Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1965/2022 20.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli, 21/020 saylı alqısatqı müqaviləsinə əsasən borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 21/020 saylı alqı-satqı müqaviləsinə əsasən 193.130 manat məbləğində borcun, ödənilmiş 84 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin və 500 manat hüquqi yardım göstərilməsi üçün ödənilmiş xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli 21/020 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Sözügedən müqavilənin 1-8 saylı əlavələrinə əsasən İddiaçı MMC tərəfindən ümumilikdə 219.130 manat məbləğində kənd təsərrüfatı malları təhvil verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərini satıcının təqdim etdiyi əlsvə razılaşmada qeyd olunan məbləği sifariş olunan mal təhvil verildikdən sonra 3 gün ərzində köçürmə yolu ilə həyata keçirməli idi. Lakin "xxxx" MMC tərəfindən təhvil verilmiş mallarla dair təqdim olunmuş elektron qaimələr Cavabdeh MMC tərəfindən təsdiq edilsə də, bu günə kimi 193.130 manat məbləğində malların dəyərinin ödənilməsi təmin edilməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən xəbərdar olunmuş, lakin alqı-satqı müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə, tərəflərindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra cavabdeh tərəfindən təklifə cavab verilmədiyindən, mediatora müraciət edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasına gəlmədiyindən, tərəflər arasında mediasiya baş tutmamış və mediator tərəfindən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2021-ci il tarixli arayış verilmiş, həmçinin ilkin mediasiyanın keçirilməsi üçün İddiaçı MMC tərəfindən 400 manat mediasiya xərci mediatorun hesabına təktərəfli qaydada ödənilmişdir. Beləliklə, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixli 21/020 saylı müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün məhkəmə qaydasında pulun tələb edilməsi zərurəti yaranmışdır. Həmçinin İddiaçı MMC-yə yaranmış mübahisə ilə bağlı hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 26 saylı Vəkil Bürosu ilə müqavilə bağlanmış və tərəflərindən 500 manat xidmət haqqı ödənilmişdir. Hazırkı mübahisə üzrə iddia qiyməti 193130 manat olduğundan, iddia irəli sürülərkən 484 manat dövlət rüsumu ödənilməlidir ki, İddiaçı MMC mediasiya xərci olan 400 manatı ödədiyindən, həmin həddə dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Buna görə də iddiaçı tərəfindən 84 manat dövlət rüsumu ödənilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh MMC tərəfindən təhvil alınmış, lakin dəyəri ödənilməmiş 193.130 manat dəyərindən mallardan 37.600 manat dəyərində malların "xxxx" MMC-yə geri qaytarıldığını, Geri qaytarılmış malların dəyərini qalıq borcdan çıxdıqda, Cavabdeh MMC-nin bu günə ödənilməmiş qalan borcunun 155.530 manat təşkil etdiyini əsas göstərərək cavabdeh "London Agro” MMC-dən İddiaçı MMC-nin xeyrinə 155.530 manat məbləğində borcun, ödənilmiş 84 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin və 500 manat hüquqi yardım göstərilməsi üçün ödənilmiş xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 09 mart 2021-ci il tarixdə 21/020 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən satıcı alıcıya kənd təsərrüfatı dərmanlarını, toxumlarını, aqreqatlarını satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 3.1-ci bəndinə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həytaa keçirilməsini alıcıdan tələb etmək satıcının hüquqlarına aid edilmişdir. 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərini satıcının təqdim etdiyi əlavə razılaşmada qeyd olunan məbləği sifariş olunan mal təhvil verildikdən sonra 3 gün ərzində köçürmə yolu lə həyata keçirir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -09 mart 2021-ci il tarixli 21/020 saylı müqaviləsinə 09 mart 2021-ci il tarixli 1 saylı əlavəyə əsasən İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) adları və miqdarı həmin əlavədə göstərilmiş, qiyməti 83.000 manat olan malların alqı-satqısı barədə əlavə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -09 mart 2021-ci il tarixli 21/020 saylı müqaviləsinə 15 aprel 2021-ci il tarixli 2 saylı əlavəyə əsasən İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) adları və miqdarı həmin əlavədə göstərilmiş, qiyməti 31.500 manat olan malların alqı-satqısı barədə əlavə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -09 mart 2021-ci il tarixli 21/020 saylı müqaviləsinə 21 aprel 2021-ci il tarixli 3 saylı əlavəyə əsasən İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) adları və miqdarı həmin əlavədə göstərilmiş, qiyməti 33.000 manat olan malların alqı-satqısı barədə əlavə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -09 mart 2021-ci il tarixli 21/020 saylı müqaviləsinə 29 aprel 2021-ci il tarixli 4 saylı əlavəyə əsasən İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) adları və miqdarı həmin əlavədə göstərilmiş, qiyməti 40.500 manat olan malların alqı-satqısı barədə əlavə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -09 mart 2021-ci il tarixli 21/020 saylı müqaviləsinə 10 may 2021-ci il tarixli 5 saylı əlavəyə əsasən İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) adları və miqdarı həmin əlavədə göstərilmiş, qiyməti 5.000 manat olan malların alqı-satqısı barədə