Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1958/2021 02.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış 38757,25 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun gecikdirilən hər gün üçün 0,1 %-i miqdarında 1240,00 manat cərimə faizinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 02.07.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında tərəflərin səlahiyyətli nümayəndələri məhkəməyə tərəflər arasında imzalanmış barışıq sazişi təqdim edərək, sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini və bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin məzmununa görə:
1. Cavabdeh müqavilə üzrə tələb edilən 38757,25 manat əsas borc və gecikdirilən müddət üçün 1.240,00 manat cərimə məbləğini qəbul edir;
2. Cavabdeh ilkin olaraq 15.000 manat iddiaçıya ödəməyi öz öhdəsinə götürür.
3. Cavabdeh bu Sazişin 2-ci bəndində qeyd olunan məbləği ödədikdən sonra qalıq borcu - 23.757,25 manatı hər ay 5940,00 manat olmaqla 4 ay müddətində ödəyir;
4. İddiaçı bu Sazişin 2 və 3-cü bəndlərində göstərilən məbləğlərin ödənilməsi müqabilində cavabdehə qarşı hazırki mülki iş üzrə iddia ərizəsində qoyduğu bütün tələblərindən, o cümlədən cavabdehə müqavilə üzrə gecikdirilmiş müddət üçün tələb olunan cərimə məbləğindən imtina edir;
5. Tərəflər bu Barışıq Sazişini imzalamaqla onun şərtlərini qəbul etdiklərini və bir-birlərinə qarşı hər hansı iddia və tələblərinin olmadığını təsdiq edirlər;
6. Tərəflər həmçinin bu barışıq sazişini imzalamaqla və məhkəməyə təqdim etməklə təsdiq edirlər ki, barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin müvafiq prosessual nəticələri onlara məlumdur və bunu qəbul edirlər. Barışıq Razılaşması hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə barışıq sazişini müzakirə edərək, tərəflərin nümayəndələrinin fikirlərini dinləyərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış barışıq sazişinin aşağdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. Cavabdeh müqavilə üzrə tələb edilən 38757,25 manat (otuz səkkiz min yeddi yüz əlli yeddi manat iyirmi beş qəpik) əsas borc və gecikdirilən müddət üçün 1.240,00 (bir min iki yüz qırx) manat cərimə məbləğini qəbul edir;
2. Cavabdeh ilkin olaraq 15.000 (on beş min) manat iddiaçıya ödəməyi öz öhdəsinə götürür.
3. Cavabdeh bu Sazişin 2-ci bəndində qeyd olunan məbləği ödədikdən sonra qalıq borcu - 23.757,25 manatı (iyirmi üç min yeddi yüz əlli yeddi manat iyirmi beş qəpiyi) hər ay 5940,00 (beş min doqquz yüz qırx) manat olmaqla 4 (dörd) ay müddətində ödəyir;
4. İddiaçı bu Sazişin 2 və 3-cü bəndlərində göstərilən məbləğlərin ödənilməsi müqabilində cavabdehə qarşı hazırkı mülki iş üzrə iddia ərizəsində qoyduğu bütün tələblərindən, o cümlədən cavabdehə müqavilə üzrə gecikdirilmiş müddət üçün tələb olunan cərimə məbləğindən imtina edir;
5. Tərəflər bu Barışıq Sazişini imzalamaqla onun şərtlərini qəbul etdiklərini və birbirlərinə qarşı hər hansı iddia və tələblərinin olmadığını təsdiq edirlər;
6. Tərəflər həmçinin bu barışıq sazişini imzalamaqla və məhkəməyə təqdim etməklə təsdiq edirlər ki, barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin müvafiq prosessual nəticələri onlara məlumdur və bunu qəbul edirlər. İddiaçı MMC və Cavabdeh MMC-yə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova