Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1967/2020 22.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı X4 cavabdeh «xxxxxxxx» X2rşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X6 (İddiaçı MMC) cavabdeh «xxxxxxxx» X5 («xxxxxxxx» MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16200 (on altı min iki yüz) manat əsas məbləğ və 97,2 (doxsan yeddi manat iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə 16297,2 manat məbləğində pulun cavabdeh “xxxxxxxx” MMC-dən tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqaviləyə dair imzalanmış xx.xx.2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən satıcı “xxxxxxxx” MMC alıcı İddiaçı MMC-yə 900 ədəd hər biri 18 manat dəyərində, ümumi dəyəri 16200 manat olan linoleum satmalıdır. Bununla əlaqədar İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 09 saylı ödəniş tələbnaməsinə əsasən “xxxxxxxx” MMC-nin hesabına 16200 manat köçürülmüş, lakin “xxxxxxxx” MMC tərəfindən mallar bu günədək təqdim edilməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə müraciət olunsa da, nəticəsi olmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İddiaçı MMC ilə “xxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi və həmin müqaviləyə dair imzalanmış xx.xx.2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən satıcı “xxxxxxxx” MMC alıcı İddiaçı MMC-yə 900 ədəd hər biri 18 manat dəyərində, ümumi dəyəri 16200 manat olan linoleum satmağı, alıcı isə malları qəbul edərək onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci maddəsinə əsasən “satıcı” müqaviləyə uyğun olaraq ödəniş həyata keçirildikdən sonra Malı 2 (iki) ay ərzində “alıcı”ya təqdim etməlidir; 4.3-cü satıcı malları vaxtında təhvil vermədiyi üçün hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,01% miqdarında cərimə ödəməlidir. - xx.xx.2020-ci il tarixli 006XOH********** nömrəli öğdəniş qəbzindən görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən alıcı İddiaçı MMC tərəfindən 16200 manat məbləğində pul vəsaiti “xxxxxxxx” MMC-nin hesabına ödənilmişdir. - İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli, məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla «xxxxxxxx» MMC-yə müraciət edilərək 16297,2 manat borcun ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə “xxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqaviləyə dair imzalanmış xx.xx.2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən satıcı “xxxxxxxx” MMC alıcı İddiaçı MMC-yə 900 ədəd hər biri 18 manat dəyərində, ümumi dəyəri 16200 manat olan linoleum satmağı, alıcı isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən, yəni müqavilə predmeti olan və alıcı tərəfindən haqqı ödənilən məhsulu alıcıya təqdim etmədiyindən iddiaçıya hazırkı borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcıəşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcıəşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcıödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 16200 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş vəiddiaçının ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ yaranmışdır Eyni zamanda iddiaçı cavabdehdən 97,2 manat cərimə tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və tələb həmin hissədə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxxxxxx” X3 16200 (on altı min iki yüz) manat əsas borc, 97,2 (doxsan yeddi manat iyirmi qəpik) cərimə olmaqla, ümumilikdə 16297,2 manat (on altı min iki yüz doxsan yeddi manat iyirmi qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1967/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1967/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver