Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-196/2021 14.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 53338,95 manat borc və həmin borcun gecikdirilməsinə görə 3461,19 manat cərimə, həmçinin əldən çıxmış faydaya görə 20000 manat olmaqla, ümumilikdə 76800,14 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 tərəflərin arasında imzalanmış barışıq sazişini təqdim edərək məhkəmədən həmin sazişi təsdiq olunmasınıxahiş etmişdir. Tərəflər məhkəməyə təqdim etdikləri ərizələrində, aşağıdakı şərtlərlə 13.10.2021-ci il tarixli sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər: 1.1. Tərəflər Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-196/2021 nömrəli kommersiya işi üzrə İddiaçıun Cavabdehə qarşı borc tələbinə dair mübahisəni birdəfəlik və qəti həll etmək məqsədilə barışıq sazişi bağlayırlar. 1.2. Tərəflər təsdiq edir ki, İddiaçıa məxsus inzibati və texniki binalarda avadanlıqların yerləşdirilməsinə, həmin avadanlıqların istifadə etdiyi elektrik enerjisinə və ADSL internet xidmətinin müştərilərinə çatdırılması üçün xətt şəbəkəsindən istifadə etməsinə görə Cavabdehin 01.08.2021-ci il tarixinə İddiaçıa Abşeron TKQ (indiki filialı) üzrə 2134,54 manat, Ağdaş TKQ (indiki filialı) üzrə 100,80 manat, Ağsu TKQ (indiki filialı) üzrə 416,00 manat, Balakən TKQ (indiki filialı) üzrə 1414,00 manat, Bərdə TKQ (indiki filialı) üzrə 2444,45 manat, Gəncə TKİ üzrə 5194,80 manat, Göyçay TKQ (indiki filialı) üzrə 1224,93 manat, Göygöl TKQ (indi filialı) üzrə 123,91 manat, İmişli TKQ (indiki filialı) üzrə 1500,93 manat, Lənkəran TKQ (indiki filialı) üzrə 2593,82 manat, Masallı TKQ (indiki filialı) üzrə 1027,00 manat, Qax TKQ (indiki filialı) üzrə 511,27 manat, Qazax TKQ (filialı) üzrə 89,68 manat, Quba TKQ (indiki filialı) üzrə 623,88 manat, Qusar TKQ (indiki filialı) üzrə 344,58 manat, Saatlı TKQ (indiki filialı) üzrə 325 manat, Sabirabad TKQ (indiki filialı) üzrə 939,92 manat, Salyan TKQ (indiki filialı) üzrə 693,97 manat, Şəki TKQ (indiki filialı) üzrə 3070,90 manat, Şəmkir TKQ (indiki filialı) üzrə 870,84 manat, Sumqayıt TKQ üzrə 892,09 manat, Xaçmaz TKQ (indiki filialı) üzrə 6997,82 manat olmaqla, ümumilikdə 33535,13 manat (otuz üç min beş yüz otuz beş manat on üç qəpik) borcu mövcuddur. 1.3. Tərəflərin razılaşır ki, ‘Aztelekom” 33535,13 manat alacağının 6997,82 manat (altı min doqquz yüz doxsan yeddi manat səksən iki qəpik) məbləğini Cavabdehə güzəşt edir. Həmin güzəşt nəzərə alınmaqla, İddiaçı yaranmış borca görə Cavabdeh tərəfindən ona ödənilməli məbləği 26537,31 manat (iyirmi altı min beş yüz otuz yeddi manat otuz bir qəpik) müəyyən edir. 1.4. Cavabdeh yaranmış borca görə 26537,31 manat və məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş dövlət rüsumunun kompensasiyasına görə 30 (otuz) manat məbləğində vəsaitin könüllü olaraq İddiaçıa ödənilməsini öhdəsinə götürür. 2.1. Cavabdeh bu Sazişi təsdiq edən məhkəmə qərardadı qəbul edildiyi tarixdən 6 ay müddətində (6 bərabər hissəyə bölünmüş ödənişin hər hissəsini hər təqvim ayının sonunadək - müvafiq olaraq 30.11.2021, 30.12.2021, 30.01.2022, 28.02.2022, 30.03.2022, 30.04.2022) Sazişin 1.4-cü bəndində nəzərdə tutulmuş məbləğləri tam həcmdə ödəməyi öhdəsinə götürür. 3.1. Tərəflər bu Sazişin müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 3.2. Bu Sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr tərəflər arasında qarşılıqlı danışıqlar əsasında həll olunmazsa, məhkəmə qərarlarını icra edən müvafiq orqan tərəfindən məcburi icra qaydasında həll edilir. 3.3. Tərəflər razılaşaraq təsdiq edirlər ki, bu Sazişinin 1.4-cü bəndində nəzərdə tutulmuş məbləğlərin 2.1-ci bənddə qeyd edilən şərtlər daxilində yerinə yetiriləcəyi təqdirdə bu Sazişin predmeti üzrə bir-birinə qarşı heç bir iddiaları qalmır. 3.4. Tərəflər razılaşaraq təsdiq edirlər ki, Sazişin 2.1-ci bəndində qeyd edilən müddət və şərtlər çərçivəsində Cavabdeh Sazişin 1.4-cü bəndində nəzərdə tutulan öhdəliklərini tam həcmdə icra etməzsə, İddiaçıun əlavə olaraq həmin məbləğin 10 faizi (2653,71 manat) məbləğində vəsaiti Cavabdehdən tələb etmək hüququ yaranır. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin 13.10.2021-ci il tarixdə imzaladıqları barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə imzalanmış 13.10.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq olunsun: 1.1. Tərəflər Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-196/2021 nömrəli kommersiya işi üzrə İddiaçıun Cavabdehə qarşı borc tələbinə dair mübahisəni birdəfəlik və qəti həll etmək məqsədilə barışıq sazişi bağlayırlar. 1.2. Tərəflər təsdiq edir ki, İddiaçıa məxsus inzibati və texniki binalarda avadanlıqların yerləşdirilməsinə, həmin avadanlıqların istifadə etdiyi elektrik enerjisinə və ADSL internet xidmətinin müştərilərinə çatdırılması üçün xətt şəbəkəsindən istifadə etməsinə görə Cavabdehin 01.08.2021-ci il tarixinə İddiaçıa Abşeron TKQ (indiki filialı) üzrə 2134,54 manat, Ağdaş TKQ (indiki filialı) üzrə 100,80 manat, Ağsu TKQ (indiki filialı) üzrə 416,00 manat, Balakən TKQ (indiki filialı) üzrə 1414,00 manat, Bərdə TKQ (indiki filialı) üzrə 2444,45 manat, Gəncə TKİ üzrə 5194,80 manat, Göyçay TKQ (indiki filialı) üzrə 1224,93 manat, Göygöl TKQ (indi filialı) üzrə 123,91 manat, İmişli TKQ (indiki filialı) üzrə 1500,93 manat, Lənkəran TKQ (indiki filialı) üzrə 2593,82 manat, Masallı TKQ (indiki filialı) üzrə 1027,00 manat, Qax TKQ (indiki filialı) üzrə 511,27 manat, Qazax TKQ (filialı) üzrə 89,68 manat, Quba TKQ (indiki filialı) üzrə 623,88 manat, Qusar TKQ (indiki filialı) üzrə 344,58 manat, Saatlı TKQ (indiki filialı) üzrə 325 manat, Sabirabad TKQ (indiki filialı) üzrə 939,92 manat, Salyan TKQ (indiki filialı) üzrə 693,97 manat, Şəki TKQ (indiki filialı) üzrə 3070,90 manat, Şəmkir TKQ (indiki filialı) üzrə 870,84 manat, Sumqayıt TKQ üzrə 892,09 manat, Xaçmaz TKQ (indiki filialı) üzrə 6997,82 manat olmaqla, ümumilikdə 33535,13 manat (otuz üç min beş yüz otuz beş manat on üç qəpik) borcu mövcuddur. 1.3. Tərəflərin razılaşır ki, ‘Aztelekom” 33535,13 manat alacağının 6997,82 manat (altı min doqquz yüz doxsan yeddi manat səksən iki qəpik) məbləğini Cavabdehə güzəşt edir. Həmin güzəşt nəzərə alınmaqla, İddiaçı yaranmış borca görə Cavabdeh tərəfindən ona ödənilməli məbləği 26537,31 manat (iyirmi altı min beş yüz otuz yeddi manat otuz bir qəpik) müəyyən edir. 1.4. Cavabdeh yaranmış borca görə 26537,31 manat və məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş dövlət rüsumunun kompensasiyasına görə 30 (otuz) manat məbləğində vəsaitin könüllü olaraq İddiaçıa ödənilməsini öhdəsinə götürür. 2.1. Cavabdeh bu Sazişi təsdiq edən məhkəmə qərardadı qəbul edildiyi tarixdən 6 ay müddətində (6 bərabər hissəyə bölünmüş ödənişin hər hissəsini hər təqvim ayının sonunadək - müvafiq olaraq 30.11.2021, 30.12.2021, 30.01.2022, 28.02.2022, 30.03.2022, 30.04.2022) Sazişin 1.4-cü bəndində nəzərdə tutulmuş məbləğləri tam həcmdə ödəməyi öhdəsinə götürür. 3.1. Tərəflər bu Sazişin müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 3.2. Bu Sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr tərəflər arasında qarşılıqlı danışıqlar əsasında həll olunmazsa, məhkəmə qərarlarını icra edən müvafiq orqan tərəfindən məcburi icra qaydasında həll edilir. 3.3. Tərəflər razılaşaraq təsdiq edirlər ki, bu Sazişinin 1.4-cü bəndində nəzərdə tutulmuş məbləğlərin 2.1-ci bənddə qeyd edilən şərtlər daxilində yerinə yetiriləcəyi təqdirdə bu Sazişin predmeti üzrə bir-birinə qarşı heç bir iddiaları qalmır. 3.4. Tərəflər razılaşaraq təsdiq edirlər ki, Sazişin 2.1-ci bəndində qeyd edilən müddət və şərtlər çərçivəsində Cavabdeh Sazişin 1.4-cü bəndində nəzərdə tutulan öhdəliklərini tam həcmdə icra etməzsə, İddiaçıun əlavə olaraq həmin məbləğin 10 faizi (2653,71 manat) məbləğində vəsaiti Cavabdehdən tələb etmək hüququ yaranır. e-2-2(113)-196/2021 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-196/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-196/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver