Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1935/2020 04.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Zeynalova Leyla Afiq qızının katibliyi , iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh - Cavabdehnə qarşı “pul tələbinə” dair işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı cavabdehdən ƏDV daxil 63.905,57 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Eyni zamanda iddiaçının və cavabdehin nümayəndəsi barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu ərizədə göstərmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Hazırda bir tərəfdən iddiaçı – İddiaçı MMC, digər tərəfdən cavabdeh - Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, qeyd olunan mübahisəni barışıq sazişi bağlamaq yolu ilə həll edilməsi barədə razılığa gələrək, aşağıdakı şərtlərlə Barışıq Sazişi (bundan sonra mətndə Saziş adlandırılacaq) imzalayırlar:
1. Tərəflər qəbul edirlər ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə cəmi ƏDV-siz borcu 54,157.28 (əlli dörd min yüz əlli yeddi manat, iyirmi səkkiz qəpik), ƏDV borcu isə 9,748.3 (doqquz min yeddi yüz qırx səkkiz manat, otuz qəpik) manat təşkil edir.
2. Cavabdeh MMC bu Sazişin 1-ci bəndində qeyd edilmiş 54,157.28 (əlli dörd min yüz əlli yeddi manat, iyirmi səkkiz qəpik) manat cəmi ƏDV-siz borcunun 11,157.28 (on bir min yüz əlli yeddi manat, iyirmi səkkiz qəpik) manatını, 9,748.30 (doqquz min yeddi yüz qırx səkkiz manat, otuz qəpik) manat cəmi ƏDV borcunun 2,008.30 (iki min səkkiz manat, otuz qəpik) manatını, bu saziş imzalandıqdan sonra 5 (beş) iş günü ərzində, yerdə qalan borcunu isə xx.xx.2021-ci tarixədək aşağıda göstərilən qaydada İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür: Ödəniş Ödəniş məbləği Ödəniş № Ödənişin son tarixi valyutası (ƏDV-siz) məbləği (ƏDV)
1 xx.xx.2020 manat 11,000.00 1980.00
2 xx.xx.2020 manat 11,000.00 1980.00
3 xx.xx.2020 manat 11,000.00 1980.00
4 xx.xx.2021 manat 10,000.00 1800.00
Cəmi məbləğ (manat) 7,740.00 43,000.00
3. Bu saziş imzalandıqdan sonra 2-2(103)-487/2020 saylı iş üzrə məhkəmə tərəfindən qəbul edilmiş iddianı təmin etmə tədbirinin ləğv olunması ilə bağlı Cavabdehin məhkəmədən xahişinə İddiaçı MMC etiraz etməyəcəyini qəbul edir.
4. Cavabdeh bu Sazişin 2-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə və ya qismən icra edərsə, İddiaçı gecikdirilmiş borcun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə, məhkəməyə müraciət edəcəkdir.
5. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclərini özü ödəyir
6. Bu Saziş Azərbaycan dilində 3 (üç) nüsxədən ibarət şəkildə tərtib olunub. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. Nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə müvafiq məhkəmədə qalır. Məhkəmə iclasında tərəflərin nümayəndələri ayrı-ayrılıqda bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iddiaərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərinnümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisə üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və mülki iş üzrə icraata xitam verilsin: Bir tərəfdən iddiaçı – İddiaçı MMC, digər tərəfdən cavabdeh - Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, qeyd olunan mübahisəni barışıq sazişi bağlamaq yolu ilə həll edilməsi barədə razılığa gələrək, aşağıdakı şərtlərlə Barışıq Sazişi (bundan sonra mətndə Saziş adlandırılacaq) imzalayırlar: 1.Tərəflər qəbul edirlər ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə cəmi ƏDV-siz borcu 54,157.28 (əlli dörd min yüz əlli yeddi manat, iyirmi səkkiz qəpik), ƏDV borcu isə 9,748.3 (doqquz min yeddi yüz qırx səkkiz manat, otuz qəpik) manat təşkil edir.
2. Cavabdeh MMC bu Sazişin 1-ci bəndində qeyd edilmiş 54,157.28 (əlli dörd min yüz əlli yeddi manat, iyirmi səkkiz qəpik) manat cəmi ƏDV-siz borcunun 11,157.28 (on bir min yüz əlli yeddi manat, iyirmi səkkiz qəpik) manatını, 9,748.30 (doqquz min yeddi yüz qırx səkkiz manat, otuz qəpik) manat cəmi ƏDV borcunun 2,008.30 (iki min səkkiz manat, otuz qəpik) manatını, bu saziş imzalandıqdan sonra 5 (beş) iş günü ərzində, yerdə qalan borcunu isə xx.xx.2021-ci tarixədək aşağıda göstərilən qaydada İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür:
Ödəniş Ödəniş məbləği Ödəniş № Ödənişin son tarixi valyutası (ƏDV-siz) məbləği (ƏDV)
1 xx.xx.2020 manat 11,000.00 1980.00
2 xx.xx.2020 manat 11,000.00 1980.00
3 xx.xx.2020 manat 11,000.00 1980.00
4 xx.xx.2021 manat 10,000.00 1800.00
Cəmi məbləğ (manat) 7,740.00 43,000.00
3.Bu saziş imzalandıqdan sonra nin ləğv olunması ilə bağlı Cavabdehin məhkəmədən xahişinə İddiaçı MMC etiraz etməyəcəyini qəbul edir. 4.Cavabdeh bu Sazişin 2-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə və ya qismən icra edərsə, İddiaçı gecikdirilmiş borcun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə, məhkəməyə müraciət edəcəkdir. 5.Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclərini özü ödəyir 6.Bu Saziş Azərbaycan dilində 3 (üç) nüsxədən ibarət şəkildə tərtib olunub. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. Nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə müvafiq məhkəmədə qalır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytən Əliyeva