əlavə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -09 mart 2021-ci il tarixli 21/020 saylı müqaviləsinə 20 may 2021-ci il tarixli 6 saylı əlavəyə əsasən İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) adları və miqdarı həmin əlavədə göstərilmiş, qiyməti 10.050 manat olan malların alqı-satqısı barədə əlavə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -09 mart 2021-ci il tarixli 21/020 saylı müqaviləsinə 22 may 2021-ci il tarixli 7 saylı əlavəyə əsasən İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) adları və miqdarı həmin əlavədə göstərilmiş, qiyməti 5720 manat olan malların alqı-satqısı barədə əlavə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -09 mart 2021-ci il tarixli 21/020 saylı müqaviləsinə 02 iyun 2021-ci il tarixli 2 saylı əlavəyə əsasən İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) adları və miqdarı həmin əlavədə göstərilmiş, qiyməti 10.360 manat olan malların alqı-satqısı barədə əlavə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx.xx.2021-ci il tarixli mal-materialların/qiymətlilərin təhvil-təslim aktına əsasən 09 mart 2021-ci il tarixli 21/020 saylı müqaviləsi üzrə cəmi 83.000 manat dəyərində olan mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx.xx.2021-ci il tarixli mal-materialların/qiymətlilərin təhvil-təslim aktına əsasən 09 mart 2021-ci il tarixli 21/020 saylı müqaviləsi üzrə cəmi 136.130 manat dəyərində olan mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən 78.000 manat məbləğində olan malların təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 601205 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC -yə göndərilmişdir. - İddiaçı tərəfindən 31.500 manat məbləğində olan malların təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 772941 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC -yə göndərilmişdir. - İddiaçı tərəfindən 33.000 manat məbləğində olan malların təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 753431 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC -yə göndərilmişdir. - İddiaçı tərəfindən 40.500 manat məbləğində olan malların təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 773964 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC -yə göndərilmişdir. - İddiaçı tərəfindən 5000 manat məbləğində olan malların təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 774396 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC -yə göndərilmişdir. - İddiaçı tərəfindən 10050 manat məbləğində olan malların təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 753450 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC -yə göndərilmişdir. - İddiaçı tərəfindən 5720 manat məbləğində olan malların təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 774806 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC -yə göndərilmişdir. - İddiaçı tərəfindən 10360 manat məbləğində olan malların təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 775940 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC -yə göndərilmişdir. - İddiaçı tərəfindən 5000 manat məbləğində olan malların təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 487334 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC -yə göndərilmişdir. Cavabdeh MMC tərəfindən 11.400 manat məbləğində olan malların qaytarılmasına dair xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 979406 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC -yə göndərilmişdir. Cavabdeh MMC tərəfindən 4800 manat məbləğində olan malların qaytarılmasına dair xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 980883 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC -yə göndərilmişdir. Cavabdeh MMC tərəfindən 3960 manat məbləğində olan malların qaytarılmasına dair xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 983388 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC -yə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlayaraq 09 mart 2021-ci il tarixli 21/020 saylı müqaviləsi üzrə 193.130 mnaat məbləində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən ümumilikdə qiyməti 219.130 manat olan malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Nəticədə Cavabdeh MMC-nin həmin müqavilə üzrə İddiaçı MMC-yə 193.130 manat məbləğində borcu yaranmışdır. Digər tərəfdən işin mübahisəsiz halları ondan ibarətdir ki, hazırkı mübahisəyə məhkəmə baxılarkən cavabdeh tərəfindən 37.600 manat dəyərində olan mallar geri qaytarılmışdır. Odur ki, hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 155.530 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 155.530 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 155.530 manat məbləğində pul tutularaq İddiaçı MMC -yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 84 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 484 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı çəkdiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400 manat və dövlət rüsumunun əvəzi olaraq 84 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixi 21/020 saylı alqı-satqı müqaviləsi üzrə 155.530 manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat, mediasiya xərcinin əvəzi olaraq 400 manat və vəkil xərclərinin əvəzi olaraq 500 məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1965/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1965/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver