Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1963/2020 20.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən iddiaçıya aid olan 130771 nömrəli abonent kodu üzrə tərtib edilmiş 10060 nömrəli akt əsasında hesablanmış 11445 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, "Cavabdeh” ASC il "İddiaçı” MMC arasında bağlanan 130771 nömrəli "İçməli su və kanalizasiya xidmətinə dair” müqavləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış kompleksinə sayğac quraşdırılmışdır. Ödənilən pul qarşılığında isə su alınaraq istifadə olunmuşdur. "Cavabdeh” ASC tərəfindən 2018-ci ilin avqust ayıda sözügedən yaşayış kompleksində guya qanunsuz xətt aşkarlandığından borca su təchizat dayandırılıb. Hadisə barədə ətraflı məlumat almaq üçün "Cavabdeh” ASC ilə əlaqə saxadıqda isə "İddiaçı” MMC-yə 4 aylıq cərimə yazıldığını bildirdilər. "Cavabdeh” ASC sözügedən yaşayış kompleksində qanunsuz xəttə görə 4 aylıq cərimə yazıldığı deyilsə də, belə bir haldan söhbət gedə bilməz. Şirkət tərəfindən bu günədək mütəmadi olaraq su alınması üçün "Cavabdeh” ya pul ödənilmişdir. "Cavabdeh” tərəfindən Cəmiyyətə yazılan cərimənin ümumi miqdarı 11445 manat təşkil edir. Bundan başqa eyni akt əsasında 2 dəfə zərərin hesablanması tamamilə əsassızdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirilsə də hər hansı bir nəticə olmamışdır. "Cavabdeh” ASC tərəfindən mütəmadi olaraq istehlakçıların içməli su təchizatı və kanalizasiya sistemlərinə baxış keçirilir, xidmətlərdən istifadənin vəziyyəti yoxlanılır. Sözügüdən ünvanda yerləşən yaşayış kompleksinə ayda bir dəfədən az olmayaraq "Cavabdeh” nümayəndələri gəldikləri halda həmin yaşayış kompleksinə 10 aylıq cərimə hesablanması ağlabatan deyildir. Bundan başqa cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı qanunsuz su xəttinə qoşulduğuna görə xx xxxxxx 2018-ci il tarixli, MXD-10060 saylı akt tərtib olunmuş və həmin akt əsasında da zərər hesablanmışdır. Qanunvericiliyin tələbinə görə belə olduğu halda zərər 1 il üçün sərfiyyat nəzərə alınmaqla hesablanmalıdır. Buna görə də həmin akt əsasında 4 ay və 6 ay üçün 2 dəfə zərər aktı hesablanmışdır. Aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - Cavabdeh ASC-nin X4 xx xxxxx 2018-ci il tarixli aktına əsasən ünvan 2 Mənzil 144 ünvanına baxış keçirilən zaman sayğac məlumatlarının 92 kub.m. aşkar edildiyi və yerində ödənişin təmin edildiyi qeyd olunmuşdur. - xx.xx.2018-ci il tarixli 10060 saylı MXD seriyalı inventar aktına əsasən ünvan 3 ünvanına baxış zamanı sayğacdan kənar d=50 mm-lik boru vasitəsilə sudan qeyri-qanuni istifadəsinin aşkarlandığı, 6867 kub.m. miqdarında 6867 manat dəyərində və 4578 kub.m. miqdarında 4578 manat dəyərinə sudan qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurulduğu qeyd olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, “Sudan istifadə qaydaları”na 1 saylı əlavənin 2.1-ci bəndinə əsasən istehlakçının istifadə etdiyi içməli suyun və axıdılmış tullantı sularının ödəniş üçün həcmi (miqdarı) su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada təyin edilir. Həmin qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. İşin hallarında göründüyü kimi iddiaçıya akt tərtib edildiyi dövrdə smart kart quraşdırılmadığından İddiaçı MMC-yə Cavabdeh ASC tərəfindən hesab - faktura təqdim olunmalı və borc həmin sənəd əsasında ödənilməli idi. Lakin həmin sənəd iddiaçıya təqdim olunmamışdır. Həmçinin eyni akt üzrə iki fərqli hesabat aparılması xüsusatı məhkəmə araşdırması zamanı cavadeh tərəfindən əsaslandırıla bilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; - 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə xx xxxxxx 2018-ci il tarixli, MXD-10060 saylı akta əsasən hesablanmış 11445 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1963/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1963/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver