Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1917/2021 19.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı “xxxx” ASC kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən “xxxx” ASC-nin xeyrinə 270 manat məbləğində borcun tutulmasına dair iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2020-ci il tarixli Sərəncamının 4.1-ci bəndinə əsasən, Nazirlər Kabinetinə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. “xxxx” ASC ləğv prosesinə başlanılaraq ləğv etmə komissiyası yaradılmışdır. CavabdehMMC ilə “xxxx” ASC arasında avadanlığın daşınması xidmətinin göstərilməsi üçün müqavilə imzalanaraq ödəniş edilmişdir. Xidmət tam icra edilmədiyindən 170 manat borc qalmış və geri ödəniş edilməsinə söz verilsədə bu günə kimi pul qaytarılmamışdır. xx.xx.2020-ci il tarixinə CavabdehMMC-nin “xxxx” ASC-yə 270 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-3.2.4-ci maddəsinə görə ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. 284-4.1.4-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduqda və ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilmədikdə məhkəmə həmin ərizənin qəbul olunmasından imtina edir. İddia ərizəsində CavabdehMMC-nin 170 manat borcunun qaldığı, xx.xx.2020-ci il tarixinə isə CavabdehMMC-nin “xxxx” ASC-yə 270 manat borcunun qaldığı qeyd edilmiş və həmin hissədə pulun ödənilməsi tələbi ilə bağlı mübahisə olduğunu, eyni zamanda ərizədə 270 manat borc tələbinin əsaslığını təsdiq edən sənədlər göstərilmədiyini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263 və 264-cı maddələrinə əsasən, QƏRARA A L D İ M: İddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı “xxxx” ASC-yə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında ərizə verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1917/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1917/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver