Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1947/2025 10.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1 və iddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndəsi, Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh Novruz oğluna qarşı əmlak tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ərizədə qeyd etdiyi daşınar əşyaların natura şəklində alınması, alınmalı əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakların dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yer və əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğ göstərilməklə Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi iddiaçı Bakı Kommersiya Məhkəməsinin icraatında olan digər işlə hazırkı işin bir icraatda baxılıb yekunlaşmasına razı deyildir. MPM-nin 43-cü maddəsinin tələblərinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Hazırkı məqamda hüquqlarını müdafiə etdiyi iddiaçının mövqeyini əsas götürərək bu işin digər işin icraatı ilə birləşdirilməsi haqqında məsələyə razı deyillər və təqdim edilmiş sənədlərlə hazırkı işə ayrıca icraatda baxılıb qiymət verilməsinin tərəfdarıdırlar. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi T.Mamedov hazırki işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-375/2025 saylı işlə bir icraatda birləşdirilməsinə etiraz etdiklərini bildirərək, işlərin ayrı icraatda baxılaraq yekunlaşdırılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi hazırki işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-375/2025 saylı işlə bir icraatda birləşdirilməsini xahiş edərək bildirmişdir ki, digər işdə onların vəsatətinə əsasən daşınar əmlakların da birgə əmlak olduğunu bildirərək qiymətləndirilməsini məhkəmədən xahiş etmişlər və qarşı tərəf buna etiraz etməmişdir. Həmin iş üzrə hazırkı iddiaçı Elman daşınar əmlaklarla bağlı MTT ilə məhkəməyə müraciət etdi, lakin MTT rədd edilmişdir. Həmin qərardaddan şikayət verildikdə apellyasiya məhkəməsinin qərardadına əsasən ərizə qismən təmin edilərək, həmin daşınar əmlaklar üzrə sərəncam vermə hüququ məhdudlaşdırılmışdır. Bütün proseslərdə Elman heç zaman daşınar əmlakların məhz yalnız ona məxsus olduğunu bildirməmişdir. Tərəfin iddia ərizəsində qeyd etdiyi əmlakların 80%-i 2013-cü ildən kompleksdədir. Hazırki işin birlikdə baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatında eyni tərəflərin iştirak etdiyi işlə bir icraatda birləşdirilməsi zəruridir. Hər iki işin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-375/2025 saylı işlə bir icraatda birləşdirilməlidir. Çünki Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-375/2025 saylı iş üzrə iddia tələbində İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən onun və Cavabdeh Novruz oğlunun ½ hissə olmaqla, paylı mülkiyyətdə olan, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 2825.5 kv.m olan qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisənin – “Əzizə” şadlıq sarayının) açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olan pul vəsaitinin aralarında bərabər şəkildə (paylara mütənasib şəkildə ½ hissə olmaqla) bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin həmin iş üzrə təyin edilmiş ekspertizada hazırkı iş üzrə iddianın predmeti olan əmlakların da qiymətləndirilməsi üzrə sual qoyulmuşdur. Beləliklə işlərin bir-biri ilə əlaqəli olduğunu və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmasının zəruri olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ioddiaçı İddiaçı Cavabdeh Novruz oğluna qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin bərabər şəkildə bölünməsi tələbinə dair (İş № e-2-2(113)-375/2025) iddia ərizəsi icraata ilkin qəbul edildiyindən hazırkı iş həmin işlə bir icraatda birləşdirilməlidir. Çünki iddia ərizələrinin məzmunundan iddialar arasında qarşılıqlı əlaqənin mövcud olduğu, iddiaçı və cavabdehin eyni şəxslər olduğu, hər iki iş üzrə iddiaçının əsaslandığı halların oxşar olduğu görünür, buna görə məhkəmə prosessual qənaət baxımından hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılması məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3 və 169.4-cü maddələrinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 268-269–cu maddələrini rəhbər tutaraq, qərar verdi: İddiaçı Cavabdeh Novruz oğluna qarşı əmlak tələbinə dair e-2-2(113)-1947/2025 saylı iş İddiaçı Cavabdeh Novruz oğluna qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin bərabər şəkildə bölünməsi tələbinə dair e-2-2(113)-375/2025 saylı işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1947/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1947/2025
10.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver