Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1952/2020 10.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər «X7 X2 X4 » Şirkətinin Azərbaycan Respublikasındakı filialı və X7 X2 X4 Şirkətinə qarşı borcun tutulması və zərərin ödənilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “xxxx” MMC) cavabdehlər «X7 X2 X4 » Şirkətinin Azərbaycan Respublikasındakı filialı və X7 X2 X4 Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ƏDV daxil 122069,11 manat borc məbləği və borcun vaxtında qaytarılmamasına görə 109854,00 manat miqdarında vurulmuş zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ƏDV daxil 122069,11 manat borc məbləği və borcun vaxtında qaytarılmamasına görə 109854,00 manat miqdarında dəbbə pulunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh «X7 X2 X4 » Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında xx xxxx 2015-ci il tarixli, RG- 019/15 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən alqı-satqı predmeti olan qaz məhsulları sifarişlərə uyğun olaraq vaxtında çatdırılsa da, cavabdeh müqavilə üzrə ödənişlərlə bağlı üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirməmiş və nəticədə ödənilməmiş ƏDV daxil 122069,11 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə aparılmışdır. Cavabdeh «X7 X2 X4 » Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respubikasında məlum olan bütün ünvanlarına pretenziya məktubu göndərilmişdir. Eyni zamanda rəsmi qaydada poçt vasitəsilə Respublikasındakı ünvanına da pretenziya məktubları göndərilmişdir. Cavabdehin Azərbaycan Respublikasında olan huquqi və faktiki ünvanı bağlı olduğundan, sonuncu pretenziya məktubu xx.xx.2019-cu il tarixdə Respublikasına göndərilmişdir. İddiaçı “xxxx” MMC-nin Baş direktoru və baş mühasibinin, eləcə də cavabdeh «X7 X2 X4 » Şirkətinin Azərbaycan Respublikasındakı filialının satınalma şefi və baş mühasibin iştirakı ilə xx.xx.2017-ci il tarixinə olan qalıq borc məbləğinə dair üzləşmə aktı tərtib edilmişdir ki, bu da cavabdehin iddiaçıya ƏDV daxil 122069,11 manat borcunun olmasını bir daha təsiq edir. Cavabdehlər borcun olmasını hər dəfə etiraf etsə də, bu günədək ödəniş aparılmamışdır. Bu səbəbdən də borcun məcburi qaydada tutluması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Bundan başqa, cavabdehlər öhdəliklərinə müqavilə ilə müəyyən olunmuş müddətdə əməl etməmiş və nəticədə iddiaçıya zərər vurulmuşdur. Tərəflər arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli RG-019/15 saylı alqısatqı müqaviləsinin 3.2.4-cü bəndində ödənişlər gecikdirildiyi təqdirdə, alıcı tərəfindən satıcıya hər keçən təqvim günü üçün ödənilməyən məbləğin 0,1%-i miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə borcun etirafına dair üzləşmə aktı tərtib edildiyi gündən 30 ay keçməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək heç bir ödəniş aparılmamışdır. Bununla da iddiaçı “xxxx” MMC-yə 109854,00 manat zərər vurulmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində “xxxx” MMC ilə alıcı qismində X7 X2 Nakliye Sanayi Şirkəti arasında bağlanmış xx xxxx 2015-ci il tarixli RG-019/15 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya verməyi, alıcı isə məhsulu qəbul edərək onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq alıcı satıcı tərəfindən təqdim olunan hesab faktura əsasında bu müqaviləyə uyğun müəyyənləşdirilən pul məbləğini köçürmə yolu ilə 10 bank iş günü müddətində tam ödəyir. - Hesab-faktura və qaimə fakturalaraldan görünür ki, iddiaçı “xxxx” MMC tərəfindən X7 X2 X4 Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına müxtəlif çeşidli 122069,11 manat dəyərində mal təhvil verilmişdir. - “xxxx” MMC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2020-ci il tarixli, RG-LET- 17/2020 nömrəli məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla «X7 X2 Nakliye Sanayi ” Şirkətinə müraciət edilərək 122069,11 manat borcun 30 gün müddətində ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh X7 X2 Nakliye Sanayi ” Şirkəti arasında xx xxxx 2015-ci il tarixli RG-019/15 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş borcu 122069,11 manat təşkil edir. Həmin borcun mövcudluğu iş materialları ilə təsdiq olunur. Tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli RG-019/15 saylı alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, yaranmış borca görə 122069,11 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia ərizəsində 122069,11 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 109854 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli RG-019/15 saylı alqı-satqı müqaviləsinin 3.1.4-cü bəndinə əsasən satıcı bu müqavilənin 3.1.3-cü bəndində göstərilən müddət ərzində məhsulun göndərilməsi gecikdirildiyi təqdirdə, alıcıya hər keçən təqvim günü üçün gecikdirilən malın 0,1 faizi miqdarında cərimə ödəməlidir; 3.2.3-cü maddəsinə əsasən alıcı bu müqavilənin şərtlərinə uyğun olaraq malı qəbul edir və dəyərini ödəyir; 3.2.4-cü maddəsinə əsasən bu müqavilə üzrə müəyyənləşdirilən məbləğ gecikdirildiyi təqdirdə, satıcıya hər keçən təqvim günü üçün ödənilməyən məbləğin 0,1%-i miqdarında cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. İddiaçı borcun həm şirkətdən, həm də onun Azərbaycan Respublikasındakı filialından tutulmasını xahiş etmişdir. Digər cavabdehin cavabdeh X7 X2 X4 Şirkətinin filialı olmasını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, borc “X7 X2 X4 Şirkətindən tutlmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X7 X2 X4 Şirkətindən 122069,11 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X7 X2 Nakliye Sanayi Şirkətindən 122069,11 manat (yüz iyirmi iki min altmış doqquz manat on bir qəpik) məbləğində əsas borc, 1000 (bir min) manat məbləğində cərimə olmaqla, 123069,11 manat (yüz iyirmi üç min altmış doqquz manat on bir qəpik) məbləğində tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya xxxxyəti verilə bilər. Qətnamədən xxxxyət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1952/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1952/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver