Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1918/2024 06.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı və nümayəndəsi/vəkili Nümayəndə1 iştirakı ilə, Cavabdeh və nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9000 ABŞ dolları pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 136 manat dövlət rüsumunun Cavabdeh tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağababa oğlu, bir müddət telefon alqı-satqısı ilə məşğul olmuşdur. Belə ki, Dubaydan tanışları “İphone” “Samsung” və digər markalı telefonlar göndərir və o da 2015-ci ildən 2018-ci ilədək onları Elşad və Rüfətə satmaları üçün vermişdir. Elşada verdiy 15000 ABŞ dolları məbləğində malın dəyərini o, tam şəkildə ona ödəmişdir. Cavabdeh isə ümumilikdə 13000 ABŞ dolları məbləğində mobil telefonların pulunu və ondan aldığı 4000 ABŞ dolları məbləğində borcdan cəmi 1000 ABŞ dollarını hissə-hissə qaytarmışdır. Bununla bağlı AR DİN BŞBPİ Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət etmiş, həmin polis bölməsinin rəisi Samir Haşımov tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli, №085-8801 B-3222 saylı məktubu ilə mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Vəkil sorğusu vasitəsi ilə onun müraciətinə əsasən toplanmış material xx.xx.2023-cü il tarixli, №313-51- 3/2-500/23 saylı məktubla Nəsimi RPİ-nin 21-ci polis bölməsi tərəfindən iddiaçıya təqdim edilmişdir. Həmin materialda iddiaçının Zəkizadə Elşadın və Cavabdeh izahatı yer almışdır. Rüfət izahatında qeyd edir ki, “İddiaçı izahatı ilə tanış oldum və müraciətdə qeyd olunan xüsusatları təsdiq edirəm. Əlavə olaraq bildirmək istəyirəm ki, Rasimə olan borcumdan bir qismini mən və qardaşım Əziz ona qaytarmışıq. Mənim hal-hazırda Rasimə 9000 ABŞ dolları borcum qalıb. Hazırda maddi imkanım olmadığı üçün borcumu qaytara bilmirəm, iş axtarıram iş tapan kimi borcumu qaytaracağam və eyni zamanda qardaşım Əziz də borcumun qaytarılmasında köməklik edəcəyini bildirmişdir”. İddiaçının müraciəti üzrə izahatı alınmış Elşad Zəkizadə izahatında bildirir ki, “2015-ci ild qərara gəldik ki, mən dostum Rüfətlə birgə qərara gəldik ki, Rasimin gətirdiyi telefonlardan birgə satıb gəlir əldə edək. 2018-ci ilədək davamlı şəkildə telefonları alıb-satıb pulunu hissə-hissə ödəyirdik. Lakin axırıncı dəfə bütün telefonları satdıq, mən borcumun hamısını qaytarsam da, Rüfətin Rasimə ümumilikdə 13000 ABŞ dolları məbləğində borcu qalmışdır.Sonradan 2018-ci ildən 2021-ci ilədək hissə-hissə 1800 manat pul ödəmişdir. Sonradan maddi çətinlik çəkdiyindən 2021-ci ilin oktyabr ayından aylıq ödədiyi 300 manatlıq məbləği də dayandırmışdır. 2018-ci ilin iyun ayında biz dördümüz-Rasim, Akif, Rüfət və mən bütün hesabatı apararaq bizim Rasimə nə qədər borclu olduğumuzu müəyyən etdik. Akif Hamımızın ortaq tanışı olaraq orada iştirak edirdi.” Cavabdehin izahatından da görünür ki, o, 9000 ABŞ dolları borclu olmasını etiraf etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4656/2023 qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş və Cavabdeh 9000 ABŞ (doqquz min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 136 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
4. Daha sonra məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1918/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 4656/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, Polis İdarəsində alınan ifadədən sonra cavabdeh tərəfindən iddiaçı 330 manat ödəniş olunub. Yerdə qalan məbləğ bugünə kimi ödənilməmiş qalır.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndələri bildirdilər ki, onun iddiaçıya 9000 ABŞ dolları deyil, 9000 manat borcu qala bilər. Manatla iş görsələr də, həmin məbləğ yalnış olaraq dollarla hesablanmışdır. Məbləğin yarışı onun şərikində olub. 4000 ABŞ dolları Elşad adlı şəxs üçün iddiaçıdan malları o götürüb. Və iddiaçıya ödənilməsi üçün bəzi məbləğləri Elşad adlı şəxsə veriblər ki, o, iddiaçıya ödəsin. Polisdə verilən izahatında məbləği dollarla qeyd etməyinin səbəbi o olmuşdur ki, ona təyziq olunmuşdur. Və Polisdə verilən izahatdan sonra iddiaçıya cəmi 330 manat ödəniş edib.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Azərbaycan Respublikası DİN Nəsimi RPİ-nin 21-ci PN-nin Cavabdeh Ağamməd oğlundan almış olduğu izahatında İddiaçı barəsində yazdığı şikayət ərizəsi və izahatı ilə tanış olduğu, müraciətdə qeyd olunan xüsusatları təsdiqlədəyi və İddiaçı olan borcundan bir qismini o, və qardaşı Əziz tərəfindən ona qaytarıldığı, hal-hazırda Rasimə təxminən 9000 ABŞ dolları borcu qaldığı, maddi imkanı olmadığı üçün ona olan borcunu qaytara bilmədiyini, işləyən kimi borcunu hissə-hissə də olsa qaytaracağını bildirmişdir.
9. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən göründüyü kimi 300 manat və xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən isə 10 manat və digə qəbzə əsasən 20 manat ödəniş edilmişdir.
10. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
11. Belə ki, iş materialları və iddiaçının izahatı ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə alqı-satqı münasibətlərindən irəli gəlmişdir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
16. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
18. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
19. Tərəflər arasında şifahi alqı – satqı müqaviləsi üzrə münasibətlərin mövcud olması və həmin münasibət çərçivəsində iddiaçı tərəfindən cavabdehə satılmış mobil telefonlara görə 9000 ABŞ dolları borcun mövcüd olması Bakı şəhəri Nərimanov RPİ-nin 21-ci PŞ-də 2022-ci ildə araşdırma aparılarkən Cavabdeh Ağamməd oğlunun verdiyi izahatı ilə təsdiqini tapır.
20. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən göründüyü kimi 300 manat və xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən isə 10 manat və digə qəbzə əsasən 20 manat ödəniş edilmişdir.
21. Bundan əlavə hər iki tərəfin məhkəmə iclası zamanı da polisdə izahat verildikdən sonra (yəni cəmi 9000 ABŞ dolları borcdan) cavabdeh tərəfindən iddiaçıya cəmi 330 manat ödəniş edildiyini və hər iki tərəfin də həmin ödənişləri qəbul etməsi işin mübahisəsiz halıdır.
22. Qeyd olunanlardan göründüyü kimi cavabdehin borcunun olması və həmin borc üzrə 330 manat ödəniş etməsi işdə olan sübutlarla öz təsdiqini tapır. (9000ABŞx1.7=15300 manat-330 manat=14970manat/8805,8 ABŞ)
23. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla təsdiqini tapdığı üçün iddia tələbi qismən yəni 8805,8 ABŞ dolları borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin mobil telefonlara görə pulun ödənilməsi öhdəliyini vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 8805,8 ABŞ əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8805,8 ABŞ məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 136 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 8805,8 ABŞ (səkkiz min səkkiz yüz beş ABŞ dolları səkkiz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 136 manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova