Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1937/2022 22.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Əli oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı xx.xx.2020-ci il tarixli, SL-166/20 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair ilkin, iddiaçı Cavabdeh QSC-nin İddiaçı MMCyə xx.xx.2020-ci il tarixli, SL166/20 saylı müqavilənin və xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 may 2020-ci il tarixli SL-166/20 saylı müqavilə üzrə 34.220 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh QSC-dən İddiaçı MMC-nin xeyrinə tutulması və ödənilmiş 400 manat məbləğində mediasiya xərci üçün ödənilmiş vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh QSC arasında 01 May 2020-ci il tarixli SL-166/20 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində, icraçı müqavilələrə dair təqdim olunmuş hesablara əsasən sifarişçiyə xidmətləri təhvil vermiş, sifarişçi isə xidmətləri qəbul etmiş və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 34.220 ABŞ dolları (ƏDV daxil olmaqla) öhdəlik yaranmışdır. Lakin cavabdeh "xxxx" QSC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, lakin "xxxx" QSC tərəfindən pretenziya məktubuna hər hansı cavab verilməmişdir. Bundan başqa, tərəflərindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və daha sonra Mediasiya Təşkilatına müraciət edilmişdir. Cavabdeh mediasiya prosesində iştirak etmiş və hər hansı öhdəliyinin olmamasını bildirmişdir. Bununla da, mediator tərəfindən MŞB/3-00409 saylı ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Qeyd olunan mediasiya üçün nəzərdə tutulan xərc, yəni 400 manat tərəflərindən ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh QSC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC və Cavabdeh QSC arasında bağlanmış 01 may 2020-ci il tarixli SL- 166/20 saylı müqavilənin və xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını və İddiaçı MMC-nin direktoru X4 və vətəndaş Nağıyev Elvinin (FİN:2QASQNO) hərəkətlərində cinayət ələmatləri aşkar edildikdə, barələrində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “SL Technology’' MMC-nin iddia ərizəsi ilə tanış olduqda bu əqdin və təhvil-təslim aktının etibarsız olduğu, Cəmiyyətlərinə bu kimi xidmətin göstərilmədiyi aşkar olmuşdur. Müqavilə şərtlərinə əsasən ödənişlər nağdsız qaydada aparılması göstərilsə də, iki il ərzində ünvanlarına adı çəkilən MMC-dən heç-bir “Elektron Qaimə” daxil olmadığı ona əsas verir ki, onlara qarşı irəli sürülən tələb tam əsassızdır. Eyni zamanda xx.xx.2020-ci il tarixli SL-166/20 nömrəli müqavilənin və xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı üzrə sadalanan xidmətlər göstərilməsi üçün İddiaçı MMC-nin o zaman Microsoft şirkətindən xüsusi lisenziya alan əməkdaşı belə olmamışdır və bu gün də yoxdur. Bu Microsoft şirkətindən aldıqları rəsmi cavab məktubu ilə də öz təsdiqini tapır. Bundan başqa o da təsdiq edilmişdir ki, İddiaçı MMC-nin “direktoru” X3 adlı şəxsin ailə sürücüsüdür və bu işlərdən ümumiyyətlə bixəbərdir. X1 məhkəmə prosesinə şəxsən gəlməsini və mübahisəyə aydınlıq gətirilməsi zərurəti vardır. Onların şirkətə göndərilən sənədlər buna heç bir səlahiyyəti olmadan (həmin şirkətdə çalışmayan) Nağıyev Elvinin (FİN:2QASQNO) adlı şəxs tərəfindən icra olunmuşdur. Bu faktlar vəsatətləri əsasında məhkəmə-xətşünaslıq ekspertizası zamanı da üzə çıxacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli № 4 “qərarının 6.10-cu bəndində deyilir; Əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli № 7 Qərarında məhz yuxarıda qeyd edilən forma və metodlarla törədilən dələduzluq çinayətlərini geniş şərh etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. İlkin iddia üzrə iddiaçı "xxxx" ММС-nin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə vermiş və mübahisəyə iddia müddəti kеçdiуindən qarşılıqlı iddianrn rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" QSC arasında xx.xx.2020-ci il tarixli SL-166/20 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Нəmin müqavilə üzrə хidmətlər göstərilmiş və tərəflər аrаsındа xx.xx.2020ci il tarixli təhvil-təslim aktı imzalanmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müqavilə bağlanıb və təhvil-təslim aktı imzalandığı tаriхdən 01 il 08 ау keçdikdən sоnrа müqavilənin etibarsızlığı barədə iddia qaldırmışdır. Hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbi üzrə müddəti ötürmüşdür. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Vəkil izahatında qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tam əsassızdır. Birincisi, ilkin iddia üzrə cavabdehin özünün hüquqi ünvanı ilə faktiki ünvanı fərqlidir. İkincisi elektron imza İddiaçı MMC-nin qanuni təmsilçisi tərəfindən 2022-ci ilin mart ayında əldə edilmişdir. Bu səbəbdən 2020-ci ildə elektron qaimələrin vurulması mümkün deyildir. Tərəflər arasında işlərin görülməsi barədə imzalanmış təhvil-təslim aktı olduğundan elektron qaimələrin olmasına zərurət də yoxdur. AR Ali Məhkəməsinin məlum qərarına əsasən müqavilə üzrə öhdəliklə bağlı mübahisəyə baxılan zaman məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması araşdırılır, bu səbəbdən qarşılıqlı iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Vəkil məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, xidmətlər İT sahəsində olan xidmətlərdir, bu xidmətləri xarici ölkədə olmaqla da həmin ölkədən başqa ölkədə olan hər hansı bir şirkət üçün göstərmək olar, bu xidmətin göstərilməsi üçün lisenziya tələb olunmur, Consulting xidmətləri olub. Xidmətlərə daxil ola bilər, hər hansı proqramın yazılması, yüklənməsi. İT sahəsində şirkətin qiymətləndirilməsi aparıla bilər. İT sahəsində mütəxəssis olmadığı üçün müqavilədə göstərilən microsoft miqrasiya xidmətlərinin, virtualizasiya və kiber təhlükəsizliyinin qiymətləndirilməsi xidmətləri barədə məlumatı yoxdur. Şirkətdə belə bir qayda var, işlərin təhvil-təslim aktı bağlanıbsa, digər sübutların toplanmasına zərurət olmur, bu baxımdan başqa sübutlar mövcud olmaya bilər. Azərbaycanda ən böyük data mərkəzi olan şirkətə İT sahəsində xidmətlə bağlı milyonluq müqavilələri olub. İT sahəsində mütəxəssis deyil, işlərin, xidmətlərin göstərilməsi hansı formada həyata keçirildiyini bilmir, təhvil-təslim aktı var, işlərin görüldüyünü sübut edir. 2020-ci ildə elektron qaimələrin verilməsi məcburi deyil idi, 2021-ci ilin axırları məcbur olub. İddiaçı MMC-nin milyonluq müqavilələrin icrası ilə bağlı qeyri-rəsmi işçiləri olub. Eyni zamanda göstərilən xidmətlərin görülməsi digər ölkədən VPN vasitəsilə də həyata keçirilə bilər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Əli oğlu ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdi. Ə.Mayıl məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, müqavilə imzalandığını inkar etmirlər, şirkətləri 25 ildir ki, İT bazarında lider şirkətdir, onların heç kimə borcları yoxdur, pretenziya məktubu daxil olanda məsələnin nə olduğunu araşdırdılar, araşdırma zamanı müəyyən edildi ki, bu müqavilə olubsa da onlar tərəfdən həmin müqaviləyə möhür vurulub, sonra qarşı tərəf qaytaracağını bildirsə də, sonradan belə bir xidmətlərin göstərilməsinə zərurət olmayıb. Onların bazada belə müqavilə olmayıb, onların adını unutduğu şirkətlə əməkdaşlıqları olub həmin şirkətin də rəhbəri Ziya müəllimdir, hesab edirlər ki, İddiaçı MMC ilə həmin şirkət arasında bağlılıq olub sığorta kimi bu müqavilə bağlanılıb. 400-ə yaxın əməkdaşı var, HP şirkətinin rəsmi distribütorudurlar, onların müqavilədə göstərilən və digər bu cür xidmətləri özləri göstərirlər, bir işçisi belə olmayan şirkətlə belə xidmətlərin göstərilməsinə zərurət və ehtiyac olmayıb. Şirkətləri İT sahəsində fəaliyyət göstərən şirkətdir, dövlət sirri ilə işləyən şirkətdir, elektron məhkəmə informasiya sisteminin, elektron notariat sisteminin təhlükəsizliyi ilə bağlı məsələri də onlar təmin edirlər, 1995-ci ildən fəaliyyət göstərirlər. Hər il onların şirkətdə beynəlxalq audit yoxlaması aparılır və şirkətin debitor və kreditor borcları müəyyən edilir, lazımdırsa həmin audit rəylərini təqdim edə bilər. Belə bir kredit borcları yoxdur. Sonuncu məhkəmə iclasında Ə.Mayıl müqaviləni imzalandıqdan sonra qarşı tərəfin həmin xidmətləri həyata keçirməsinə lisenziyasının olmaması aşkarlanmış və qarşı tərəfə həmin müqaviləni ləğv etdikləri bildirilmişdir. Təhvil-təslim aktı müqavilə ilə eyni vaxtda imzalanmışdır. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X8 izahatında Cavabdeh QSC-nin 1995-ci ildən fəaliyyət göstərdiyini və müqavildə qeyd olunan Microsoft miqrasiya xidmətləri, Microsoft bulud xidmətləri, Microsoft virtualizasiya və kiber təhlükəsizliyinin qorunması xidmətlərin göstərilməsi üçün kifayət qədər geniş heyətlərinin olduğunu, bu xidmətlərin göstərilməsi üçün kənardan kiminsə cəlb olunmasını düşünmədiyini bildirdi. E.Məmmədov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, bu xidmətlər daha çox müştərilərə göstərilir. Onların özlərində bu xidmətlər var. Microsoft bulud xidmətləri, Microsoft virtualizasiya və kiber təhlükəsizliyinin qorunması xidmətləri onlarda mövcuddur. Microsoft miqrasiya xidmətləri lazım olduğu zaman tətbiq edilir. İstənilən şirkət üçün köhnə versiyadan yeni versiyaya keçidlər – məlumatların daşınması zəruridir. Adətən VPN üzərindən konsultasiya üçün istifadə olunur. Heç bir şirkət razı olmur ki, uzaqdan qoşularaq xidmətlər yerinə yetirilsin. Bu proses texniki olaraq həm mümkündür, amma bu çox nadir hallarda olur. Microsoft virtualizasiya xidməti. Bu xidmət üzrə də bir server içində bir neçə serverin yaradılması əgər lazımi infrastruktur varsa mümkündür, yoxdursa mümkün deyil. Onlarda bu sistemlər onların İT departamentləri tərəfindən yaradılıb. O işə düzələndə artıq bu sistem mövcud idi. O 12 ildir ki, burada işləyir. Hər bir neçə ildən bir versiyalar düzəldilir. Bu sistemin nə vaxt və kim tərəfindən yaradıldığını aktlaşdırma aparılıbsa müəyyən etmək olar. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddiaçı, qarşılıqlı iddiaçının qanuni təmsilçisi Əlibala Əliyev izahatında bildirmişdir ki, 4 ildir ki, İddiaçı MMC-nin direktorudur. Cavabdeh QSC ilə müqaviləni özü imzalamışdır. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, bir müddət “Softlayn” şirkətində satış nümayəndəsi vəzifəsində çalışmış. Hazırda RİSK şirkətində çalışır. 2020-ci ilin iyun ayında Cavabdeh QSC-nin əməkdaşı Elçin Məmmədov onunla əlaqə saxladı və bildirdi ki, 2020-ci ilin noyabr ayından etibarən cavabdehin üçüncü şəxslərə göstərdiyi lisenziyalı İT xidmətlərin götürülməsi üçün Microsoft şirkəti tərəfındən verilən 3 illik icazənin vaxtı uzadılmayacaq. Cavabdeh QSC həmin xidmətləri onların üzərindən göstərmək istəyirdi. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, danışıqlar onun poçt ünvanı vasitəsi ilə aparılıb. “Softlayn” şirkəti ilə Cavabdeh QSC arasında razılaşma əldə edildi və o imzalanmış müqaviləni Cavabdeh QSC-yə təqdim etdi. Daha sonra müqavilədə “Softlayn” şirkəti yerinə "SL Technology” MMC qeyd edildiyi bildirildi və bununla bağlı Cavabdeh QSC müqaviləni ləğv edəcəyini onlara bəyan etdi. O sadəcə ona verilən müqavilə BestComp Group” QSC-yə yönəltmişdir. İddiaçı MMC ilə əvvəl müqavilə bağlamışlar. Xidmətlərin görülüb-görülməməsi barədə məlumatı yoxdur. Ümumilikdə 3 il, müzakirə edilən məsələdən sonra bir il yarım “Softlayn” şirkətində çalışmışdır. Ona bildirdilər ki, müqavilə cırılıb-atılıb. Müqavilədə Microsoft xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. Konkret hansı xidmətlər qeyd olunmduğunu xatırlamır. Lakin həmin xidmətlərin göstərilməsi üçün lisenziya zəruridir. “Softlayn” şirkətinin həmin xidmətləri göstərə biləcək mütəxəssisləri var. Lakin "SL Technology” MMC-nin yoxdur. Müqavilədən başqa təhvil-təslim aktı da göndərmişdi. Təhvil-təslim aktını müqavilə ilə birgə təqdim etmək onların şərti, xidmət göstərildikdən sonra vəsaitin ödənilməsinin qarantiyası idi. xx.xx.2021-ci il tarixdən “Softlayn” şirkətində çalışmır. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (icraçı) ilə Cavabdeh QSC (sifarişçi) arasında xx.xx.2020-ci il tarixdə SL-166/20 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə müqavilənin şərtlərinə uyğun olaraq icraçı bu müqavilənin 2.2-ci bəndində sadalanan xidmətləri sifarişçiyə təhvil verir. 2.2-ci bəndinə görə aşağıda sadalanan xidmətləri sifarişçiyə təvil vermək icraçının vəzifə öhdəliklərinə daxildir: - Microsoft miqrasiya xidmətləri - Microsoft bulud xidmətləri - Microsoft virtualizasiya və kiber təhlükəsizliyinin qiymətləndirilməsi xidmətləri 3.1-ci bəndinə görə hazırki müqavilənin 4-cü maddəsində qeyd olunmuş qaydada ödənişi həyata keçirmək sifarişçinin vəzifə öhdəliyidir. 4.1-ci bəndinə görə sifarişçi müqavilənin 2.2-ci bəndində sadalanan xidmətlərin alınması üçün müqavilə dəyəri olan 29.000 ABŞ dolları ƏDV xaric icraçıya ödəməlidir. 4.2-ci bəndinə görə məbləğ tam həcmdə 19 iyun 2021-ci il tarixinədək ödənilməlidir. 5.1-ci bəndinə görə müqavilə tərəflərin onu imzaladıqları gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öz öhdəliklərinin tam icra edilməsinədək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli “xx.xx.2020-ci il tarixli SL-166/20 saylı müqaviləyə” təhvil-təslim aktında xx.xx.2020-ci il tarixdə SL-166/20 saylı müqavilə üzrə xidmətlərin adı, qiyməti, görülməsi üçün sərf olunan vaxt göstərilmiş və ümumi dəyəri 34.220 ABŞ dolları(29.000 +5.220 ƏDV=34.220 ABŞ dolları) göstərilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 29.03-xx.xx.2022-ci il tarixli e-mail yazışmalarında Cavabdeh QSC-nin adından Elçin Məmmədov (Elektron ünvan 1) İddiaçı MMC-yə Qaçay Mirzəyevə (Elektron ünvan 2) müraciət edərək, İddiaçı MMC haqqında ətraflı, yəni, onların aktiv MS partnyorunun olduğunu və ya nə vaxtsa MS qeydlərinə müvafiq olaraq partnyor statusunun alınması barədə məlumat almaq istədiyini bildirmiş, müraciətə cavab olaraq Qaçay Mirzəyev (Elektron ünvan 2) Elçin Məmmədova (Elektron ünvan 1) bildirmişdir ki, Microsoftun halhazırda ABŞ və Hindistanda belə partnyoru var (onlar Azərbaycanda heç bir partnyor təyin etməmişlər). Şifahi olaraq təsdiqlənib ki, Azərbaycanda olan hər hansı layihə üçün onlara heç vaxt MAF (partnyor üçün təsdiqləmə) təmin etməmişlər, Microsoft 2020-ci ildə PartnerOne-a keçid etmiş və buna görə də cari hesabatlarda köhnə məlumatlar görünmür. xx.xx.2020-ci il tarixli e-mail yazışmalarından görünür ki, “Softline” şirkətinin əməkdaşı Rinat Mustafayev (Elektron ünvan 3) tərəfindən Cavabdeh QSC-nin nümayəndəsi Elçin Məmmədova (mailto:mr.fault@gmail.comElektron ünvan 4) İddiaçı MMC ilə Cavabdeh QSC arasında SL-166/20 saylı müqavilənin və xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının mətni göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 03 fevral 2022-ci il tarixli pretenziya məktubu ilə müraciət edilərək, 34.220 ABŞ dolları məbləğində pul vəsaitinin tərəflərindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 20/05 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli SL-166/20 saylı müqaviləyə əsasən onların İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində olan e-qaimə sisteminə İddiaçı MMC-dən heç bir qaimə-faktura daxil olmayıb. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (icraçı) və Cavabdeh QSC (sifarişçi) arasında 01 May 2020-ci il tarixli SL-166/20 saylı xidmət müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC - Microsoft miqrasiya xidmətləri, Microsoft bulud xidmətləri, Microsoft virtualizasiya və kiber təhlükəsizliyinin qiymətləndirilməsi xidmətlərinin göstərilməsini, Cavabdeh QSC isə həmin xidmətlərin müqabilində ƏDV xaric 29.000 ABŞ dolları məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşlər. Bununla yanaşı tərəflər arasında “01 May 2020-ci il tarixli SL-166/20 saylı xidmət müqaviləyə təhvil-təslim aktı” adlı sənəd imzalanmış və həmin sənəddə müqavilə üzrə göstərilməsi nəzərdə tutulan xidmətin təsviri, xidmətin göstərilməsinə sərf olunan vaxt, qiymət və cəmi ödənilməli olan məbləğ göstərilmişdir. Hazırda ilkin İddiaçı MMC tərəflərindən həmin müqavilə üzrə ƏDV daxil 34.220 ABŞ doları dəyərində xidmətlərin göstərilməsini əsas göstərərək sözügedən məbləğdə pul vəsaitinin ilkin Cavabdeh QSC-dən tutulmasını tələb edir. Qarşılıqlı iddiaçı Cavabdeh QSC mübahisəli müqavilə üzrə hər hansı xidmətlərin göstərilməsini inkar edir və müqavilənin və “təhvil-təslim aktı”nın İddiaçı MMC tərəfdən səlahiyyətli şəxs tərəfindən imzalanmadığını əsas göstərərək müqavilə və təhvil-təslim aktının etibarsız hesab edilməsini xahiş edir. Hazırkı halda ilkin iddia tələbi üzrə məhkəmənin gəldiyi nəticə qarşılıqlı iddiaya baxılması nəticəsindən asılı olduğundan məhkəmə ilk növbədə qarşılıqlı iddiaya münasibət bildirilməsini zəruri sayır. Yuxarıda göstərildiyi kimi qarşılıqlı iddiaçı Cavabdeh QSC tərəfindən müqavilə və təhvil-təslim aktının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia həmin sənədlərin qarşı tərəf - İddiaçı MMC-nin adından səlahiyyətsiz şəxs tərəfindən imzalanması ilə əsaslandırılsa da, məhkəmə iclaslarında iştirak etmiş İddiaçı MMC-nin qanuni təmsilçisi Əlibala Əliyev müqavilənin və aktın onun tərəfindən imzalandığını təsdiq etmişdir. Bu halda isə müqavilənin başqa şəxs tərəfindən imzalanması ehtimal edilsə belə, səlahiyyətli şəxsin həmin müqavilənin və aktın imzalanmasını bəyənməsi açıq-aşkar olduğundan göstərilən hal həmin sənədlərin etibarsız hesab edilməsi üçün əsas vermir. Qarşılıqlı iddiaçının nümayəndəsinin müqavilənin və aktın etibarsızlığına əsas kimi istinad etdiyi sənədlərin formal olaraq bağlanması (yəni müqavilənin uydurma əqd olması), niyyətlərinin “Soflayn” şirkəti ilə müqavilə bağlamaq olması, müqavilənin İddiaçı MMC ilə bağlanmasından məlumatlı olmamaları (əqdin vacib əhəmiyyətli yanılma nəticəsində bağlanması) barədə dəlillərinə gəldikdə qarşılıqlı iddiaçı tərəfindən həmin halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, eləcə də sözügedən hallar məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Ümumiyyətlə, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edilməmişdir. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İlkin iddia ilə bağlı isə məhkəmə qeyd edir ki, ilkin iddiaçı ilkin cavabdehə mübahisəli müqavilə üzrə xidmət göstərilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli sənəd “təhvil-təslim aktı” adlandırılsa da, mahiyyət etibarilə göstərilməsi nəzərdə tutulan xidmətlərin adları, dəyəri və sərf olunması nəzərdə tutulan vaxtla bağlı məsələləri tənzimləyir. Belə ki, birincisi, məhkəmə iclasında dindirilmiş şahidin ifadələri və məhkəmə iclasında baxış keçirilmiş e-mail yazışmaları ilə həmin müqavilənin və təhvil-təslim aktının mətninin təsdiq edilməsi üçün eyni vaxtda - xx.xx.2020-ci il tarixdə təsdiq edilməsi üçün Cavabdeh QSCnin nümayəndəsinə göndərilməsi öz təsdiqini tapmışdır. Göstərilən hal isə ona dəlalət edir ki, həmin sənədlər üzərində fərqli tarixlər göstərilsə də, eyni vaxtda tərtib edilərək imzalanmışdır. Belə olan halda isə xidmətlərin göstərilməsi üçün 160 saat tələb edildiyini nəzərə alsaq, müqavilə ilə eyni vaxtda tərtib edilərək imzalanmış sənədin təhvil-təslim aktı olması ağlabatan görünmür. Bundan əlavə sözügedən sənəd “təhvil-təslim aktı” adlandırılsa da, sənədin məzmununda cədvəldə göstərilmiş xidmətlərin göstərilib başa çatması, eləcə də xidmətlərin sifarişçiyə təhvil verilməsini təsdiq edən ifadələr işlədilməmişdir. Digər tərəfdən ilkin iddiaçıya xidmətlərin göstərilməsi faktını təsdiq edən əlavə sənədlərin təqdim edilməsi təklif edilsə də, müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə ilkin iddiaçının nümayəndəsinin izahatı ilə təsdiq etmişdir ki, İddiaçı MMC-nin göstərilən xidmətləri yerinə yetirəcək rəsmi işçisi olmamış, eləcə də şirkətin və ya onun işçilərinin Microsoft şirkəti tərəfindən verilmiş müqavilədə göstərilən xidmətlərin göstərilməsinə icazə sənədi olmamışdır. Bununla yanaşı ilkin iddiaçının nümayəndəsi verdiyi izahatda müvafiq xidmətlərin hansı ünvanda, hansı kompyuterlərə (kompyuter şəbəkəsinə) göstərilməsini dəqiq göstərə bilməmiş, eləcə də xidmətlərin xarici dövlətdə yaşayan mütəxəssislər tərəfindən VPN üzərindən yerinə yetirilməsini iddia etsə də, tərəflər arasında xidmətlərin iddia edilən formasa göstərilməsinə dəlalət edən yazışmaların aparılmasını, o cümlədən göstərilən xidmətlərin şəbəkə vasitəsilə göstərilməsi üçün zəruri olan məlumatları (kompyuterlərin İP adresi və s.) ilkin cavabdeh tərəfindən onlara təqdim edilməsini təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Odur ki, ilkin iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə xidmətlərin göstərilməsi iş materialları ilə öz təsdiqini tapmadığından həmin xidmətlərə görə haqqın tutulması tələbinə dair ilkin iddia əsassız olmaqla rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Odur ki, hazırkı halda hər iki iddia rədd edildiyindən iddialar verilərkən çəkilmiş məhkəmə xərcləri müvafiq olaraq iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı xx.xx.2020-ci il tarixli, SL-166/20 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh QSC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli, SL-166/20 saylı müqavilənin və xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1937/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1937/2022
22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver