Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1941/2021 17.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən yaranmış 7 077,65 AZN məbləğində əsas borcun, 3 609,60 AZN cərimə borcunun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə (bundan sonra Alıcı) İddiaçı (əvvəlki adı “X5”MMC) (bundan sonra Satıcı) arasında bağlanmış 15.09.2018-ci il tarixli, 485 saylı Alqı-satqı müqaviləsinə əsasən, Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (SpesiLikasiya aktı) adları göstərilən malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. TərəLimizdən üzərimizə götürdüyümüz öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC “xxxx” MMC-dən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 7077,65 (yeddi min yetmiş yeddi manat, altmış beş qəpik) AZN məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Elektron vergi sistemindən təqdim edilmiş 021645, 364733, 626973, 783240, 104721, 895096, 189627, 805156, 319158, 019450, 517470 nömrəli elektron qaimə-faktura sənədlərinə əsasən, Cavabdeh MMC-ə 26.11.2019-cu il tarixdən 07.04.2020-ci il tarixinədək 7 795.74 AZNməbləğində (ƏDV daxil)mal təhvil verilmişdir. Alqı-satqı Müqaviləsi imzalandıqdan sonra “Alıcı”nın sifariş verdiyi mallar tam və vaxtında ona təhvil verilmişdir. Alqı-satqı mübadiləsi başa çatdıqdan sonra tərəflər ümumi qalıq borcun dəqiqləşdirilməsi və təsdiqlənməsi məqsədilə yekun əmridşəlzü“ akt”ı imzalamışlar. 24.09.2019-cu il tarixində imzalanmış əmridşəlzü“ akt”ına əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə əsas məbləğdən 5 998,00 AZN, ƏDV məbləğindən isə 1 079,65 AZN olmaqla, ümumilikdə 7 077.65 AZN məbləğində borcunun olduğu müəyyən edilmiş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdehə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar və müraciətlər edilsə də öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. 08.10.2020-ci il tarixində Cavabdeh MMC-nin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilmiş və qalıq borcun 15 gün ərzində ödənilməsi tələb olunmuşdur. Lakin münasibatlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Məhkəmə iclasında iştirakı edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan Cavabdeh ilə (bundan sonra Alıcı) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı “X5”MMC) (bundan sonra Satıcı) arasında bağlanmış 15.09.2018-ci il tarixli, 485 saylı Alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (SpesiLikasiya aktı) adları göstərilən malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan 24.09.2020-ci il tarixli üzləşmə aktına əsasənCavabdeh həmin tarixə 7077,65 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində əsas borcun tələb edilməsi hissəsində yuxarıda qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında 15.09.2018-ci il tarixli, 485 saylı Alqı-satqı müqaviləsi bağlanaraq öhdəlik münasibətləri yaranmış, iddiaçı həmin müqavilə üzrə cavabdehə malları satmış, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliyini pozmuşdur. Cavabdeh 24.09.2020-ci il tarixli üzləşmə aktını imza etməklə 7077,65 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cərimə borcunun tutulması hissəsində iddia qismən əsaslıdır. Belə ki, hazırki iş üzrə iddiaçı alğı-satqı müqaviləsinin 6.2-ci bəndinə yəni, malların dəyərinin ödənilməsinin hər gecikdirilmiş gün üçün, malların dəyərinin ödənilməyən dəyərinin 0,1 faiz məbləğində cərimə ödənilməsinə istinad edərək 3609,60 manat cərimə borcu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 7077,60 manat olan əsas borcuna münasibətdə iddiaçı 3609,60 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmə hesab edir ki, həmin məbləğin əsas borca mütənasib deyil və məhkəmə cərimə məbləğinin 600 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia qismən təmin edilsin. 7077,60 manat olan əsas borc, 600 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 7707,60 (yeddi min yeddi yüz yeddi manat, altmış qəpik) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1941/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1941/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver