Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1912/2020 15.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yaramış 2118,45 manat məbləğində əsas borcun, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümilikdə 2148,45 manat pul məbləğinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 639 saylı alqı-satqı müqaviləsinə əsasən, müqaviləyə əlavə olan spesifikasiya aktinda adları göstərilən malları "Saticı" satmağı, "Alıcı" isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən öhdəliklər tam icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 2118,45 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. xx.xx.2019-cu il tarixdə müəssisədaxili audit yoxlaması keçirilmiş və yoxlama əsasında üzləşdirmə akti imzalanmışdır. İkitərəfli qaydada imzalanmış akta əsasən, Cavabdeh, "İddiaçı" MMC-yə 2118,45 manat borcunun olduğunu təsdiq etmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, cavadeh göstərilən xəbərdarlıqları cavabsız qoyaraq, yaranan borcu ödəməmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən Cavabdeh ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcunun ödənilməsi tələb olunsa da münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, sahibkar kimi tikinti materiallarının satışı ilə məşğul oln “Eurohome” adlanan bazarda fəaliyyət göstərmişdir. Hal – hazırda o, İddiaçı MMC-yə olan 2118,45 manat məbləğində borcunun olmasını inkar etmir, lakin bazarda baş verən yanğın onun mağazasına da külli miqdarda zərər vurmuşdur. Yanğınla bağlı cinayət işi davam edir və o, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Ona vurulmuş zərər ödənildikdən sonra o, hazırkı borcun iddiaçıya ödənilməsinə razıdır. Mülki iş materiallarında olan: - xx xxxxxx 2017-ci il tarixli, 639 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC müqaviləyə əlavə olan spesifikasiya aktinda adları göstərilən malları Cavabdeh satmağı, sonuncu isə qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə aktına əsasən X3 2118,45 manat borcu olmasını qəbul etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşdə olan müqavilənin 1.1-ci bəndinə əsasən satıcı kimi malları satmağı və alıcı isə almağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilnin 5.1-ci bəndinə əsasən mallar cavabdehə təhvil verildiyi gündən 30 gün ərzində ödəniş həyata keçirilməlidir. İşin araşdırılan hallarında da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə mallar verilsə də müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh iddiaya etirazını fəaliyyət göstərdiyi mağazada yanğının baş verməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə hesab edir ki, qeyd olunan xüsusat onun iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməməsi üçün əsas ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Arena - İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 2118,45 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1912/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1912/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver