Məhkəmə qərarları › İş №e-2-2(113)-1940/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1940/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1940/2020 26.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim (Azərbaycan)” ASC Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2017ci il tarixində bağlanmış 2016-2264 501505 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh “xxxx” MMC tərəfindən iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin xeyrinə 3439,1 (üç min dörd yüz otuz doqquz manat on qəpik) məbləğində əsas borcun, 3748,6 (üç min yeddi yüz qırx səkkiz manat altmış qəpik) manat cərimə məbləğinin, cəmi 7187,7 (yeddi min yüz səksən yeddi manat yetmiş qəpik) manat məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 (otuz) manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə və barışıq sazişi təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayndəsi barışıq sazişinin şərtləri ilə razı olduqlarını və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş, xx.xx.2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Cavabdeh 3439,10 (üç min dörd yüz otuz doqquz manat on qəpik) manat pul məbləğini (əsas borcu) iki bərabər hissədə aşağıdakı tarixlərədək iddiaçıya ödəyir: xx.xx.2020-ci il tarixinədək-1719,5 manat xx.xx.2020-ci il tarixinədək-1719,5 manat. 1.2. Bu barışıq sazişinin 1.1-ci maddəsində müəyyən olunmuş qaydada əsas borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənilməsindən sonra, cavabdehin iddiaçı qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və iddiaçı cavabdehə qarşı iddia tələbindən imtina etməyi öhdəsinə götürür. 1.3 Cavabdeh tərəfindən ödəniş bu Barışıq Sazişinin 1.1-ci maddəsində göstərilən şərtlərə əsasən (müvafiq tarixədək müvafiq vəsaitin ödənilməsi) həyata keçirilmədikdə iddiaçı ona ödənilməmiş əsas borcun və 3748,60 manat cərimə məbləğinin ödənilməsi məqsədi ilə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.1. Cavabdeh 3439,10 (üç min dörd yüz otuz doqquz manat on qəpik) manat pul məbləğini (əsas borcu) iki bərabər hissədə aşağıdakı tarixlərədək iddiaçıya ödəyir: xx.xx.2020-ci il tarixinədək-1719,5 manat xx.xx.2020-ci il tarixinədək-1719,5 manat. 1.2. Bu barışıq sazişinin 1.1-ci maddəsində müəyyən olunmuş qaydada əsas borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənilməsindən sonra, cavabdehin iddiaçı qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və iddiaçı cavabdehə qarşı iddia tələbindən imtina etməyi öhdəsinə götürür. 1.3 Cavabdeh tərəfindən ödəniş bu Barışıq Sazişinin 1.1-ci maddəsində göstərilən şərtlərə əsasən (müvafiq tarixədək müvafiq vəsaitin ödənilməsi) həyata keçirilmədikdə iddiaçı ona ödənilməmiş əsas borcun və 3748,60 manat cərimə məbləğinin ödənilməsi məqsədi ilə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. İddiaçı “Holcim (Azərbaycan)” ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar