Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1965/2020 26.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi”tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi”tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 68885,85 (altmış səkkiz min səkkiz yüz səksən beş manat səksən beş qəpik) manat məbləğində borcun, ödənişi vaxtında etmədiyinə görə 18341,42 (on səkkiz min üç yüz qırx bir manat qırx iki qəpik) manat penya, 5000 (beş min) manat dəymiş mənəvi ziyan, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, vəkilin göstərdiyi yardıma görə 1000 (min) manat xərcin, cəmi 93257,27 (doxsan üç min iki yüz əlli yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2020-ci il tarixli təchizat müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən təchizatçı əmtəə-nəqliyyat fakturalarına və hesab fakturalara əsasən, adda, çeşiddə və miqdarda qida mallarını və aksizli malları (idxal və ya ölkə daxili istehsalat olunan mallar) alıcının mülkiyyətinə verir, alıcı isə həmin malları qəbul edir və onun dəyərini ödəyir. İddiaçı MMC müqavilənin icrası ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC-yə 18890,15 manat məbləğində Belarus Respublikasının “1-ya Minskaya ptiçefabrika” bötov toyuq məhsulları təqdim edilmişdir. (toplam məbləğ 20989,05 manat, endirim 2098,9 manat). xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC-yə 18922,55 manat Belarus Respublikasının “1-ya Minskaya ptiçefabrika” bötov toyuq məhsulları təqdim edilmişdir. (toplam məbləğ 21025,05 manat, endirim 2102,5 manat). xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC-yə 4374,21 manat məbləğində Belarus Respublikasının “1-ya Minskaya ptiçefabrika” bötov toyuq məhsulları təqdim edilmişdir (toplam məbləğ 4860,24 manat, endirim 486,03 manat). xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC-yə 18922,55 manat məbləğində Belarus Respublikasının “1-ya Minskaya ptiçefabrika” bötov toyuq məhsulları təqdim edilmişdir (toplam məbləğ 21025,05 manat, endirim 2102,5 manat). xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC-yə 7776,39 manat məbləğində Belarus Respublikasının “1-ya Minskaya ptiçefabrika” bötov toyuq məhsulları təqdim edilmişdir (toplam məbləğ 8640,43 manat, endirim 864,04 manat). İddiaçı MMC müqavilənin icrası ilə əlaqədar ümumilikdə 68885,85 manat məbləğində mal təqdim etməsinə baxmayaraq Cavabdeh MMC verilən mallar üzrə hər hansı bir ödəniş aparmamışdır. 12,17, 19, xx xxxxxx 2020ci il tarixlərdə verilən malların elektron qaimələri Cavabdeh MMC tərəfindən qəbul edilsə belə, xx xxxxxx 2020-ci il tarixdə 7776,39 manat məbləğində verilən malın elektron qaimə fakturası məlum olmayan səbəblərdən əsassız olaraq qəbul edilməkdən imtina edilmişdir. xx xxxxxx 2020-ci il tarixdən Cavabdeh MMC-yə verilmiş 18890,15 manat məbləğində məhsullara görə ödəniş xx xxxx 2020-ci il tarixədək aparılmadığından hesablanacaq penya məbləği 5251,46 manat (18890,15 x 0.2 faiz x 139 gün) təşkil edir. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC-yə 18922,55 manat məbləğində məhsullara görə ödəniş xx xxxx 2020-ci il tarixədək aparılmadığından hesablanacaq penya məbləği 5071,24 manat (18922,55 x 0.2 faiz x 134 gün) təşkil edir. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC-yə 4374,21 manat məbləğində məhsullara görə ödəniş xx xxxx 2020-ci il tarixədək aparılmadığından hesablanacaq penya məbləği 1154,78 manat (4374,21 x 0.2 faiz x 132 gün) təşkil edir. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC-yə 18922,55 manat məbləğində məhsullara görə ödəniş xx xxxx 2020-ci il tarixədək aparılmadığından hesablanacaq penya məbləği 4919,86 manat (18922,55 x 0.2 faiz x 130 gün) təşkil edir. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC-yə 7776,39 manat məbləğində məhsullara görə ödəniş xx xxxx 2020ci il tarixədək aparılmadığından hesablanacaq penya məbləği 1944,08 manat (7776,39 x 0.2 faiz x 125 gün) təşkil edir. Nəticədə Cavabdeh MMC-nin cəmiyyətə 68885,85 manat məbləğində borcu və ödənişi vaxtında etmədiyinə görə 18341,42 manat penya borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi barədə dəfələrlə edilən şifahi xəbərdarlıqlara və güzəştlərin edilməsinə baxmayaraq borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1965/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - T əchizatçı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə imzalanmış təchizat müqaviləsindən görünür ki, hazırki müqaviləyə uyğun olaraq təchizatçı əmtəə-nəqliyyat fakturalarına və hesab fakturalara əsasən, adda, çeşiddə və miqdarda qida mallarını və aksizli malları (idxal və/və ya ölkə daxili istehsal olunan mallar) alıcının mülkiyyətinə verir, alıcı isə həmin malları qəbul edir və onun dəyərini ödəyir. Müqavilənin 5.1-ci bəndinə əsasən, mallar təchizatçının nəqliyyatı ilə onun hesabına təchiz edilir. Tərəflər arasında əlavə razılaşma üzrə malın təchiz edilməsi özdaşınma şərtlərində mümkündür, bu halda nəqliyyat xərcləri təchizatçı tərəfindən ödənilmir. - x x.xx.2020-ci il tarixli 350650 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 20989,05 manat həcmində mal verilmişdir. 2098,90 manat endirim tətbiq edilmiş və yekun ödənilməli məbləğ 18890,15 manat qeyd edilmişdir. - x x.xx.2020-ci il tarixli 350675 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 21025,05 manat həcmində mal verilmişdir. 0 manat endirim tətbiq edilmiş və yekun ödənilməli məbləğ 21025,05 manat qeyd edilmişdir. - x x.xx.2020-ci il tarixli 501087 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 4860,24 manat həcmində mal verilmişdir. 0 manat endirim tətbiq edilmiş və yekun ödənilməli məbləğ 4860,24 manat qeyd edilmişdir. - x x.xx.2020-ci il tarixli 350622 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 21025,05 manat həcmində mal verilmişdir. 0 manat endirim tətbiq edilmiş və yekun ödənilməli məbləğ 21025,05 manat qeyd edilmişdir. - x x.xx.2020-ci il tarixli 351481 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 8640,43 manat həcmində mal verilmişdir. 0 manat endirim tətbiq edilmiş və yekun ödənilməli məbləğ 8640,43 manat qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təchizatçı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən təchizatçı əmtəə-nəqliyyat fakturalarına və hesab fakturalara əsasən, adda, çeşiddə və miqdarda qida mallarını və aksizli malları (idxal və/və ya ölkə daxili istehsal olunan mallar) alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 350650 nömrəli malların təhvil-qəbul aktına əsasən 20989,05 manat, xx.xx.2020-ci il tarixli 350675 nömrəli malların təhvil-qəbul aktına əsasən 21025,05 manat, xx.xx.2020-ci il tarixli 501087 nömrəli malların təhvil-qəbul aktına əsasən, 4860,24 manat, xx.xx.2020ci il tarixli 350622 nömrəli malların təhvil-qəbul aktına əsasən 21025,05 manat, xx.xx.2020-ci il tarixli 351481 nömrəli malların təhvil-qəbul aktına əsasən 8640,43 manat həcmində mal verilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi üzrə xx xxxxxx 2020-ci il tarixdə göndərilən qiymətdən 2098,9 manat, xx xxxxxx 2020-ci il tarixdə göndərilən mala 2102,5 manat, xx xxxxxx 2020-ci il tarixdə göndərilən mala 486,03 manat, xx xxxxxx 2020-ci il tarixdə göndərilən mala 2102,5 manat, xx xxxxxx 2020-ci il tarixdə göndərilən mala 864,04 manat endirim edilmişdir. Qeyd edilənlərə əsasən, ümumilikdə satıcı tərəfindən alıcıya 68885,85 manat məbləğində mal verilmiş, lakin alıcı həmin malın dəyərini satıcıya ödəməmişdir. Cavabdeh tərəfindən qaimə-faktura üzrə ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarında görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, həmin məhsulların dəyəri iddiaçıya tam ödənilməmişdir.Belə ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 68885,85 manat pul iddiaçıya ödənilməmişdir. Məhkəmə iddiaçının cavabdehdən təchizat müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş malları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən, alıcı hazırki müqavilə üzrə ödənişi vaxtında və ya tam şəkildə etmədikdə, hər gecikdirilmiş gün üçün vaxtında ödənilməmiş məbləğin 0,2 faizi miqdarında penyanı təchizatçı alıcıdan tutmağa haqlıdır, alıcı isə təchizatçıya ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddia tələbi cərimənin ödənilməsi hissəsində də təmin edilməli və 18341,42 manat cərimə məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı hüquqi yardımdan istifadə etmək üçün 1000 (min) manat ödəniş etmişdir və iddia tələbi təmin edildiyindən qeyd edilən məblığ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 68885,85 (altmış səkkiz min səkkiz yüz səksən beş manat səksən beş qəpik) manat məbləğində borc, ödənişi vaxtında etmədiyinə görə 18341,42 (on səkkiz min üç yüz qırx bir manat qırx iki qəpik) manat penya, 5000 (beş min) manat dəymiş mənəvi ziyan, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, vəkilin göstərdiyi yardıma görə 1000 (min) manat xərc olmaqla, cəmi 93257,27 (doxsan üç min iki yüz əlli yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 68885,85 (altmış səkkiz min səkkiz yüz səksən beş manat səksən beş qəpik) manat məbləğində borc, ödənişi vaxtında etmədiyinə görə 18341,42 (on səkkiz min üç yüz qırx bir manat qırx iki qəpik) manat penya, 5000 (beş min) manat dəymiş mənəvi ziyan, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, vəkilin göstərdiyi yardıma görə 1000 (min) manat xərc olmaqla, cəmi 93257,27 (doxsan üç min iki yüz əlli yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1965/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1965/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver