Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1943/2025 14.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 44530,98 manat (qırx dörd min beş yüz otuz manat doxsan səkkiz qəpik) borcun və ödənilmiş 223,60 manat (iki yüz iyirmi üç manat altmış qəpik) dövlət rüsumunun, cəmi 44754,58 manat (qırx dörd min yeddi yüz əlli dörd manat əlli səkkiz qəpik) pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2025-ci il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:
1. Cavabdeh iddia ərizəsi üzrə iddia tələbini, yəni 35097,68 manat (otuz beş min doxsan yeddi manat, 68 qəpik) məbləği könüllü olaraq etiraf edir. Cavabdeh aşağıdakı cədvəl üzrə iddiaçıya ödəniş etməyi öhdəsinə götürür: xx.xx.2025-ci il- 6000.00 AZN (altı min manat, 0 qəpik)- bank hesabı xx.xx.2025-ci il- 6000.00 AZN (altı min manat, 0 qəpik)- bank hesabı xx.xx.2025-ci il- 6000.00 AZN (altı min manat, 0 qəpik)- bank hesabı xx.xx.2025-ci il- 6000.00 AZN (altı min manat, 0 qəpik)- bank hesabı xx.xx.2025-ci il- 6000.00 AZN (altı min manat, 0 qəpik)- bank hesabı xx.xx.2025-ci il- 5097,68 AZN (beş min doxsan yeddi manat, 68 qəpik)- bank hesabı.
2. İddiaçı cavabdehin etirafını qəbul edir və yuxarıda qeyd olunan cədvəl üzrə ödənişlər cavabdeh tərəfindən tam, vaxtında və düzgün qaydada həyata keçirildiyi təqdirdə iddiaçının cavabdehə qarşı e-2-2(113)-1943/2025 saylı kommersiya işi üzrə hər hansı əlavə iddia, tələb və şikayəti olmayacaqdır.
3. Tərəflər razılaşırlar ki, cavabdeh X4 üzrə öhdəliklərini pozaraq ödənişləri 3 (üç) təqvim günündən çox gecikdirdikdə, ödənişləri natamam etdikdə və ya ödənişlərin olunmasından açıq və ya dolayı yolla imtina etdikdə iddiaçının hüququ yaranır ki, o, X4nin məcburi qaydada icra olunması üçün Məhkəməyə ərizə ilə müraciət etsin.
4. X4 hər hansı hədə-qorxu, aldatma, zorakılıq və ya zorakılıq hədəsi və s. olmadan könüllü olaraq imzalanmış və qəbul edilmişdir.
5. X4 Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 1943/2025 kommersiya işi üzrə icraata xitam verilməsi üçün əsasdır.
6. X4 ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına uyğun olaraq tənzimlənəcəkdir.
7. X4 üzrə yaranmış mübahisələrə səlahiyyətli məhkəmə kimi Bakı Kommersiya Məhkəməsində baxılacaqdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Nağıyev və cavabdehin nümayəndəsi E.Məmmədov ayrı-ayrılıqda barışıq sazişinin şərtləri ilə tanış olduqlarını, hüquqi nəticələrinin onlara aydın olduqlarını bildirmiş, məhkəmədən barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, ödənilmiş 223,60 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:
1. Cavabdeh iddia ərizəsi üzrə iddia tələbini, yəni 35097,68 manat (otuz beş min doxsan yeddi manat, 68 qəpik) məbləği könüllü olaraq etiraf edir. Cavabdeh aşağıdakı cədvəl üzrə iddiaçıya ödəniş etməyi öhdəsinə götürür: xx.xx.2025-ci il- 6000.00 AZN (altı min manat, 0 qəpik)- bank hesabı xx.xx.2025-ci il- 6000.00 AZN (altı min manat, 0 qəpik)- bank hesabı xx.xx.2025-ci il- 6000.00 AZN (altı min manat, 0 qəpik)- bank hesabı xx.xx.2025-ci il- 6000.00 AZN (altı min manat, 0 qəpik)- bank hesabı xx.xx.2025-ci il- 6000.00 AZN (altı min manat, 0 qəpik)- bank hesabı xx.xx.2025-ci il- 5097,68 AZN (beş min doxsan yeddi manat, 68 qəpik)- bank hesabı.
2. İddiaçı cavabdehin etirafını qəbul edir və yuxarıda qeyd olunan cədvəl üzrə ödənişlər cavabdeh tərəfindən tam, vaxtında və düzgün qaydada həyata keçirildiyi təqdirdə iddiaçının cavabdehə qarşı e-2-2(113)-1943/2025 saylı kommersiya işi üzrə hər hansı əlavə iddia, tələb və şikayəti olmayacaqdır.
3. Tərəflər razılaşırlar ki, cavabdeh X4 üzrə öhdəliklərini pozaraq ödənişləri 3 (üç) təqvim günündən çox gecikdirdikdə, ödənişləri natamam etdikdə və ya ödənişlərin olunmasından açıq və ya dolayı yolla imtina etdikdə iddiaçının hüququ yaranır ki, o, X4nin məcburi qaydada icra olunması üçün Məhkəməyə ərizə ilə müraciət etsin.
4. X4 hər hansı hədə-qorxu, aldatma, zorakılıq və ya zorakılıq hədəsi və s. olmadan könüllü olaraq imzalanmış və qəbul edilmişdir.
5. X4 Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 1943/2025 kommersiya işi üzrə icraata xitam verilməsi üçün əsasdır.
6. X4 ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına uyğun olaraq tənzimlənəcəkdir.
7. X4 üzrə yaranmış mübahisələrə səlahiyyətli məhkəmə kimi Bakı Kommersiya Məhkəməsində baxılacaqdır. Cavabdeh MMC-dən 223,60 (iki yüz iyirmi üç manat altmış qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova