Məhkəmə qərarları › İş №e-2-2(113)-1933/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1933/2021

07.04.2021 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1933/2021 07.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 3144,56 manat, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2798,2 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 8778,46 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2503,99 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 6114,79 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 3144,56 manat məbləğində (o cümlədən, vergilər üzrə 2049,58 manat, faizlər üzrə 994,98 manat, maliyyə sanksiyası üzrə 100 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2798,2 manat məbləğində (o cümlədən, vergilər üzrə 1976,72 manat, faizlər üzrə 721,48 manat, maliyyə sanksiyası üzrə 100 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 8778,46 manat məbləğində (o cümlədən, vergilər üzrə 5787,56 manat, faizlər üzrə 2890,9 manat, maliyyə sanksiyası üzrə 100 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2503,99 manat məbləğində (o cümlədən, vergilər üzrə 1755,53 manat, faizlər üzrə 648,46 manat, maliyyə sanksiyası üzrə 100 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 6114,79 manat məbləğində (o cümlədən, vergilər üzrə 4404,43 manat, faizlər üzrə 1610,36 manat, maliyyə sanksiyası üzrə 100 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), vergi borcları vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********273400 saylı, xx.xx.2019-cu il tarixli **********274100 saylı, xx.xx.2019-cu il tarixli **********767600 saylı, xx.xx.2019-cu il tarixli **********368900 saylı, xx.xx.2019-cu il tarixli **********768300 saylı bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Ərizəçi məhkəmə iclasının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. İş üzrə ərizəçinin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki,ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Qeyd olunan Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 355-5.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 3144,56 manat, xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2798,2 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 8778,46 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2503,99 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 6114,79 manat vergi borcu vardır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı ərazi vergilər İdarəsinin ərizəsi təmin edilməli, Maraqlı şəxs ölkədən getmək hüququ icra orqanının rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 3144,56 manat, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2798,2 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 8778,46 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2503,99 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 6114,79 manat vergi borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-17, 355-17.1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı ərazi vergilər idarəsinin ərizəsi təmin edilsin. Maraqlı şəxs (doğulduğu tarix – xx xxxxxxx 1996-cı il, doğulduğu yer – Azərbaycan Respublikası, Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – 65RC78X5, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ 23340,0 manat məbləğində vergi borcu tam ödənilənədək məhdudlaşdırılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar