Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1928/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" firmasına qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, dövlət rüsumu ) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin cavabdeh "xxxx" firmasına qarşı “müqavilə üzrə pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Firması – dən 1621.24 manat əsas borc, 40 manat dəbbə pulu,cəmi 1661.24 manatın və 36.61 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC – yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Firması ilə İddiaçı MMC arasında 08nömrəli, xx.xx.2020 - ci il tarixli müqavilə bağlanmıdır. Həmin müqaviləyə əsasən, cavabdeh İddiaçı MMC – dən tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında xx.xx.2021-ci ildə 3269.51 AZN dəyərində"xxxx" Firmasının İddiaçı MMC-ə borcunun olması barədə “tərəflərin qarşılıqlı üzləşdirilməsi” aktı bağlanmışdır. Həmin aktdan sonra bir sıra ödənişlər və satışlar hələ də davam etmiş, nəhayət xx.xx.2023-cü ildə Tərəflərin qarşılıqlı üzləşdirilməsi aktına əsasən, Cavabdeh "xxxx" Firmasının İddiaçı MMC-ə 1621.24 AZN borcunun olması Cavabdehin möhürlü imzası ilə təsdiq edilmişdir. Bu üzləşmədən sonra heç bir ödəniş şirkətə edilməmişdir. Müqavilənin 11-cimaddəsinə əsasən, Mübahisəliməsələ Hazırki Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Cavabdehin müqavilə üzrə İddiaçı MMC – yə 1621.24 manat əsas borc, 40 manat dəbbə pulu, cəmi 1661.24 manat məbləğində borcun olmasımüəyyən edilmişdir. Lakin bugünə kimi cavabdeh tərəfindən İddiaçı MMC – yə ödəniş edilməmişdir. Əlavə olaraq tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı – satqı münasibətləri davam etmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı MMC ilə cavabdeh "xxxx" firması arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən:
5. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində X2 müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıa ödəməyi öhdəsinə götürür.
6. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X1 müəyyən edilir.
7. Müqavilənin 2.3-cü bəndinə əsasən Satıcı Malın verildiyi məqamda Alıcının ona məlum olmuş tələbatını nəzərə almaqla Alıcıya malı müəyyən bir çeşiddə və ya çeşidlərdə verə bilər.
8. Müqavilənin 3.1-ci bəndinə əsasən Satıcı bu Müqavilə imzalandığı tarixdən 30 təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda keyfiyyətli Malı Alıcının səlahiyyətləri qanunvericiliklə nəzərdə tutlmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verir.
9. Müqavilənin 4.2-ci bəndinə əsasən X2 bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəmək alıcının öhdəlikləri kimi nəzərdə tutulmuşdur.
10. Müqavilənin 5.1-ci bəndinə əsasən Bu müqavilə qüvvəyə mindikdən sonra Satıcı Alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı Malı qayimə - faktura əsasında Alıcıya təhvil verir.
11. Müqavilənin 5.2-ci bəndinə əsasən Mal qayimə - faktura üzrə Alıcıya verildiyi andan malların təsadüfən məhv olması və ya zədələnməsi riski onun üzərinə düşür.
12. Müqavilənin 5.3-cü bəndinə əsasən Bu müqaviləyə əsasən Mal Alıcıya verildiyi andan onun mülkiyyəti hesab olunur.
13. Müqavilənin 5.4-cü bəndinə əsasən Malın miqdarı, çeşidi, keyfiyyəti barədə müqavilə şərtləri pozulduqda, Alıcı, həmin pozuntuların aşkar edildiyi, yaxud, malın xarakterinə və təyinatına görə aşkar edilməli olduğu vaxtdan etibarən üç ay müddətində bu barədə Satıcıya xəbər verməlidir.
14. Müqavilənin 6.2-ci bəndinə əsasən Alıcı qayimə - faktura üzrə qəbul etdiyi Malın dəyərini qanunvericiliklə müəyyən edilmiş qayda ilə fakturada malın təslimi anında və ya Tərəflərin razılaşdırdığı başqa bir müddətdə, nisyə aldıqda isə fakturada göstərilən vədə tarixində Satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində Malın dəyəri ödənilmədikda Satıcı onun ödənilməsini Alıcıdan tələb etməyə haqlıdır.
15. Müqavilənin 8.2-ci bəndinə əsasən Alıcı X2n ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün Satıcıya vaxtında ödəmədiyi məbləğin 0.01%-i məbləğində dəbbə pulu ödəyir.
16. İddiaçı tərəfindən mal satışına dair xx.xx.2021-xx.xx.2022-ci illəri əhatə edən eqaimə tərtib edilərək qarşı tərəfə göndərilmişdir.
17. Borcların qarşılıqlı üzləşdirilməsi aktına əsasən "xxxx" firmasının xx.xx.2023-cü il tarixinə qarşılıqlı borcu 1621,24 manat müəyyən edilmişdir.
18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsnin 2.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində X2 müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıa ödəməyi öhdəsinə götürmüşdür.
27. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, borcların qarşılıqlı üzləşməsi aktı ilə təstiq olunduğu üçün 1621,24 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 1621,24 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1621,24 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
29. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 40 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
30. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
33. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından dəbbə pulu 40 manat məbləğində müəyyən edilməlidir.
34. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 36,61 manat dövlət rüsumu ödənilmişdir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 36,61 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
IV.Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" firmasından 1621,24 manat əsas borc, 40 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 36,61 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova