal material alışı üçün ödəniş 47200 manat (ƏDV daxil); 8) Mal material alışı üçün ödəniş 47200 manat (ƏDV daxil); 9) Mal material alışı üçün ödəniş 40479,90 manat (ƏDV daxil); 10 EQF-lar üzrə əsas məbləğin ödənişi 59000 manat (ƏDV daxil); 11) xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi *** **** EBBD 780226 EQF əsasən 106200 manat (ƏDV daxil); 12) xx.xx.2020ci il tarixli alqı-satqı müqaviləsi N *** **** EBBD 780226 EBBG 708521 11800 manat (ƏDV daxil); 13) xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi N *** **** əsasən ödəniş 16614,40 manat (ƏDV daxil); 14) xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi N *** **** EBBH 017056 EQF əsasən ödəniş 11800 manat (ƏDV daxil); 15) xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi N *** **** EBBH 017056 EQF əsasən ödəniş 11800 manat (ƏDV daxil); 16) xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi N *** **** EBBH 695931EQF əsasən ödəniş 11800 manat (ƏDV daxil); 17) xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi N *** **** EBBK 088755 EBBK 314368 EQF 5900 manat (ƏDV daxil); 18) xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi N *** **** EBBH 695931 EBBK 088755 EQF 11800 manat (ƏDV daxil) olmaqla, cəmi 670343,93 manat (ƏDV daxil). xx.xx.2022-ci il tarixindən sonra alıcı cədvəldə qeyd olunmuş əməliyyatlar üzrə 35743,50 manat (30291,10 manat əsas və 5452,40 manat ƏDV məbləği) məbləğində qalıq borc üzrə heç bir ödəniş həyata keçirməmişdir. Daha sonra satıcı tərəfindən xx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərilmiş, 35743,50 manat məbləğində qalıq borc vəsaitinin ödənilməsi xahiş edilmişdir. Pretenziya məktubu xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinin elektron sistemi üzərindən göndərilmiş və qarşı tərəfə çatdırılmışdır. Lakin cavabdeh tərəfindən pretenziya məktublarına da heç bir münasibət bildirilməmiş və qalıq borc üzrə heç bir ödəniş edilməmişdir. Daha sonra alıcı ilə xx.xx.2023-cü il tarixində qalıq borcun 6 ay ərzində hissə-hissə ödənilməsi razılığına gəlinmiş və imzalı ödəniş planı sənədi təqdim etsələr də, qarşı tərəf yenə vədinə əməl etməmişdir. Son olaraq alıcı tərəf bütün məbləğin xx.xx.2023cü il tarixinədək ödənilməsi vədi verilmiş, lakin bu vədə də əməl etməmişlər. İddiaçı MMCnin dəfələrlə Cavabdeh QSC-nin məsul şəxsləri ilə görüşüb bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışmasına baxmayaraq, cavabdeh tərəfindən laqeyd rəftar edilərək, iddiaçının əsaslı tələbləri təmin edilməmişdir. Hesab edilir ki, cavabdeh 35743,50 manat məbləğində borca görə əlavə 5% hesablanmaqla, 1514,56 manat məbləğində vəsaiti də ödəməlidir. Cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilə öhdəliklərinə əməl etmir və pul vəsaitini ödəmir. İddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 385, 389.1, 399.1, 430.1, 439.3, 448, 449, 560, 1091, 1092.1, 1093.1, 1097.1, 1115-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdeh QSC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh QSC arasında xx.xx.2020-ci il tarixli, 016/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti hazırkı müqaviləyə Əlavələrdə (qiymətlərin razılaşdırma protokolu, sifarişnamə, təklif, spesifikasiya, purchase order və sair adlandırıla bilər) göstərilən malların satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfdən isə həmin malin qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və bu bənddə göstərilən qaydada rəsmiləşdirildiyi halda hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra tərəflər arasında göstərilən mallar barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən əlavələrdə malların adlarına, miqdarına, növlərinə, modellərinə, ölçülərinə, rənglərinə və ya digər əlamətlərinə görə müəyyən nisbətdə (çeşidinə), keyfiyyətinə, komplektliliyinə, taralaşdırmasma, qablaşdırılmasına, zəmanətinə, çatdırılma yerinə, müddətlərinə və qiymətə dair məlumat əks etdirilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri bütün əlavələrdə göstərilən qiymətlərin cəmini təşkil edir. Bu qiymətlərə malın alıcıya təhvil verilən ana qədər bütün xərclər (çatdırılması, qablaşdırılması, markalanması, daşınması, gömrük (ixrac və idxal) rəsmiləşdirməsinin dəyəri və sair) daxildir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin əlavələrində göstərilən malların dəyərinin ödənişi alıcı tərəfindən satıcıya mallar təhvil alındıqdan sonra, satıcının təqdim etdiyi sənədlər (hesab-faktura, vergi hesab-faktura, e-qaimə və s.) əsasında 30 gün ərzində bank hesabına köçürülmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmayan hər hansı digər ödənişlər alıcı tərəfindən ödənilmir və bu cür ödənişlərin ödənilməsinin satıcı tərəfindən tələb edilməsinə yol verilmir.

8. xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 655333 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 60014,80 manat (ƏDV daxil) təşkil edir.

9. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 016/2020 nömrəli alqı-satqı müqaviləsinə bağlanmış xx.xx.2020-ci il tarixli, 01 nömrəli əlavə razılaşmadan görünür ki, tərəflər sözügedən əlavə razılaşmada qeyd olunan 6 adda mal(lar)ın ümumilikdə qiymətinin 23623,60 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər. Sözügedən əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 939683 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23623,60 manat (ƏDV daxil) təşkil edir.

11. İddiaçı MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2020-ci il tarixli təhviltəslim aktından görünür ki, cədvəldə qeyd olunan 6 adda mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 016/2020 nömrəli alqı-satqı müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli, 02 nömrəli əlavə razılaşmadan görünür ki, tərəflər sözügedən əlavə razılaşmada qeyd olunan 13 adda mal(lar)ın ümumilikdə qiymətinin 344450,14 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər. Sözügedən əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 742002 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 344450,14 manat (ƏDV daxil) təşkil edir.

14. İddiaçı MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 13 adda mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 016/2020 nömrəli alqı-satqı müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli, 03 nömrəli əlavə razılaşmadan görünür ki, tərəflər sözügedən əlavə razılaşmada qeyd olunan 8 adda mal(lar)ın ümumilikdə qiymətinin 28111,23 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər. Sözügedən əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 250653 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 28111,23 manat (ƏDV daxil) təşkil edir.

17. İddiaçı MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 8 adda mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 016/2020 nömrəli alqı-satqı müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli, 04 nömrəli əlavə razılaşmadan görünür ki, tərəflər sözügedən əlavə razılaşmada qeyd olunan 8 adda mal(lar)ın ümumilikdə qiymətinin 134879,90 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər. Sözügedən əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 780226 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 134879,90 manat (ƏDV daxil) təşkil edir.

20. İddiaçı MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 8 adda mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 016/2020 nömrəli alqı-satqı müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli, 05 nömrəli əlavə razılaşmadan görünür ki, tərəflər sözügedən əlavə razılaşmada qeyd olunan 7 adda mal(lar)ın ümumilikdə qiymətinin 19699,16 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər. Sözügedən əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

22. xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 708521 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 19699,16 manat (ƏDV daxil) təşkil edir.

23. İddiaçı MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 7 adda mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

24. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 016/2020 nömrəli alqı-satqı müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli, 06 nömrəli əlavə razılaşmadan görünür ki, tərəflər sözügedən əlavə razılaşmada qeyd olunan 6 adda mal(lar)ın ümumilikdə qiymətinin 32745 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər. Sözügedən əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

25. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 017056 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32745 manat (ƏDV daxil) təşkil edir.

26. İddiaçı MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 6 adda mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

27. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 016/2020 nömrəli alqı-satqı müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli, 07 nömrəli əlavə razılaşmadan görünür ki, tərəflər sözügedən əlavə razılaşmada qeyd olunan 2 adda mal(lar)ın ümumilikdə qiymətinin 13452 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər. Sözügedən əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

28. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 695931 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13452 manat (ƏDV daxil) təşkil edir.

29. İddiaçı MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 2 adda mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

30. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 016/2020 nömrəli alqı-satqı müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli, 08 nömrəli əlavə razılaşmadan görünür ki, tərəflər sözügedən əlavə razılaşmada qeyd olunan 5 adda mal(lar)ın ümumilikdə qiymətinin 11257,20 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər. Sözügedən əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

31. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 088755 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11257,20 manat (ƏDV daxil) təşkil edir.

32. İddiaçı MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 5 adda mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

33. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 016/2020 nömrəli alqı-satqı müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli, 09 nömrəli əlavə razılaşmadan görünür ki, tərəflər sözügedən əlavə razılaşmada qeyd olunan 2 adda mal(lar)ın ümumilikdə qiymətinin 16048 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər. Sözügedən əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

34. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 314368 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16048 manat (ƏDV daxil) təşkil edir.

35. İddiaçı MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 2 adda mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

36. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 016/2020 nömrəli alqı-satqı müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli, 10 nömrəli əlavə razılaşmadan görünür ki, tərəflər sözügedən əlavə razılaşmada qeyd olunan 1 adda mal(lar)ın ümumilikdə qiymətinin 1062 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər. Sözügedən əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

37. xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 344876 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1062 manat (ƏDV daxil) təşkil edir.

38. İddiaçı MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 8 adda mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

39. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 016/2020 nömrəli alqı-satqı müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli, 11 nömrəli əlavə razılaşmadan görünür ki, tərəflər sözügedən əlavə razılaşmada qeyd olunan 3 adda mal(lar)ın ümumilikdə qiymətinin 4130 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər. Sözügedən əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

40. xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 362398 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4130 manat (ƏDV daxil) təşkil edir.

41. İddiaçı MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 3 adda mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

42. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 016/2020 nömrəli alqı-satqı müqaviləsinə bağlanmış xx.xx.2022-ci il tarixli, 12 nömrəli əlavə razılaşmadan görünür ki, tərəflər sözügedən əlavə razılaşmada qeyd olunan 1 adda mal(lar)ın ümumilikdə qiymətinin 16614,40 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər. Sözügedən əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

43. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 986995 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16641,40 manat (ƏDV daxil) təşkil edir.

44. İddiaçı MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 1 adda mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

45. İddiaçı MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixə Cavabdeh QSC-yə 30291,10 (o cümlədən + 18% ƏDV) manat borcunun olduğu qeyd edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

46. Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 029 nömrəli məktubda qeyd edilmişdir ki, Sizə bildirilir ki, Cavabdeh QSC ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, 016/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır və İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə göndərilən xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh QSC-nin İddiaçı MMC-yə 30291,10 manat əsas məbləğ, 5452,40 manat ƏDV məbləğ, nəticə olaraq (ƏDV daxil) 35743,50 manat məbləğində qalıq borcun olduğu təsdiq edilıir və qalıq borcu 1) xx.xx.2023/xx.xx.2023 tarix aralığında 7148,70 manat ƏDV daxil; 2) xx.xx.2023/xx.xx.2023 tarix aralığında 7148,70 manat ƏDV daxil; 3) xx.xx.2023/xx.xx.2023 tarix aralığında 7148,70 manat ƏDV daxil; 4) xx.xx.2023/xx.xx.2023 tarix aralığında 7148,70 manat ƏDV daxil; 5) xx.xx.2023/xx.xx.2023 tarix aralığında 7148,70 manat ƏDV daxil olmaqla ümumilikdə 35743,50 manat ƏDV daxil (30291,10 manat + ƏDV - 5452,40 manat) ödənilməsini Cavabdeh QSC öhdəlik olaraq öz üzərinə götürür.

47. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 7 (yeddi) təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

50. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən əşyanı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini tam şəkildə iddiaçıya ödəməmiş, qalıq borcu yaranmışdır.

51. İddia tələbinin bir hissəsini cavabdehdən Cavabdeh QSC-dən ödənilməmiş qalıq borc olan 35743,50 manat (30291,10 manat əsas və 5452,40 manat ƏDV məbləği) məbləğində qalıq borcun tutulması təşkil edir.

52. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh QSC-dən 30291,10 manat əsas və 5452,40 manat ƏDV məbləği olmaqla, 35743,50 manat (otuz beş min yeddi yüz qırx üç manat əlli qəpik) qalıq borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş üzləşmə aktı və digər sübutlarla öz təsdiqini tapır.

53. İddia tələbinin digər hissəsini cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 fazilə hesablanmış 1514,56 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.

54. Müəyyən olunur ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirmişdir. Ona dörə də məhkəmənin qənaətinə əsasən iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 fazilə hesablanmış məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

55. Ona görə məhkəmə belə nəticəyə gəlir ki, həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən tələbə uyğun illik 5 (beş) faizlə hesablanan 1514,56 manat məbləğində (30291,10x5:100=1514,555) pul iddiaçının xeyrinə tutulmalıdır.

56. Eləcə də, ödənilmiş 197,23 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

57. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197,23 manat (yüz doxsan yeddi manat iyirmi üç qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 30291,10 manat əsas və 5452,40 manat ƏDV məbləği olmaqla, 35743,50 manat (otuz beş min yeddi yüz qırx üç manat əlli qəpik) qalıq borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1514,56 manat (min beş yüz on dörd manat əlli altı qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197,23 manat (yüz doxsan yeddi manat iyirmi üç qəpik), cəmi 37455,29 manat (otuz yeddi min dörd yüz əlli beş manat iyirmi doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar