Məhkəmə qərarları › İş №e-2-2(113)-1942/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1942/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1942/2021 04.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 10796,95 (on min yeddi yüz doxsan altı manat doxsan beş qəpik) manat və gecikmə tarixlərinə görə 1619,54 (min altı yüz on doqquz manat əlli dörd qəpik) manat olmaqla, cəmi 12416,49 (on iki min dörd yüz on altı manat qırx doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında 07.06.2016-cı il tarixdə 23/2016 saylı mal alqı-satqısı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən İddiaçı MMC müxtəlif vaxtlarda Cavabdeh MMC-yə mal satmışdır. Cavabdeh MMC aldığı malların dəyəri olan 10796,95 (on min yeddi yüz doxsan altı manat doxsan beş qəpik) manat borcu İddiaçı MMC-yə ödəməmişdir. Müqavilənin 6.2-ci bəndində göstərilmışdir ki, alıcı aldığı malın dəyərini 30 gün müddətində ödəməlidir. Həmin müqavilənin 8.2-ci maddəsində göstərilmişdir ki, alıcı ödəməni vaxtında yerinə yetirməzsə, gecikən hər gün üçün qalan məbləğin 0,1% məbləğində cərimə ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqla qalan borcu ödəməsi barədə müraciət etsələr də, cavabdeh borcu ödəməmişdir. Cavabdehin İddiaçı MMC-yə olan əsas borcu 10796,95 (on min yeddi yüz doxsan altı manat doxsan beş qəpik) manat və gecikmə tarixlərinə görə (hər gün üçün hesablanmaqla) cəmi 1619,54 manat, ümumilikdə borcu isə 12416,49 manat təşkil edir. Gecikmə faizi olaraq borc 28.08.2020-ci il tarixdən 28.01.2021-ci il tarixədək hesablanmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində «Cavabdeh” MMC arasında bağlanmış 07.06.2016-cı il tarixli, 23/2016 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya verməyi, alıcı isə məhsulu qəbul edərək onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 6.1-ci bəndinə uyğun olaraq bu müqaviləyə əsasən satılan malın hər bir vahidini və ƏDV-ni nəzərə almaqla malın satış qiyməti razılaşdırma protokolu ilə müəyyən edilir. Malların qiymətinin sonradan azaldılması və ya artması yenidən hesablaşmaya səbəb olur; 6.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini 30 gün ərzində satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır; 8.2-cü bəndinə əsasən alıcı ödəməni vaxtında yerinə yetirməzsə, gecikən hər gün üçün qalan məbləğin 0,1% məbləğində cərimə ödəməlidir. - 17.09.2018-17.10.2019 dövrü üzrə İddiaçı MMC ilə «Cavabdeh” MMC arasında bağlanmış üzləşmə aktından görünür ki, «Cavabdeh” MMC-nin 17.10.2019-cu il tarixə İddiaçı MMC-yə 23110,7 (iyirmi üç min yüz on manat yetmiş qəpik) manat borcu vardır. - İddiaçı MMC tərəfindən 22.05.2019-cu il tarixli, EBAK seriyalı, 258600 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 479,38 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 22.05.2019-cu il tarixli, EBAK seriyalı, 244852 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 584,10 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 22.05.2019-cu il tarixli, EBAK seriyalı, 185583 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 3204,47 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 30.06.2019-cu il tarixli, EBAL seriyalı, 754178 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 287,63 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 13.07.2019-cu il tarixli, EBAM seriyalı, 293398 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 1665,22 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 16.07.2019-cu il tarixli, EBAM seriyalı, 362431 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 977,04 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 28.07.2019-cu il tarixli, EBAM seriyalı, 812866 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 383,50 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 31.07.2019-cu il tarixli, EAAX seriyalı, 904483 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 649 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 31.07.2019-cu il tarixli, EAAX seriyalı, 805026 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 4286,06 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 27.08.2019-cu il tarixli, EAAY seriyalı, 847354 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 4203,16 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 05.09.2019-cu il tarixli, EAAZ seriyalı, 404845 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 383,50 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 17.09.2019-cu il tarixli, EAAZ seriyalı, 905584 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 2466,67 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 24.09.2019-cu il tarixli, EBAA seriyalı, 267424 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 1220,12 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 24.09.2019-cu il tarixli, EBAA seriyalı, 137532 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 292,05 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 24.09.2019-cu il tarixli, EBAA seriyalı, 270395 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 142,13 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 14.10.2019-cu il tarixli, EBAB seriyalı, 015305 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 575,25 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 21.10.2019-cu il tarixli, EBAB seriyalı, 411823 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 3278,46 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 22.11.2019-cu il tarixli, EBAC seriyalı, 816951 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 69,62 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 25.11.2019-cu il tarixli, EBAC seriyalı, 898042 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 575,25 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 27.11.2019-cu il tarixli, EBAD seriyalı, 071184 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 575,25 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 30.11.2019-cu il tarixli, EBAD seriyalı, 215112 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 227,27 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 06.12.2019-cu il tarixli, EBAD seriyalı, 392786 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 2101,58 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən 30.12.2019-cu il tarixli, EBAE seriyalı, 615089 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 1553,47 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanan 16.09.2020-ci il tarixli, SK/48M/2020 nömrəli məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla «Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilərək 19056,95 manat borcun ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 07.06.2016-cı il tarixdə bağlanan alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya ödənilməmiş 10796,95 borcu yaranmışdır. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş üzləşmə aktı və elektron qaimələrlə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən borca görə 10796,95 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia ərizəsində 10796,95 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 1619,54 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh «Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətindən 10796,95 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11296,95 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 3 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 27 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 10796,95 manat (on min yeddi yüz doxsan altı manat doxsan beş qəpik) əsas borc, 500 (beş yüz) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 27 (iyirmi yeddi) manat olmaqla, cəmi 11323,95 manat (on bir min üç yüz iyirmi üç manat doxsan beş qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 3 (üç) manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar