Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1960/2023 14.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan İddiaçı MMC-nin cavabdeh “Cavabdeh” MMC-yə qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı MMC ilə “Cavabdeh” MMC arasında bağlanılmış 08 may 2017-ci il tarixli mal alqı-satqı müqaviləsinə əsasən yaranmış 755988 dollar 27 sent təşkil edən borcun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü iı tarixlərində iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi və vəkili tərəfindən ayrı-ayrılıqda məhkəməyə EMİS vasitəsi ilə ərizə və barışıq sazişi daxil olmuşdur. Ərizədə bildirilmişdir ki, İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Cavabdeh” MMC-dən aralarında bağlanmış 08 may 2017-ci il tarixli mal alqı-satqı müqaviləsinə əsasən yaranmış 755988,27 dollar təşkil edən borcun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını etmişdir. Tərəflər kommersiya mübahisəsini məhkəmə icraatında olduğu zaman razılığa gələrək aralarında olan mübahisənin barışıq sazişi bağlamaqla həll edilməsi barədə razılaşmışlar və 06 iyun 2023cü il tarixli barışıq sazişi imzalamışlar. Həminin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi bildirdi ki, Barışıq Sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Yalnız barışıq sazişinin sonuncu abzası (məhkəmə qərarının mübahisələndirilməsinin yolverilməzliyi) hissəsində qanuna zidd olduğu üçün həmin hissədə təmin edilməməlidir. Çünki mülki prosessual qanunvericiliyə əsasən tərəflərin iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardadından 10 gün müddətində şikayət vermək hüququ mövcüddur və həmin hüququn barışıq sazişi ilə məhdudlaşdırılması qanuna uyğun hesab edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh “Cavabdeh” MMC-yə qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: 1.Tərəflər razılığa gəlirlər ki, bu barışıq sazişi təsdiq olunduqu günə cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı “AF Fruit“ Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borc 755 988.27 (yeddi yüz əlli beş min doqquz yüz səksən səkkiz) dollar 27 sent təşkil edir. 2.Tərəflər razılığa gəlirlər ki, 01 oktyabr 2023-cü il tarixdən başlayaraq göstərilən borc 36 ay müddətində hissə-hissə bərbər paylarla (sonuncu ödəniş nəzərə alınmadan) aşağıda göstərilən müddətdə və məbləğdə ödəniləcək: 01 dekabr 2023 il tarixədək - 60 000 (altmış min) dollar 01 mart 2024 il tarixədək 60 000 (altmış min) dollar 01 iyun 2024 il tarixədək - 60 000 (altmış min) dollar 01 sentyabr 2024 il tarixdək - 60 000 (altmış min ) dollar 01 dekabr 2024 il tarixədək - 60 000 (altmış min ) dollar 01 mart 2025 il tarixədək - 60 000 (altmış min) dollar 01 iyun 2025 il tarixədək 60 000 (altmış min) dollar 01 sentyabr 2025 il tarixədək 60 000 (altmış min) dollar 01 dekabr 2025 il tarixədək 60 000(altmış min) dollar 01 mart 2026 il tarixədək 60 000 (altmış min) dollar 01 iyun 2026-cı il tarixədk 60 000 (altmış min) dollar 01 sentyabr 2026-cı il tarixədək 60 000 (altmış min) dollar və qalan 35 988.27 (otuz beş min doqquz yüz səksən səkkiz) dollar 27 sent ödəniləcək. Saziş üç nüsxədə tərtib olunur, İddiaçı tərəfindən və cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Azərbaycan Respublikası MPM-in 261-262-ci maddələrində nəzərdə tutulan hüquqi nəticələr tərəflərə tam aydındır və onlar göstərilən şərtlərlə sazişin təsdiq edilməsini, mülki işə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1960/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1960/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver