Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1912/2021 28.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X8 oğlunun iştirakları ilə, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 X1 cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X2 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-dən hasil edilmiş yeraltı şirin sulara görə X3na ayırmaların məbləğlərinin müəyyən edilməsi və X3 üzrə Dövlət Fondunun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X7 X2 (iddiaçı) Cavabdeh ASC (cavabdeh) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmiş məlumatlara əsasən yerin təkindən aşağıdakı həcmdə yeraltı şirin sular hasil edilmişdir: 2017-ci il üçün 223,200,000 m, 2018-ci il üçün 245,800,000 m, 2019-cu il üçün 230,300,000 m. Lakin yeraltı şirin sulara görə X3na ayırmalar ödənilməmişdir. “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1652-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın 2.26-cı bəndinə uyğun olaraq cavabdeh təbii mənbələrdən götürülən sulara görə ödənişlərdən azad edilmişdir. Bu səbəbdən cavabdehdən həmin hüquq norması qüvvəyə minənədək hasil etdiyi yeraltı şirin sulara görə X3na ayırmaların ödənilməsi tələb edilir. 13 sentyabr 2019-cu il tarixinə qədər olan dövr üçün hasil edilmiş yeraltı şirin suların həcminin və onların ilkin əmtəə dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə qaydasında müvafiq araşdırma aparılmalı və ayırmaların məbləği müəyyən edilməlidir. Hüquqi əsaslar: “Yerin təki haqqında” qanuna əsasən Azərbaycan Respublikası ərazisində yerin təkindən istifadə, həmin Qanunun 44-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ödənişlidir. Həmin ödənişlər sırasına X3na ayırmalarda daxildir. Yerin təki haqqında Qanunun 41-ci maddəsinə əsasən X3na ayırmalar dövlət vəsaiti hesabına kəşfiyyatı aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır. Ayırmaların dərəcələri eyni növ mineral-xammal hasil edən bütün yer təki istifadəçiləri üçün eynidir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş X3 üzrə Dövlət Fondu haqqında Əsasnamənin(Əsasnamə) 2.4-cü maddəsinə əsasən ayırmaların miqdarı yer təki sahəsindən faktiki çıxarılmış faydalı qazıntılardan əldə olunan və realizə edilən birinci əmtəə məhsulunun dəyərindən (mədən vergisi nəzərə alınmadan) faizlə müəyyən edilir. Birinci əmtəə məhsulu dedikdə istifadəçi tərəfindən yerin təkindən çıxarılan faydalı qazıntılardan ilkin işlənmə zamanı əldə olunan və realizə edilən (satılan, istehsalın növbəti mərhələsində istifadə olunan) məhsulun dəyəri nəzərdə tutulur X3na ayrılmaların obyektləri və dərəcələri Əsasnaməyə əlavə olunmuş cədvəldə öz əksini tapmışdır. Belə ki, yeraltı şirin sular üçün faktiki qazıntılardan əldə olunan və realizə edilən birinci əmtəə məhsulunun dəyərindən ayırmalar 3% miqdarında müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq X3na ayırmalar müvafiq icazə sənədi ilə ayrılmış yer təki sahəsinin daxilində faktiki çıxarılmış həcmə uyğun olaraq bütün istifadəçilərdən alınır. Eyni zamanda faktiki çıxarılmış həcmə uyğun olaraq 5 GK (geoloji statistik) hesabat verilməlidir. Hesabatın düzgün tərtib edilməsinə görə istifadəçilər məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X7 X2 (bundan sonra – Agentlik) “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin (Nizamnamə) 3.1.25.-ci bəndinə uyğun olaraq yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadədə müəyyən edilmiş normalara və qaydalara, habelə faydalı qazıntı karxanalarının rekultivasiyasına və keyfiyyətinə, onların istifadəçilərə verilməsi müddətinə nəzarət etmək səlahiyyətinə malikdir. İddiaçı iddia ərizəsinə əlavə verərək, Cavabdeh ASC -dən 2017, 2018 və 2019-cu illərdə hasil edilmiş yeraltı şirin sulara görə 3,146,850 (üç milyon bir yüz qırx altı min səkkiz yüz əlli) manat məbləğdə X3na ayırmaların alınıb X3 üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 2020-ci ildə təqdim edilmiş məlumatlara əsasən son üç il üzrə istismar edilmiş yeraltı suyun həcminə uyğun olaraq bərpa fonduna ayırmaların miqdarı iddiaçı tərəfindən aşağıdakı qaydada hesablanmışdır: 2017-ci il üçün 223,200,000 m3 * 0.15 manat * 3% = 1,004,400 manat 2018- ci il üçün 245,800,000 m3 * 0.15 manat * 3% = 1,106,100 manat 2019-cu il üçün 230,300,000 m3* 0.15 manat * 3% = 1,036,350 manat. Ümumi 2017, 2018 və 2019-cu illər üçün Fonda ödənilməli olan məbləğ 3,146,850 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubuna cavab olaraq bildirmişdir ki, “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1652-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın 2.26-cı bəndinə uyğun olaraq cavabdeh təbii mənbələrdən götürülən sulara görə ödənişlərdən azad edilmişdir. Lakin yeraltı sular, faydalı qazıntı hesab olunur, onların yerin təkindən çıxarılması üçün mühəndis qurğulardan istifadə olunur, elektrik enerjisi sərf edilir, yeraltı sular təbii mənbələrdən (çaylardan, göllərdən) götürülmür. Eyni zamanda Azərbaycan Respublikasının Milli X4 və Geofizika İnstitutunun 25-7/198 nömrəli rəyinə əsasən yeraltı şirin sular faydalı qazıntı kimi qiymətləndirilir. Bu səbəbdən cavabdehdən yerin təkindən hasil etdiyi yeraltı şirin sulara görə X3na ayırmaların ödənilməsi tələb edilir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək Cavabdeh ASC-dən 2017, 2018 və 2019-cu illərdə hasil edilmiş yeraltı şirin sulara görə ******* manat məbləğdə X3na ayırmaların alınıb X3 üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1652- VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın 2.26-cı bəndinə uyğun olaraq Cavabdeh ASC təbii mənbələrdən götürülən sulara görə ödənişlərdən azad edilmişdir. Eyni zamanda Cavabdeh ASC tərəfindən son üç il verilmiş hesab sadəcə yerintəkinin istismarı üzrə deyil, digər məbləğlər də bura aid olmuşdur. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 X2 2017, 2018 və 2019-cu illərdə hasil edilmiş yeraltı şirin sulara görə ******* manat məbləğdə X3na ayırmaların alınıb X3 üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə tələbinin heç bir hüquqi əsası olmadığına görə onun iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzürlü səbəbdən iştirak edə bilməməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X1 irəli sürdüyü iddia tələbi 2017, 2018 və 2019-cu illərdə hasil edilmiş yeraltı şirin sulara görə ******* manat məbləğdə X3na ayırmaların alınaraq X3 üzrə Dövlət Fondunun hesabına ödənilməsindən ibarətdir. Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X2 digər bir qurumun - X3 üzrə Dövlət Fondunun hesabına pul vəsaitinin ödənilməsi tələbini irəli sürmüşdür. Belə olan halda isə məhkəmə iddia tələbinin əsaslılığı məsələsinə qiymət verilməmişdən əvvəl iddiaçının hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olub-olmaması məsələsinə münasibət bildirilməsini zəruri sayır. “Yerin Təki haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə X3na ayırmalar dövlət vəsaiti hesabına kəşfiyyatı aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır. Ayrımaların dərəcələri Azərbaycan Respublikasının X3na tələb olunan xərcləri təmin edə biləcək miqdarda müəyyən edilir və eyni növ mineral-xammal çıxaran yer təkinin bütün istifadəçiləri üçün eynidir. X3na ayırmaların miqdarı faktiki çıxarılan faydalı qazıntıların dəyərindən faizlə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “X3 üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin 2.1-ci bəndinə əsasən X3na ayırmalar dövlət fondunun vəsaitlərinin əmələ gəlmə mənbələrindən biridir. 3.7-ci bəndinə görə isə ödənişlər üzrə mükəlləfiyyətlərin yerinə yetirilməsi üzərində nəzarəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş X7 X1 Nizamnaməsinin: 1.1-ci bəndinə görə X7 X2 (bundan sonra - Agentlik) “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə (bundan sonra - müvafiq sahə) xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir. 3.1.11-ci bəndinə görə yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək; 3.1.20-ci bəndinə görə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yer təkinin bütün istifadəçilərinin yer təkindən istifadəyə dair müəyyən edilmiş qaydalara, qanunvericiliyin tələblərinə, standartlara, normalara əməl etmələrinə nəzarət etmək; 3.1.25-ci bəndinə görə yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadədə müəyyən edilmiş normalara və qaydalara, habelə faydalı qazıntı karxanalarının rekultivasiyasına və keyfiyyətinə, onların istifadəçilərə verilməsi müddətinə nəzarət etmək Agentliyin vəzifələrinə aid edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaq üçün istinad etdiyi “X3 üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin yuxarıda göstərilən 3.7-ci bəndinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, həmin bənddə fonda ödənişlərə nəzarətin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Vergilər Nazirliyi tərəfindən həyata keçirməli olması nəzərdə tutulsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından həmin nəzarətin məhz Agentlik tərəfindən həyata keçirilməsi barədə müddəa yer almamışdır. Bununla yanaşı Agentlik hazırkı iddianı qaldırmaq hüququna malik olmasını sübuta yetirmək üçün ona Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından sözügedən nəzarəti həyata keçirmək hüququ verən hər hansı sənədə istinad etməmişdir. İkincisi, sözügedən bənddə fonda ödənişlərə nəzarətin həyata keçirilməsi prosesində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı nəzərdə tutulsa da, nəzarəti həyata keçirməli olan əsas subyekt qismində Vergilər Nazirliyi (hazırda Dövlət Vergi Xidməti) qeyd edilmişdir. Məhkəmə hesab edir ki, həmin müddəanın ifadə tərzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fonda ödənilşlərə nəzarəti təkbaşına həyata keçirmək hüququna malik olmasını istisna edir. Üçüncüsü, sözügedən bənddə əks olunmuş “ödənişlər üzrə mükəlləfiyyətlərin yerinə yetirilməsi üzərində nəzarət” anlayışının mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, dövlət orqanların fonda ödənişlərə nəzarətin keçirilməsində iştirak etməsi həmin orqana ayırmaların tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnun verilməsi anlamına gəlmir. “X7 X1 Nizamnaməsi”nə görə yer təkinin istifadəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülməsinin Agentliyin vəzifələrinə aid edilməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, hazırkı mübahisənin predmeti cavabdeh tərəfindən yer təkinin istifadəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı deyil. Belə ki, əvvəla iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən yerin təkindən istifadə nəticəsində dəymiş zərərin deyil, yerin təkindən istifadə ilə bağlı X3na ayırmaların tutulması tələbini irəli sürmüşdür. İkincisi, iddiaçı iddia tələbinin əsası kimi cavabdeh tərəfindən yerin təkindən istifadə edilərkən maddi zərərin vurulmasına səbəb olmuş qanunsuz təqsirli əmələ (deliktə) yol verilməsinə dəlalət edən hər hansı faktiki hala istinad etməmişdir. MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə edir ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 X2 X3na ayırmaların tutulmasını tələb etməyə, yəni hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa da malik deyildir. Odur ki, hazırkı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 X1 cavabdeh Azərsu ASC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1912/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1912/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver