Məhkəmə qərarları › İş №e-2-2(113)-1939/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1939/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1939/2020 04.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X2 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1 Company” MMC-yə pul vəsaitinin tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “X1 Company” MMC-yə qarşı pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi X4 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Tərəflər qəbul edirlər ki, “X1 Company” MMC-nin İddiaçı MMC-yə cəmi ƏDV-siz borcu 14,265.00 (on dörd min iki yüz altmış beş manat, sıfır qəpik), ƏDV borcu isə 3,524.09 (üç min beş yüz iyirmi dörd manat, doqquz qəpik) manat təşkil edir.

2. “X1 Company” MMC bu Sazişin 1-ci bəndində qeyd edilmiş 14,265.00 (on dörd min iki yüz altmış beş manat, 00 qəpik) manat cəmi ƏDV-siz borcunun 4,000.00 (dörd min manat, sıfır qəpik) manatını, 3,524.09 (üç min beş yüz iyirmi dörd manat, doqquz qəpik) manat cəmi ƏDV borcunun 1.220.00 (min iki yüz iyirmi manat, sıfır qəpik) manatını, bu saziş imzalanan gün, yerdə qalan borcunu isə xx.xx.2020-ci tarixədək aşağıda göstərilən qaydada İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür: Ödənişin son tarixi xx.xx.2020-ci il üçün ƏDV-siz 4.000,00 manat, ödəniş məbləği (ƏDV) 780,00 manat; ödənişin son tarixi xx.xx.2020-ci il üçün ƏDV-siz 3.265,00 manat, ödəniş məbləği (ƏDV) 784,09 manat; ödənişin son tarixi xx.xx.2020-ci il üçün ƏDV-siz 3.000 manat, ödəniş məbləği (ƏDV) 740,00 manat; cəmi ƏDV-siz 10.265,00 manat; ödəniş məbləği (ƏDV) 2.304,09 manat.

3. Bu saziş imzalandıqdan sonra e-2-2(113)-1939/2020 saylı iş üzrə məhkəmə tərəfindən qəbul edilmiş iddianı təmin etmə tədbirinin ləğv olunması ilə bağlı cavabdehin məhkəmədən xahişinə İddiaçı MMC etiraz etməyəcəyini qəbul edir.

4. Cavabdeh bu Sazişin 2-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə və ya qismən icra edərsə, İddiaçı gecikdirilmiş borcun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə, məhkəməyə müraciət edəcəkdir.

5. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclərini özü ödəyir.

6. Bu Saziş Azərbaycan dilində 3 (üç) nüsxədən ibarət şəkildə tərtib olunub. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. Nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə müvafiq məhkəmədə qalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1 Company” MMC-yə pul vəsaitinin tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.Tərəflər qəbul edirlər ki, “X1 Company” MMC-nin İddiaçı MMC-yə cəmi ƏDV-siz borcu 14,265.00 (on dörd min iki yüz altmış beş manat, sıfır qəpik), ƏDV borcu isə 3,524.09 (üç min beş yüz iyirmi dörd manat, doqquz qəpik) manat təşkil edir. 2.“X1 Company” MMC bu Sazişin 1-ci bəndində qeyd edilmiş 14,265.00 (on dörd min iki yüz altmış beş manat, 00 qəpik) manat cəmi ƏDV-siz borcunun 4,000.00 (dörd min manat, sıfır qəpik) manatını, 3,524.09 (üç min beş yüz iyirmi dörd manat, doqquz qəpik) manat cəmi ƏDV borcunun 1.220.00 (min iki yüz iyirmi manat, sıfır qəpik) manatını, bu saziş imzalanan gün, yerdə qalan borcunu isə xx.xx.2020-ci tarixədək aşağıda göstərilən qaydada İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür: Ödənişin son tarixi xx.xx.2020-ci il üçün ƏDV-siz 4.000,00 manat, ödəniş məbləği (ƏDV) 780,00 manat; ödənişin son tarixi xx.xx.2020-ci il üçün ƏDV-siz 3.265,00 manat, ödəniş məbləği (ƏDV) 784,09 manat; ödənişin son tarixi xx.xx.2020-ci il üçün ƏDV-siz 3.000 manat, ödəniş məbləği (ƏDV) 740,00 manat; cəmi ƏDV-siz 10.265,00 manat; ödəniş məbləği (ƏDV) 2.304,09 manat.

3. Bu saziş imzalandıqdan sonra e-2-2(113)-1939/2020 saylı iş üzrə məhkəmə tərəfindən qəbul edilmiş iddianı təmin etmə tədbirinin ləğv olunması ilə bağlı cavabdehin məhkəmədən xahişinə İddiaçı MMC etiraz etməyəcəyini qəbul edir.

4. Cavabdeh bu Sazişin 2-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə və ya qismən icra edərsə, İddiaçı gecikdirilmiş borcun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə, məhkəməyə müraciət edəcəkdir.

5. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclərini özü ödəyir.

6. Bu Saziş Azərbaycan dilində 3 (üç) nüsxədən ibarət şəkildə tərtib olunub. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. Nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə müvafiq məhkəmədə qalır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar