Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1913/2020 15.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X4 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2014-cü il tarixli, 6xx/xx/2014 saylı “X7” müqaviləsi üzrə əsas borc 13571,73 manat, faiz borcu 3390,60 manat olmaqla, cəmi 16962,33 manat və xx xxxxxxx 2014-cü il tarixli, 762/180/2014 saylı “X7” müqaviləsi üzrə əsas borc 15222,16 manat, faiz borcu 4413,25 manat olmaqla, cəmi 19635,41 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsibarədəqətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxx 2014-cü il tarixli, 6xx/xx/2014 saylı “X7” müqaviləsi üzrə əsas borc 13571,73 manat, faiz borcu 3390,60 manat olmaqla, cəmi 16962,33 manat və xx xxxxxxx 2014-cü il tarixli, 762/180/2014 saylı “X7” müqaviləsi üzrə əsas borc 15222,16 manat, faiz borcu 4413,25 manat olmaqla, cəmi 19635,41 manat məbləğində pul və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 tutularaq iddiaçı "İddiaçı" QSC-nin xeyrinə ödəniməsi, habelə cavabdeh X1 2 ədəd “Microscope Pico NEW, binocular 45, LED light source” markalı stomatoloji avadanlığın işlək vəziyyətdə geri alınaraq "İddiaçı" QSC-yə geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" QSC ilə X5 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 6xx/xx/2014 saylı “X7” müqaviləsinə əsasən 1 ədəd “Microscope Pico NEW, binocular 45, LED light source” markalı stomatoloji avadanlıq və xx xxxxxxx 2014-cü il tarixli, 762/180/2014 saylı “X7” müqaviləsinə əsasən 1 ədəd Microscope Pico NEW, binocular 45, LED light source stomatoloji avadanlıq X4 lizinqə istifadəyə verilmişdir. Hazırda həmin müqavilələr üzrə qeyd olunan borc yaranmışdır. Zaminlik müqaviləsinin 1.2.-ci bəndinə əsasən “Lizinqalan” tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə “Zamin” və “Lizinq alan”’ “Lizinq verən”’ qarşısında birqə məsuliyyət daşıyırlar. Lizinq borcunun ödənilməsi ilə bağlı cavabdehlərə müvafiq pretenziya göndərilmiş, lakin cavabdehlər bu pretenziyaya cavab verməmiş və borcu ödəməmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Lizinqverən “X9” QSC (hazırkı "İddiaçı" QSC) ilə lizinqalan X5 arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli, 6xx/xx/2014 saylı və xx xxxxxxx 2014-cü il tarixli, 762/180/2014 saylı daxili maliyyə lizinq müqavilələri ilə 2 ədəd “Microscope Pico NEW, binocular 45, LED light source” markalı stomatoloji avadanlıq X4 lizinqə verilmişdir. xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli təhvil-təslim aktları ilə həmin avadanlıqlar tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğun formada cavabdeh X4 təhvil verilmişdir. - xx.xx.2014-cü il tarixli, 630 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 “X9” QSC ilə lizinqalan X5 arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli, 6xx/xx/2014 saylı müqavilə üzrə lizinqalan X2 öhdəlikləri üzrə məsuliyyəti barədə öhdəlik götürmüşdür. - xx.xx.2014-cu il tarixli və xx.xx.2014-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, 2 ədəd “Microscope Pico NEW, binocular 45, LED light source” markalı stomatoloji avadanlıq X4 təhvil verilmişdir. - xx.xx.2014-cu il tarixli lizinq müqaviləsinin ödəniş qrafikindən cavabdeh X5 tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay üçün müntəzəm ödəniş edilməli olduğu (cəmi 24772 manat) görünür. - xx.xx.2014-cü il tarixli lizinq müqaviləsinin ödəniş qrafikindən cavabdeh X5 tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay üçün müntəzəm ödəniş edilməli olduğu (cəmi 24357 manat) görünür. - 6xx/xx/2014 saylı və 762/180/2014 saylı müqavilələr üzrə tərtib edilmiş xx.xx.2020ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdeh X2 xx xxxx 2014-cü il tarixli, 6xx/xx/2014 saylı müqavilə üzrə əsas borcu 13571,73 manat, faiz borcu 3390,60 manat, xx xxxxxxx 2014-cü il tarixli, 762/180/2014 saylı müqavilə üzrə isə əsas borcu 15222,16 manat faiz borcu 4413,25 manat təşkil edir. İddiaçı tərəfindən cavabdelərə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə pretenziya məktubu göndərilərək borcun ödənilməsi xahiş olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən “X9” QSC ilə lizinqalan X5 arasında daxili maliyyə lizinq müqavilələri bağlanmış və 2 ədəd “Microscope Pico NEW, binocular 45, LED light source” markalı stomatoloji avadanlıq X4 lizinqə verilmişdir. xx.xx.2014-cü il tarixli, 630 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx xxxx 2014-cü il tarixli, 6xx/xx/2014 saylı lizinq müqaviləsi üzrə lizinqalan X2 öhdəlikləri üzrə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. İddiaçı lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yeriə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləgv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosail əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (Mülki Məcəllənin 425,1. və 425.2. maddələri). Mülkin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslıdır, belə ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz onun təqsiri üzündən pozulması iş materialları ilə də öz təsdiqini tapır və cavabdeh əsas borcu qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmış, iddiaçıya xx xxxx 2014-cü il tarixli, 6xx/xx/2014 saylı “X7” müqaviləsi üzrə cəmi 16962,33 manat və xx xxxxxxx 2014cü il tarixli, 762/180/2014 saylı “X7” müqaviləsi üzrə cəmi 19635,41 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Мülki Мəcəlləsiнин 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinin şərtlərinə əsasən lizinq alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və lizinq verən qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı hər iki müqavilə üzrə borcun hər iki cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəməyə yalnız xx xxxx 2014-cü il tarixli, 6xx/xx/2014 saylı zaminlik müqaviləsi təqdim olunmuşdur. İş materiallarından da görünür ki, yalnız xx xxxx 2014-cü il tarixli, 6xx/xx/2014 saylı lizinq müqaviləsi zaminliklə təmin olunmuşdur. Ona görə də xx xxxx 2014-cü il tarixli, 6xx/xx/2014 saylı lizinq müqaviləsi üzrə borc hər iki cavabdehdən müştərək qaydada tutulmalı, xx xxxxxxx 2014-cü il tarixli, 762/180/2014 saylı lizinq müqaviləsi üzrə borc isə X1 iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini cavabdeh X1 2 ədəd “Microscope Pico NEW, binocular 45, LED light source” markalı stomatoloji avadanlığın işlək vəziyyətdə geri alınaraq "İddiaçı" QSC-yə geri qaytarılması təşkil edir. Məhkəmə mülki qanunvericilik normalarına və tərəflər arasında bağlanmış izinq müqaviləsinin şərtlərinə əsasən hesab edir ki, həmin hissədə də iddia əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 xx xxxx 2014-cü il tarixli, 6xx/xx/2014 saylı lizinq müqaviləsi üzrə 13571,73 manat əsas borc, 3390,60 manat faiz borcu olmaqla, cəmi 16962,33 manat məbləğində pul və X1 xx xxxxxxx 2014-cü il tarixli, 762/180/2014 saylı “X7” müqaviləsi üzrə 15222,16 manat əsas borc, 4413,25 manat faiz borcu olmaqla, cəmi 19635,41 manat məbləğində pul pul İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddia tələbi pul tələbinə münasibətdə tam təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu hər iki cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 xx xxxx 2014-cü il tarixli, 6xx/xx/2014 saylı lizinq müqaviləsi üzrə 13571,73 manat əsas borc, 3390,60 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 16992,33 manat məbləğində pul və X1 xx xxxxxxx 2014-cü il tarixli, 762/180/2014 saylı “X7” müqaviləsi üzrə 15222,16 manat əsas borc, 4413,25 manat faiz borcu olmaqla, cəmi 19635,41 manat məbləğində pul İddiaçı QSC-nin xeyrinə tutulsun. Cavabdeh X1 2 ədəd “Microscope Pico NEW, binocular 45, LED light source” markalı stomatoloji avadanlıq işlək vəziyyətdə geri alınaraq "İddiaçı" QSC-yə geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1913/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1913/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver