Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1928/2021 27.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən PRF-20/016 nömrəli, 12 avqust 2020-ci il tarixli müqavilə üzrə yaranmış 12.429,53 manat məbləğində əsas borcun, 1000 manat məbləğində hüquqi xidmət haqqının və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (Sifarişçi) ilə İddiaçı MMC (İcraçı) arasında PRF-20/016 nömrəli, 12 avqust 2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən sifarişçi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə edilmiş razılaşma protokollarında göstərilmiş işlərin aparılmasını və xidmətlərin göstərilməsini sifariş edib, icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada yuxarıda qeyd edilmiş xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1.3 və 3.1.4-cü bəndlərinə görə, göstərilmiş xidmətin dəyərini ödəmək və xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini İcraçıya ödəmək sifarişçinin vəzifəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, göstərilən xidmətlərin dəyəri, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə edilmiş razılaşma protokollarında göstərilmişdir və müqavilə imzalandığı tarixdən 3 iş günündən gec olmayaraq həmin qiymətin 50%-i həcmində öncədən ödənilməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, məbləğin qalan 50%-i işlərin təhvil-təslimaktıəsasında təhvil veriləndən sonra 3 iş günündən gec omayaraq həyata keçirilir. Həmin müqavilənin 5.1-ci bəndinəəsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2020-ci il tarixinədək qüvvədə qalır. Müqavilə icraçı tərəfindən icra edilmiş və həmin müqavilə əsasında imzalanmış “X1” nda qeyd olunmuş xidmətlər sifarişçiyə təhvil verilmiş, bu məqsədlə elekron qaimə təqdim edilmiş və həmin elektron qaimə Sifarişçi tərəfindən təsdiq edilmişdir. 28.08.2020-ci il tarixli EBAP 279310 nömrəli (177,00 manat); 28.08.2020-ci il tarixli EBAP 279378 nömrəli (348,10 manat); 28.08.2020-ci il tarixli EBAP 281007 nömrəli (3835,00 manat); 28.08.2020-ci il tarixli EBAP 280772 nömrəli (3090,42 manat); 28.08.2020-ci il tarixli EBAP 279752 nömrəli (2117,51 manat) və 28.08.2020-ci il tarixli EBAP 280356 nömrəli elektron qaimələr (2861,50 manat) üzrə ödənişlər hələ də "Cavabdeh" MMC tərəfindən həyata keçirilməmişdir. İddiaçı 10.12.2020-ci il və 07.01.2021-ci il tarixli elektron məktublarla cavabdehə müraciət edərək, borcun ödənilməsini xahiş etmişdir. İddiaçı tərəfindən cavabdehə 16.02.2021-ci il tarixli pretenziya məktubu göndərilərək cəmi 12.429,53 manat borcun ödənilməsi tələb edilmişdir. Cavabdeh "Cavabdeh" MMC bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş, pretenziya məktubuna cavab verməmişdir.Bundan əlavə, İddiaçı MMC ilə “xxxx” MMC arasında 01.02.2021-ci il tarixli hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmış, göstərdiyi xidmətlərin müqabilində 1000 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin 1000 manat hüquqi xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında imzalanmış, 12.08.2020-ci il tarixli, PRF-20/016 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçi (Cavabdeh MMC) müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə edilmiş Razılaşma Protokollarında göstərilmiş işlərin aparılmasını və xidmətlərin göstərilməsini sifariş edib, “icraçıya” (İddiaçı MMC) razılaşdırılmış xidmət haqqını ödəməyi, “icraçı” isə “sifarişçinin” müəyyən etdiyi qaydada qeyd edilmiş xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.08.2020-ci il tarixli, PRF-20/016 saylı müqavilənin 2.1-ci bəndinə əsasən xidmətin göstərilməsi “sifarişçi”-nin yazılı sifarişindən sonra, “icraçı” tərəfindən hazırlanmış və hər iki tərəfdən imzalanmış razılaşma protokolu (Sales Order) üzrə həyata keçirilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən “icraçının” yerinə yetirdiyi işlər, işlərin təhvil-təslim aktı (Delivery Note) imzalamaqla “sifarişçi” tərəfindən təhvil alınır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən görülən işlər üzrə təhvil-təslim sifarışçi tərəfindən qəbul olunduğu tarixdən etibarən üç iş günü ərzində imzalayıb “icraçıya” göndərməli və ya yazılı şəkildə hər-hansı narazılığını bildirməlidir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən 2.4-cü bənddə göstərilən şərtlər “sifarişçi” tərəfindən qeyd olunan müddətdə yerinə yetirilmədikdə, təhvil-təslim aktı imzalanmış hesab olunur. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş, 20/016 saylı, 12 avqust 2020-ci il tarixli, bir nömrəli qiymətlərin razılaşdırılma protokolundan ümumilikdə 3.835 manat, iki nömrəli qiymətlərin razılaşdırılma protokolundan ümumilikdə 7.726,05 manat, üç nömrəli qiymətlərin razılaşdırılma protokolundan ümumilikdə 2.861,5 manat, dörd nömrəli qiymətlərin razılaşdırma protokolundan ümumilikdə 2.117,51 manat, beş nömrəli razılaşdırma protokolundan ümumilikdə 348,10 manat, beş nömrəli razılaşdırma protokolundan ümumilikdə 177 manat olmaqla cəmi 17.056,16 manat xidmət haqqı müəyyənləşdirilmişdir. Sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, 28.08.2020-ci il tarixli, 200169 saylı təhvil-təslim aktında ümumi 3.835 manat, 200185 saylı təhvil-təslim aktında ümumi 3.090,42 manat, 200202 saylı təhvil-təslim aktında ümumi 2.861,5 manat, 200216 saylı təhvil-təslim atında ümumi 2.117,51 manat, 20029 saylı təhvil-təslim aktında ümumi 177 manat, 200221 saylı təhvil-təslim aktında ümumi 348.10 manat olmaqla cəmi 12.429,53 manat xidmət haqqı müəyyənləşdirilmişdir. İş materiallarından məlum olur ki, təhvil-təslim aktları əsasında EBAP seriyalı, 281007, 279378, 280356, 279752, 280772, 279310 nömrəli elektron qaimələr tərtib edilərək, 28.08.2020-ci il tarixində Cavabdeh MMC-yə göndərilmişdir. Qeyd olunan elektron qaimələrdən məlum olur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 12.429,53 manat borcu yaranmışdır. “İddiaçı" MMC tərəfindən 10.12.2020 və 07.01.2021-ci il tarixlərində "Cavabdeh" MMC-yə elektron qaimələr üzrə müvafiq ödənişlərin edilməsi ilə bağlı məktublar ünvanlanmışdır, əlavə olaraq, “İddiaçı" MMC tərəfindən 16.02.2021-ci il tarixli "Cavabdeh" MMC-yə pretenziya qaydasında məktub ünvanlanaraq 12.429,53 manat məbləğində pulun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 01 fevral 2021-ci il tarixli hüquq xidmətlərinin göstərilməsinə dair müqavilənin surətindən görünür ki, “xxxx” MMC İddiaçı MMC-ni məhkəmə və digər dövlət orqanlarında təmsil etməyi, ona hüquqi xidmət göstərməyi, məhkəməyə qədər olan zəruri sənədləri hazırlamağı, məhkəmələrdə və dövlət orqanlarında İddiaçı MMC-nin qanunla qorunan hüquq və mənafelərini müdafiə etməyi öhdəsinə götürür, əvəzində isə İddiaçı MMC müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını cavabdehə ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən birinci instansiya məhkəmələrində göstərilən xidmət haqqı işin nəticəsindən asılı olmayaraq, 1.000 (bir min) manat olaraq müəyyənləşdirilmişdir. Məhkəməyə təqdim olunmuş 12.03.2021-ci il tarixli, 32 nömrəli ödəniş tapşırığından məlum olur ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin bank hesabına 1.000 manat köçürülmüşdür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmət haqqını ödəməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 12.08.2020-ci il tarixli, PRF-20/016 saylı müqavilədən və ona əlavə edilmiş qiymətlərin razılaşdırma protokolundan irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 12.429,53 manat tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçı iddia tələbində 1.000 manat məbləğində hüquqi xidmət haqqının ödənilməsini də tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, 01.02.2021-ci il tarixli, hüquq xidmətlərinin göstərilməsinə dair müqavilənin 3.1-ci bəndinə əsasən birinci instansiya məhkəməsində xidmət haqqı 1.000 manat göstərilsə də, qeyd olunan müqavilənin hazırki işə tətbiq edilməsi düzgün hesab edilə bilməz. Belə ki, müqavilənin 2.1.1-ci bəndində iddiaçı qismində Cavabdeh MMC, cavabdeh qismində isə İddiaçı MMC göstərilmişdir. Hazırki mülki iş üzrə isə iddiaçı qismində İddiaçı MMC, Cavabdeh MMC-dir. Bu baxımdan sübut qismində məhkəməyə təqdim edilmiş 12.03.2021-ci il tarixli ödəniş tapşırığı da, ödənilmiş məbləğin hazırki iş mülki üzrə hüquqi yardım üzrə vəkilə ödənilməsini təsdiqləyən hal kimi qiymətləndirilə bilməz. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh MMC-dən əsas borc üzrə 12.429,53 (on iki min dörd yüz iyirmi doqquz manat, əlli üç qəpik) manat dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən əsas borc üzrə 12.429,53 (on iki min dörd yüz iyirmi doqquz manat, əlli üç qəpik) manat dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1928/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1928/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver