Məhkəmə qərarları › İş №e-2-2(113)-1959/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1959/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1959/2021 29.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkili Nümayəndə və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 109407,35 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanan 01 yanvar 2019-cu il tarixli Z-AGT-C-19-007 nömrəli alqı-satqı müqaviləsinə əsasən, o cavabdehin fəaliyyəti üçün zəruri olan malların satışını həyata keçirirdi. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən, müqavilənin hüquqi qüvvəsi bağlandığı gündən yaranır və müqavilə üzrə öhdəliklər yerinə yetirilməsi tam başa çatdırılana qədər qüvvəsində saxlanılır. Həmin maddənin tələblərinə əsasən, əgər öhdəliklər tam yerinə yetirilməzsə müqavilə hər il ardıcıl davam etdirilir. Müqavilə üzrə öhdəliklər tərəfindən vaxtında yerinə yetirilsə də cavabdeh öz öhdəliklərini lazımi qaydada vaxtında yerinə yetirməmiş və aldığı mal-materialların dəyərini ödəməmişdir. Cavabdehə borcun ödənişi üçün kifayət qədər şərait yaradılsa da cavabdeh uzun müddət borcunu ödəməmişdir. Bundan sonra tərəflər arasında 31.10.2020-ci il tarixdə Z-AGT_20-062 nömrəli üzləşmə aktı tərtib edilmiş və bu zaman ümumi borcun 114735,35 manat olduğu müəyyən edilmişdir. Daha sonra cavabdeh ona satılan mallardan bəzilərini onlara geri qaytarmış və aralarında olan borc məbləği 109407,35 manat təşkil etmişdir. Cavabdeh həmin borc məbləğini noyabr ayına qədər ödəyəcəyini bildirsə də bunu yerinə yetirməmişdir. Bundan sonra, tərəflərindən cavabdehə 04.12.2020-ci il tarixdə pretenziya məktubu göndərilmiş və borcun ödənilməsi cavabdehdən tələb olunmuşdur. Lakin, cavabdeh bu günə qədər öz borcunu ödəməmişdir. Cavabdehin öz borcunu ödəmədiyini və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini gördüyü üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı nümayəndəsi, vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, vəkili X2 iddianı qəbul edərək, "xxxx" MMC-nin İddiaçı 25000 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə tərəfindən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, vəkili X1 etirafı qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 25000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 25000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar