Məhkəmə qərarları › İş №e-2-2(113)-1967/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1967/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1967/2023 20.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı “X6, Hospitality and Management” MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X6, Hospitality and Management” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşıma xidmətləri üçün iddiaçı - İddiaçı MMC tərəfindən cavabdeh – Cavabdeh MMC-yə ödənilmiş 11.200 ABŞ dolları (19.040 AZN) məbləğində xidmət haqqı; sifariş edilən malların iddiaçının öz qüvvəsi hesabına İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi üçün “X5 X3 Dış Tıc. A.S” şirkətinə ödədiyi 10.000 ABŞ dolları (17.000 AZN) məbləğdə xidmət haqqı; öhdəliklərin icrasının gecikdirilmiş hər günü üçün 10 ABŞ dolları olmaqla,17 iyun 2022-ci ildən 30 noyabr 2022-ci ilədək keçən 166 gün üçün cəmi 1.660 ABŞ dolları (2.822 AZN) məbləğdə dəbbə pulu; cavabdeh tərəfindən öhdəliklərinin icra edilməməsi nəticəsində 2022-ci ilin yay aylarında quraşdırılması nəzərdə tutulan 12 ədəd oyun aparatlarından əldə edilməsi gözlənilən minimum 70.000 AZN məbləğdə əldən çıxmış faydanın əvəzi; cavabdeh tərəfindən öhdəliklərinin icra edilməməsi nəticəsində iddiaçının məcburiyyət qarşısında qalaraq Bakıda yerləşən digər şirkətlərdən təkrar satın aldığı qab-qacaq inventarı, həmçinin qapı kilid sistemi (qapı kartları) və digər zəruri malların dəyəri olaraq 30.670 AZN məbləğdə pul vəsaiti; cavabdeh tərəfindən öhdəliklərinin icra edilməməsi nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş 10.000 AZN məbləğdə mənəvi zərərin əvəzi; cavabdeh tərəfindən öhdəliklərinin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş ümumi maddi zərərin (136.710 AZN) illik 5 faizini təşkil edən 6.835 AZN əlavə cərimə olmaqla, ümumilikdə 156.367 AZN məbləğində pul vəsaitinin; eləcə də iddiaçı tərəfindən ödənilmiş 400 AZN məbləğdə ilkin mediasiya sessiyası xərcinin və 55 AZN məbləğdə dövlət rüsumunun cavabdeh - Cavabdeh MMC-dən birdəfəlik şəkildə tutularaq iddiaçı -İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası 20 aprel 2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizələrdə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan, təqdim olunmuş ərizələr əsasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “X6, Hospitality and Management” MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: 2.1. İddiaçı “X6, Hospitality and Management” MMC Cavabdeh MMC tərəfindən bu sazişin 2.2-ci bəndində nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi müqabilində iddia tələbindən imtina edir. 2.2. Cavabdeh - Cavabdeh MMC bu sazişin 2.1-ci bəndində nəzərdə tutulan şərtin yerinə yetirilməsi müqabilində iddianı qismən etiraf edir və öhdəsinə götürür ki, - sifariş edilən malların iddiaçının öz qüvvəsi hesabına İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi üçün türk ekspeditor şirkəti olan “X5 X3 Dış Tıc. A.S” şirkətinə ödədiyi 10.000 (on min) ABŞ dolları (17.000 (on yeddi min) AZN) məbləğdə xidmət haqqı; - öhdəliklərin icrasının gecikdirilmiş hər günü üçün 10 ABŞ dolları olmaqla, 17 iyun 2022-ci ildən 30 noyabr 2022-ci ilədək keçən 166 gün üçün cəmi 1.660 (bir min altı yüz altmış) ABŞ dolları (2.822 (iki min səkkiz yüz iyirmi iki) AZN) məbləğdə dəbbə pulu; - cavabdeh tərəfindən öhdəliklərinin icra edilməməsi nəticəsində iddiaçının düşdüyü zərər və əldən çıxmış faydası qismində 15.000 (on beş min) AZN məbləğində pul vəsaiti olmaqla, - ümumilikdə 34.822 (otuz dörd min səkkiz yüz iyirmi iki) AZN məbləğdə pul vəsaitini (borcu) hər ay ən azı 8.705,5 (səkkiz min yeddi yüz beş manat əlli qəpik) AZN olmaqla bu barışıq sazişi imzalandığı tarixdən 4 (dörd) ay ərzində hər ayın ilk 15 (on beş) günü ərzində iddiaçıya ödəyəcək. Bu saziş imzalandıqdan sonrakı ayın ilk ayın 15-ci (on beşinci) günü, yəni 15 may 2023-cü ilədək birinci ay üçün tələb edilən 8.705,5 (səkkiz min yeddi yüz beş manat əlli qəpik) AZN məbləğdə pul vəsaiti iddiaçıya ödənilməsə və ya daha sonrakı aylarda hər ayın 15-dək aylıq tələb edilən 8.705,5 (səkkiz min yeddi yüz beş manat əlli qəpik) AZN məbləğdə pul vəsaiti hər hansı bir ay daxilində iddiaçıya ödənilməsə, bu hal həmin vəsaitin birdəfəlik şəkildə, 100 %-i (yüz faizi) həcmində məcburi icra qaydasında cavabdehdən tələb ödənilməsi üçün əsas olacaq. 2.4. Bu sazişdə nəzərdə tutulan bütün şərtlər tam icra edildikdən sonra iddiaçı - İddiaçı MMC və cavabdeh - Cavabdeh MMC arasında bağlanmış “yükdaşıma və ekspeditor xidmətlərinin göstərilməsi”nə dair xx.xx.2022-ci il tarixli, 02112021 saylı xidmət müqaviləsindən yaranmış tərəflərin bütün hüquq və öhdəliklərinə xitam verilmiş hesab edilir. 2.5. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və müddətsizdir. 2.6. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 3 nüsxədə tərtib edilir. Saziş 1 nüsxə işə baxan məhkəmədə, digər nüsxələr isə hər birində 1 nüsxə olmaqla Tərəflərdə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar